Məhkəmə qərarları › İş №e-2(001)-282/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-282/2025

17.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-282/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə Cavabdeh və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın mühafizə zonasında yerləşən39T 396753.38; 4477969.50 koordinatı üzrə Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş qeyri-yaşayış sahəsinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qazpaylayıcı stansiyasının mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın mühafizə zonasında yerləşən39T 396753.38; 4477969.50 koordinatı üzrə Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş qeyri-yaşayış sahəsinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qazpaylayıcı stansiyasının mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan Xırdalan QPS-ı ərazisində Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanında, qazpaylayıcı stansiyasının mühafizə zonasında, 39T 396753.38; 4477969.50 koordinatı üzrə daha dəqiqliklə Xırdalan QPS-nın “50” metr məsafədə qanunsuz olaraq qeyri-yaşayış sahəsi inşa edilmişdir. Mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2024-cü il tarixli 14-2-12-7/2-39/2024 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2024-cü il tarixli 14-2-12-7/2-40/2024 nömrəli məktubla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz paylayıcı stansiyanın «50» metrliyində qanunsuz olaraq qeyri-yaşayış sahəsinin (avto yuma yeri) inşa edilməsi barədə X10 İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın mühafizə zonasında qanunsuz olaraq qeyri-yaşayış sahəsini inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək Xırdalan QPS-dan 100 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və etmiş Cavabdehxəbərdarlıq məktubu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ona 2005-ci ildə Bakı şəhər Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 1719 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmışdır. Binəqədi qəsəbəsə Bələdiyəssinin qərarı ilə ona ayrılmış, istifadəsində olan sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 80 kv.metrdir. Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2021-ci il Tarixli arayışından da görsəndiyi kimi 1719 saylı xx.xx.2005-ci il tarixli qərar ilə istifadəsinə ayrılmış 80 kv metr torpaq sahəsinin qərarı bələdiyyənin arxivində qorunub saxlanılır. AİT 677149 nömrəli kassa mədaxil orderinin qəbzindən də, görsəndiyi kimi həmin torpaq sahəsinin ona ayrılmasına görə tərəfindən torpağın dəyəri olan 400000 (dörd yüz min) manat pul Binəqədi qəsəbə Bələdiyyəsinin hesabına ödəmişdir. Yəni qanuni əsaslarla həmin torpaq sahəsini almış və sənədlərdən də, görsəndiyi kimi həmin torpaq sahəsi ona məxsusdur. İddiaçı bu mülki iş üzrə iddia müddətini ötürmüşdür. Belə ki, daşınmaz əmlakla bağlı iddia müddəti 6 il təşkil edir. Belə olan halda bu işə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir kİ, həmin tikili ona hərrac vasitəsi ilə satılmış, rəsmi icazəsi vardır. Bu barədə rəsmi sənəd əldə edən zaman Qaz İxrac İdarəsinin həmin ərazidə xətti olmamışdır. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil cavabdehin izahatına məzmunca oxşar izahat verməklə iddianın rədd edilməsini xahiş etdi. I. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Abşeron MQSK-nın nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X3 Layihələndirmə Normalarının tələbləri pozularaq Binəqədi rayonu, Binəqədi şossesi, döngə 7 ünvanda yaşayan Cavabdeh tərəfindən magistral qaz kəmərinin mühafizə zonasında kəmərin mühafizə zonasında, kəmərdən 50 metr aralıda avtomobil Yuma sexi inşa olunmuşdur. - “Qaz İxrac” İdarəsinin Abşeron MQKS tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla Cavabdeh mövcud olan təhlükə barədə xəbərdar edilmiş və ona təcili olaraq yaşayış evinin magistral qaz kəmərindən 100 metr kənarlaşdırması tövsiyə edilmişdir. - “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X2 Agentliyinə, Binəqədi rayon Enerji satışı və Təchizatı İdarəsinə və Binəqədi rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 istismarında olan 39T 396753.38; 4477969.50 koordinatı üzrə magistral qaz kəmərinin “Xırdalan" qazpaylayıcı stansiyasının 50 metr məsafədə Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlandırılmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 76.0 kv.m təşkil edir. Sahə üzərində bir ədəd qeyri-yaşayış obyekti mövcuddur (avtotəmir məntəqəsi kimi fəaliyyət göstərir). Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən sahənin bir tərəfindən 0.4 m məsafədən diametri d=0.1m,d=0.2 m olan qaz boru xətləri keçir. Həmçinin sahənin 93.Qm, 94.0 m məsafəsində qaz paylayıcı qurğular mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarım əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi"nin hüdudiian daxilində yerləşir (Binəqədi Oil). Sahə qaz paylayıcı stansiyanın hüdudları daxilindədir. Sahədən 85,0 m məsafədə ləğv edilmiş neft quyusu məlumatı var. Torpaq sahəsi tikintialtı sahədən ibarət olmaqla tikili barədə bazada məlumat yoxdur. Tikilidən 1,0 metr məsafədən 108.0 mm-İik yeraltı orta təzyiqli qaz xətti keçir. - Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1719 saylı, xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 80 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə Cavabdeh istifadəsinə verilmişdir. - xx.xx.2005-ci il tarixli Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdehtərəfindən torpağın dəyəri olaraq 40000 manat ödəniş edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 513- İQ nömrəli Qanununun 19-cu maddəsinin tələblərinə görə, sənaye qurğularını digər qurğuların və fəailiyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Qanunvericiliklə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, X3nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.24cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə hesab edir ki, yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonasında vətəndaşlar tərəfindən hər hansı tikinti işlərinin aparılması həmin şəxslər üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə hər hansı tikinti işlərinin aparılmasının qarşısını almalıdır. “X5rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X1rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. İş üzrə toplanmış sənədlər ilə təsdiq olunur ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin normanı aydınlaşdıran Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, “Bu normadan göründüyü kimi:1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir, 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir, 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, “Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi hüquq tələbidir. Maddi hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər”. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuş, tələbin irəli sürülməsi üçün iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın mühafizə zonasında yerləşən 39T 396753.38; 4477969.50 koordinatı üzrə Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş qeyri-yaşayış sahəsi onun hesabına sökülsün, tikinti mal-materialları qazpaylayıcı stansiyasının mühafizə zonasından çıxarılmalıdır. Məhkəmədə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilməlidir. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan Binəqədi rayonu, Binəqədi şossesi döngə 7 ünvanı ərazisində, Xırdalan QPS-nın mühafizə zonasında yerləşən 39T 396753.38; 4477969.50 koordinatı üzrə Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş qeyri-yaşayış sahəsi onun hesabına sökülsün, tikinti mal-materialları qazpaylayıcı stansiyasının mühafizə zonasından çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar