Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2800/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinnin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsindən məhrum olmağı nəticəsində ona dəymiş zərərin əvəzi olaraq (sahənin real bazar dəyəri kimi) 210.000 manat pul vəsaitinin, 2022-ci ilin icarə haqqı üçün (550 X 12 = 6.600) 6.600 manat, 2023-cü ilin icarə haqqı üçün (600 X 12 = 7.200) 7.200 manat, 2024-cü ilin icarə haqqı üçün (650 X 12 = 7.800) 7.800 manat hesablanmaqla, 231.600 manat məbləğində pul vəsaitinin (maddi ziyanın), 320 manat məbləğində vəkil haqqı və ödənilmiş 522 manat dövlət rüsumü, cəmi 232.442 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən ilkin iddia üzrə ona təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə ona verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi, habelə plan-cizgisinə dair Cavabdeh MTK-nın ümumi yığıncağının qərarının ilkin iddia üzrə ona verilməsi, ilkin iddia üzrə Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə onun tərəfindən ödənilmiş 162 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə onun ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə ona qarşı “ünvan 2 ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (lİ korpus) 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinə barədə imzalanmış 20 dekabr 2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə icra oluması üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmiş, lakin uzun müddət keçməyinə baxmayaraq e-2(005)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası mümkün olmadığından məhkəməyə qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olaraq İcra şöbəsi Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda “iddia olunan 40 kv.m sahənin iki hissədən ibarət olmaqla X1 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir” məlumatlarına istinad etmişdir. Lakin, bununla razılaşmayaraq, yəni qeyd edilən qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq məhrum edilməyi nəticəsində o, ciddi maddi ziyana düşmüş və bununla bağlı həmin sahənin dəyərinin cavabdehdən tələb etmək qərarına gəlmişdir. Belə ki, 2022-ci ildən etibarən həmin qeyri-yaşayış sahəsi onun ixtiyarında olmuş olsaydı o, oranı aylıq icarəyə verməklə və yaxud bazar dəyərinə uyğun satmaqla gəlir əldə edə bilərdi. Lakin, cavabdehin bu qanunsuzluqları nəticəsində o, hər iki halda məhrum olmuşdur. Artıq məsələnin hüquq müstəvisində həll edilməsi, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində müəyyən işlər görmüş, dəymiş ziyanın məbləğinin rəsmi şəkildə müəyyən edilməsi üçün qiymətləndiriciyə müraciəti əsasında rəy hazırlanmışdır. Həmin rəyə əsasən isə qeyri-yaşayış sahəsinin real bazar dəyəri 210.000 manat müəyyən edilmiş, həmçinin icarə haqqı olaraq 2022-ci ildən 2024-cü ilə kimi qiymətlər hesablanmışdır. Belə ki, onun mənzilinə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin məhrum olması nəticəsində ona dəymiş zərər olaraq (sahənin real bazar dəyəri kimi) 210.000 manat pul vəsaitinin, 2022-ci ilin icarə haqqı üçün (550 X 12 = 6.600) 6.600 manat, 2023-cü ilin icarə haqqı üçün (600 X 12 = 7.200) 7.200 manat, 2024-cü ilin icarə haqqı üçün (650 X 12 = 7.800) 7.800 manat hesablanmaqla, ümumilikdə, cəmi 231.600 manat olmaqla, dövlət rüsumu və vəkilə çəkilən xərclər tam şəkildə cavabdeh tərəfindən ödənilməlidir. Bununla belə, hazırkı mülki iddianın qaldırılması və mülki hüquqlarının məhkəmədə təmsil edilməsi üçün tərəfindən Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlanılmış və ona 320 manat xidmət haqqı ödədiyindəm həmin pul vəsaiti də cavabdehlərdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən hesab edir ki, ona dəymiş maddi ziyanın əvəzi olaraq 231.600 manat məbləğində pul vəsaiti, 320 manat məbləğində vəkil haqqı və ödənilmiş 522 manat dövlət rüsumü, cəmi 232.442 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi barədə ərizəsini və cavabdehin lazımi qaydada dəfələrlə xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli qiymətləndirilməsindən görünür ki, aparılan araşdırmalar, hesablamalar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 21 mərtəbəli yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi bazar dəyəri 210000 manat, icarə haqqının dəyəri 2022-ci il üzrə 550 manat, 2023-cü il üzrə 600 manat, qimətləndirmə aparılan tarixə isə 650 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 101/2023 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi, habelə plan-cizgisinə dair Cavabdeh MTK-nın ümumi yığıncağının qərarının ilkin iddia üzrə İddiaçı verilməsi, ilkin iddia üzrə Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq ilkin iddiaçı üzrə İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia üzrə Cavabdeh MTK-dan 200 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTKnın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsi barədə imzalanmış xx.xx.2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində icra yerinə dəvət olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən icra sənədində qeyd olunan sahələrin Cavabdeh MTK-nə məxsus olmadığı və həmin sahələrin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 1 saylı Bakə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, baxış keçirilmiş, ünvan 3 ünvanında yerləşən 21 mərtəbəli yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi 2 hissədən ibarət olmaqla X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı dəymiş 210000 manat maddi zərərin və 2022-ci ildən 2024-cü ilə kimi hesablanmış icarə haqqı məbləğinin dərhal icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 522 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, həmin qeyriyaşayış sahəsinin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, iddiaçı bununla bağlı iddia ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-101/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi, habelə plancizgisinə dair Cavabdeh MTK-nın ümumi yığıncağının qərarının ilkin iddia üzrə İddiaçı verilməsi, ilkin iddia üzrə Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsi üçün ilkin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus), 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsi barədə imzalanmış xx.xx.2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmiş, icra sənədinin icrası zamanı müəyyən olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsi 2 hissədən ibarət olmaqla X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də, icra sənədi icra olunmadan məhkəməyə geri qayatarılmışdır. Bununla da, iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və bu səbəbdən də, həmin qeyri-yaşayış sahəsində məhrum olmağı nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq (sahənin real bazar dəyəri kimi) 210.000 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsindən məhrum olması nəticəsində iddiaçıya dəymiş zərərərin ödənilmısi hissində qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə idi iddiaçı həmin qeyri-yaşayış sahəsindən fayda əldə edə bilərdi (icarəyə vermək və s.). İddiaçının icarə haqqına görə tələb etdiyi məbləği məhkəmə ağlabatan hesab edir. Belə ki, X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli qiymətləndirilməsindən görünür ki, aparılan araşdırmalar, hesablamalar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 21 mərtəbəli yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi bazar dəyəri 210000 manat, icarə haqqının dəyəri 2022-ci il üzrə 550 manat, 2023-cü il üzrə 600 manat, qimətləndirmə aparılan tarixə isə 650 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin qeyri-yaşayış sahəsinin 2022-ci ilin icarə haqqı üçün (550 X 12 = 6.600) 6.600 manat, 2023-cü ilin icarə haqqı üçün (600 X 12 = 7.200) 7.200 manat, 2024-cü ilin icarə haqqı üçün (650 X 12 = 7.800) 7.800 manat hesablanmaqla, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Bununla da məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsindən məhrum olmağı nəticəsində dəymiş zərərin əvəzi olaraq (sahənin real bazar dəyəri kimi) 210.000 manat pul vəsaiti, 2022-ci ilin icarə haqqı üçün 6.600 manat, 2023-cü ilin icarə haqqı üçün 7.200 manat, 2024-cü ilin icarə haqqı üçün 7.800 manat olmaqla, ümumilikdə 231.600 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 522 manat məbləğində dövlət rüsumu, həmçinin, vəkilə ödənilmiş 320 manat məbləğində xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehndən dəymiş zərərin əvəzi olaraq 210.000 manat məbləğində pul vəsaiti, 2022-ci ilin icarə haqqı üçün 6.600 manat, 2023-cü ilin icarə haqqı üçün 7.200 manat, 2024-cü ilin icarə haqqı üçün 7.800 manat olmaqla, ümumilikdə 231.600 (iki yüz otuz bir min altı yüz) manat məbləğində pul vəsaitinin, ödənilmiş 522 (beş yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 (üz yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2800/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-2800/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver