Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2815/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 16 may 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2019-cu il tarixli müqavilə üzrə 81 manat əsas, 8 manat cərimə borcu, 20 avqust 2019-cu il tarixli müqavilə üzrə 1529 manat əsas, 152 manat cərimə borcu, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 2842 manat əsas, 284 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 4896 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 68,96 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 542 manat olan İMEİ kodu HA0YY3T4 olan “Lenovo TB7104F” tablet, İMEİ kodu **********10178 olan NOKİA 3.1 markalı telefon üçün 2 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində aylıq 45 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 89 manat olmaqla ondan, 81 manat əsas, müştəriyə güzəşt olunaraq 8 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1668 manat olan Samsung Soyuducu üçün ilkin ödəniş etmədən 12 ay ərzində aylıq 139 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 1681 manat olmaqla ondan, 1529 manat əsas, müştəriyə güzəşt olunaraq 152 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 3125 manat olan İMEİ kodu **********82372 olan “İPhone Xs Max” markalı telefon üçün üçün 200 manat ilkin ödəniş etməklə qalan məbləği 9 ay ərzində aylıq 325 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 3126 manat olmaqla ondan, 2842 manat əsas, müştəriyə güzəşt olunaraq 284 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 883 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 25 may 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 542 manat olan “Lenovo TB7104F” tablet, 2 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində aylıq 45 manat ödəmək şərti ilə kreditlə almışdır. - 20 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh sonuncu alqı-satqı qiyməti 1668 manat olan Samsung Soyuducu üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 139 manat ödəmək şərti ilə kreditlə almışdır. - 12 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 3125 manat olan İMEİ kodu **********82372 olan “İPhone Xs Max” markalı telefon üçün 200 manat ilkin ödəniş etməklə qalan məbləği 9 ay ərzində aylıq 325 manat ödəmək şərti ilə kreditlə almışdır. - 29 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 25 may 2019-cu il, 20 avqust 2019-cu il və 12 sentyabr 2019-cu il tarixli alğı-satqı müqavilələri üzrə həmin tarixə 4896 - manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 453.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 68,96 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 25 may 2019-cu il tarixli müqavilə üzrə 81 manat əsas, 8 manat cərimə borcu, 20 avqust 2019-cu il tarixli müqavilə üzrə 1529 manat əsas, 152 manat cərimə borcu, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 2842 manat əsas, 284 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 4896 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 68,96 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2815/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2815/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver