Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2794/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İphone 7 plus markalı mobil telefon, Samsung Galaxy S10 markalı mobil telefon, Themza dolabı, jurnal masası, Foriella jurnal masası, Themza çarpayı, matras, Xiaomi Redmi 9C markalı telefon, X3 8 markalı telefon və qulaqlıq almış, müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya 6363 manat borcu yaranmışdır. Ona görə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1500 manatın, dəbbə puluna görə 450 manatın, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1452 manatın, dəbbə puluna görə 447 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 655 manatın, dəbbə puluna görə 194 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 495 manatın, dəbbə puluna görə 144 manatın, xx.xx.2020ci il tarixli müqavilə üzrə əsas borca görə 405 manatın, dəbbə puluna görə 120 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 382 manatın, dəbbə puluna görə 119 manatın və ödənilmiş dövlət rüsumuna görə 83,63 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ABC Telecom MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İphone 7 plus markalı mobil telefon, Samsung Galaxy S10 markalı mobil telefon, Themza dolabı, jurnal masası, Foriella jurnal masası, Themza çarpayı, matras, Xiaomi Redmi 9C markalı telefon, X3 8 markalı telefon və qulaqlıq almış, maddi imkanı olmadığından ödənişləri apara bilməmişdir. Hal-hazırda iddiaçının müqavilələr üzrə ondan tələb etdiyi əsas borca görə cəmi 4889 manat tələbini qəbul edir. İddiaçının cərimə tələbini qəbul etmir, əsas borcunu iddiaçıya hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsi üzrə borc məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01075710 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 960 manat olan Foriella-Transformer jurnal masasını, Themza-yatağı, matrası 20 ay müddətinə hər ay 48 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01156500 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 1092 manat olan Themza-yataq-dolab, Transformer-jurnal masa 20 ay müddətinə hər ay 54,6 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01172780 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 810 manat olan X3 8 Pro markalı telefonu 12 ay müddətinə hər ay 66 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21056906 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 1806 manat olan iPhone 7 plus markalı telefonu 18 ay müddətinə hər ay 100 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21194608 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 1796,4 manat olan Samsung Galaxy S10 markalı telefonu 12 ay müddətinə hər ay 149,7 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21247681 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 483,6 manat olan Xiaomi Redmi 9C markalı telefonu 12 ay müddətinə hər ay 40,3 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1500 manat, dəbbə puluna görə 450 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1452 manat, dəbbə puna görə 447 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 655 manat, dəbbə puluna görə 194 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 495 manat, dəbbə puluna görə 144 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 405 manat, dəbbə puluna görə 120 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 382 manat, dəbbə puluna görə 119 manat olmaqla cəmi 6363 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, alqı-satqı müqaviləsi üzrə borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1500 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1452 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 655 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 495 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 405 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 382 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının hər bir müqavilə üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə alqı-satqı müqaviləsi üzrə borcunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə alqı-satqı müqaviləsi üzrə borcuna görə cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01075710 saylı müqavilə üzrə əsas borca görə 495 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli 01156500 saylı müqavilə üzrə əsas borca görə 655 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli 01172780 saylı müqavilə üzrə əsas borca görə 382 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2020-ci il tarixli 21056906 saylı müqavilə üzrə əsas borca görə 1500 manat, dəbbə puluna görə 30 manat, xx.xx.2020-ci il tarixli 21194608 saylı müqavilə üzrə əsas borca görə 1452 manat, dəbbə puluna görə 30 manat, xx.xx.2020-ci il tarixli 21247681 saylı müqavilə üzrə əsas borca görə 405 manat, dəbbə puluna görə 10 manat, dövlət rüsumuna görə 83,63 manat olmaqla cəmi 5072,63 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2794/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2794/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver