Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2864/2022 25.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı paltaryuyan üçün 1064 (min altmış dörd) manat ödənilməmiş hissə, 252 (iki yüz əlli iki) manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı kondisioner üçün 912,8 (doqquz yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 269,2 (iki yüz altmış doqquz manat iyirmi qəpik) manat dəbbə pulu, 01.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74223 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə pulu, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, Marvin - Genc - Dolab üçün 465.8 (dörd yüz altmış beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 139.2 (yüz otuz doqquz manat iyirmi qəpik) manat dəbbə pulu, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd Nevresim Takımı – Tekstil üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu, 20.01.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook, AMAZFİT saat, “Hoffmann“ markalı mini soba, “Philips” markalı ütü üçün 1119 (min yüz on doqquz) manat ödənilməmiş hissə, 331 (üç yüz otuz bir) manat dəbbə pulu, 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********32694 olan “Samsung Galaxy A20s” markalı telefon və 2 ədəd aksesuar, “Gorenje” markalı çaynik, doğrayıcı, “Braun” markalı blender, tekstil bornoz, 2 ədəd X6, “Xiaomi” qulaqlıq üçün 646 (altı yüz qırx altı) manat ödənilməmiş hissə, 190 (yüz doxsan) manat dəbbə pulu, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən, “Shosman” markalı qazan dəsti, “Hoffmann” markalı mini soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə pulu olmaqla, ümumilikdə 6590 manat borc, 85.90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 27.06.2020-ci il, 19.06.2020-ci il, 01.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 20.01.2020-ci il, 26.01.2020-ci il, 14.03.2020-ci il tarixli müqavilələrə əsasən, “Samsung” markalı paltaryuyan, “Hoffmann” markalı kondisioner, İMEİ kodu **********74223 olan “Samsung Galaxy A20s” markalı telefon, Marvin - Genc - Dolab, 4 ədəd nevresim takımı – Tekstil, “Acer Aspire” markalı notebook, “Amazfıt” markalı saat, “Hoffmann” markalı mini soba, “Philips” markalı ütü, İMEİ kodu **********32694 olan “Samsung Galaxy A20s” markalı telefon və 2 ədəd aksesuar, “Gorenje” markalı çaynik, doğrayıcı, “Braun” markal blender, Tekstil Bornoz, 2 ədəd “X6”, “Xiaomi” markalı qulaqlıq, “SHOSMAN” markalı qazan dəsti, “Hoffmann” markalı mini soba almış və nəticədə 6590 (altı min beş yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1365,6 (min üç yüz altmış beş manat altmış qəpik) manat (24 ay x 56,9 manat +0 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan üçün ümumilikdə, 1316 (min üç yüz on altı) manat olmaqla, ondan 1064 (min altmış dörd) manat ödənilməmiş hissə və 252 (iki yüz əlli iki) manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1252.8 (min iki yüz əlli iki manat səksən qəpik) manat (18 ay x 69.6 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” markal kondisioner üçün ümumilikdə 1182 (min yüz səksən iki) manat olmaqla, ondan 912.8 (doqquz yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 269.2 (iki yüz altmış doqquz manat iyirmi qəpik) manat dəbbə pulu, 01.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666 (altı yüz altmış altı) manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********74223 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 529 (beş yüz iyirmi doqquz) manat olmaqla, ondan 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə pulu, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700,8 (yeddi yüz manat səksən qəpik) manat (24 ay x 29.2 manat + 0 manat ilkin ödəniş) Marvin - Genc – Dolab üçün ümumilikdə 605 (altı yüz beş) manat olmaqla ondan, 465,8 (dörd yüz altmış beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 139,2 (yüz otuz doqquz manat iyirmi qəpik) manat dəbbə pulu, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) 4 ədəd Nevresim Takımı – Tekstil üçün ümumilikdə 249 (iki yüz qırx doqquz) manat olmaqla, ondan 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu, 20.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1919,4 (min doqquz yüz on doqquz manat qırx qəpik) manat (12 ay x 158.7 manat + 15 manat ilkin ödəniş) “Acer Aspire” markalı notebook, “AMAZFİT” markalı saat, “Hoffmann” markalı mini soba, “Philips” markalı ütü üçün ümumilikdə 1450 (min dörd yüz əlli) manat olmaqla ondan, 1119 (min yüz on doqquz) manat ödənilməmiş hissə, 331 (üç yüz otuz bir) manat dəbbə pulu, 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1329,4 (min üç yüz iyirmi doqquz manat qırx qəpik) manat (12 ay x 106,7 manat + 49 manat ilkin ödəniş) İMEİ kodu **********32694 olan “Samsung Galaxy A20s” markalı telefon və 2 ədəd aksesuar, “GORENJE” markalı çaynik, doğrayıcı, “Braun” markalı blender, Tekstil Bornoz, 2 ədəd X6, “Xiaomi” qulaqlıq üçün ümumilikdə 836 (səkkiz yüz otuz altı) manat olmaqla ondan, 646 (altı yüz qırx altı) manat ödənilməmiş hissə, 190 (yüz doxsan) manat dəbbə pulu, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561,6 (beş yüz altmış bir manat altmış qəpik) manat (12 ay x 46,8 manat + 0 manat ilkin ödəniş) “Shosman” markalı qazan dəsti, “Hoffmann” markalı mini soba üçün ümumilikdə 423 (dörd yüz iyirmi üç) manat olmaqla ondan, 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.238 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 27.06.2020-ci il, 19.06.2020-ci il, 01.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 20.01.2020-ci il, 16.01.2020-ci il,14.03.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 18.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış Müqavilələr, onların əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktları və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, O, iddiaçıdan iddia tələbində göstərilən əşyaları almışdır. Bir müddət ödəniş etsə də, daha sonra maddi imkansızlığı səbəbindən ödənişlər edə bilməmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilərək, cərimə məbləğlərinin azaldılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2019-cu il tarixdə bağlanmış 01093232 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 37 manat ödəmək şərti ilə, dəyəri 666 manat olan İMEİ kodu **********74223 olan “Samsung Galaxy A20 s” markalı telefonu satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01093232 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********74223 olan “Samsung Galaxy A20 s” markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 12 yanvar 2020-ci il tarixdə bağlanmış 20032115 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 48 manat ödəmək şərti ilə, dəyəri 576 manat olan 4 ədəd “Nevresim Takımı-Tekstil” satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 12 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20032115 nömrəli müqaviləyə əsasən 4 ədəd “Nevresim Takımı-Tekstil” tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 12 yanvar 2020-ci il tarixdə bağlanmış 20031988 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, hər ay 29,2 manat ödəmək şərti ilə, dəyəri 700,8 manat olan “Marvin” gənc dolabı satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 12 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20031988 nömrəli müqaviləyə əsasən Marvin” gənc dolabı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 20 yanvar 2020-ci il tarixdə bağlanmış 20049574 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 15 manat olmaqla hər ay 158,7 manat ödəmək şərti ilə, dəyəri 1919,4 manat olan Acer Aspire notebook, AMAZFİT saat, “Hoffmann“ markalı mini soba, “Philips” markalı ütü satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 20 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20049574 nömrəli müqaviləyə əsasən Acer Aspire notebook, AMAZFİT saat, “Hoffmann“ markalı mini soba, “Philips” markalı ütünü tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 26 yanvar 2020-ci il tarixdə bağlanmış 20061841 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 49 manat olmaqla, 12 ay müddətinə, hər ay 106.7 manat ödəmək şərti ilə, dəyəri 1329,4 manat olan İMEİ kodu **********32694 olan “Samsung Galaxy A20s” markalı telefon və 2 ədəd aksesuar, “Gorenje” markalı çaynik, doğrayıcı, “Braun” markalı blender, tekstil bornoz, 2 ədəd X6, “Xiaomi” qulaqlığı satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 26 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20061841 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********32694 olan “Samsung Galaxy A20s” markalı telefon və 2 ədəd aksesuar, “Gorenje” markalı çaynik, doğrayıcı, “Braun” markalı blender, tekstil bornoz, 2 ədəd X6, “Xiaomi” qulaqlığı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 14 mart 2020-ci il tarixdə bağlanmış 20174474 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 46,8 manat ödəmək şərti ilə, dəyəri 561,6 manat olan “Shosman” markalı qazan dəsti, “Hoffmann” markalı mini soba satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 14 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20174474 nömrəli müqaviləyə əsasən “Shosman” markalı qazan dəsti, “Hoffmann” markalı mini sobanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2020-ci il tarixdə bağlanmış 20361696 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 69.6 manat ödəmək şərti ilə, dəyəri 1252,8 manat olan “Hoffmann” markalı kondisioner satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20361696 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2020-ci il tarixdə bağlanmış 20373574 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, hər ay 56,9 manat ödəmək şərti ilə, dəyəri 1365,6 manat olan “Samsung” markalı paltaryuyan satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 27 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20373574 nömrəli müqaviləyə əsasən Samsung” markalı paltaryuyanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 30 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 407 manat əsas borcu və 122 manat dəbbə pulu borcu, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 192 manat əsas borcu və 57 manat dəbbə pulu borcu, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 465,8 manat əsas borcu və 139,2 manat dəbbə pulu borcu, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1119 manat əsas borcu və 331 manat dəbbə pulu borcu, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 646 manat əsas borcu və 190 manat dəbbə pulu borcu, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 327 manat əsas borcu və 96 manat dəbbə pulu borcu, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 912,8 manat əsas borcu və 269,2 manat dəbbə pulu borcu və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 1064 manat əsas borcu və 252 manat dəbbə pulu borcu vardır. Mülki işin materiallarında olan xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 01.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 20.01.2020-ci il, 26.01.2020-ci il, 14.03.2020-ci il, 19.06.2020-ci il və 27.06.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 01.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 20.01.2020-ci il, 26.01.2020-ci il, 14.03.2020-ci il, 19.06.2020-ci il və 27.06.2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr üzrə cavabdehin ödənilməmiş 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 407 manat əsas borcu, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 192 manat əsas borcu, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 465,8 manat əsas borcu, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1119 manat əsas borcu, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 646 manat əsas borcu, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 327 manat əsas borcu, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 912,8 manat əsas borcu və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 1064 manat əsas borcu qalmışdır. Digər tərəfdən, iddiaçı 01.12.2019-cu il il tarixli müqavilə üzrə 122 manat, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 57 manat, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 139,2 manat, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 331 manat, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 190 manat, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 96 manat, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 269,2 manat və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 252 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 01.12.2019-cu il il tarixli müqavilə üzrə 122 manat məbləğində hesablanmış dəbbə pulunun 40 (qırx) manat, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 19 manat, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 139,2 manat məbləğində hesablanmış dəbbə pulunun 46 ( qırx altı) manat, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 331 manat məbləğində hesablanmış dəbbə pulunun 110 ( yüz on) manat, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 190 manat məbləğində hesablanmış dəbbə pulunun 64 (altmış dörd) manat, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 96 manat məbləğində hesablanmış dəbbə pulunun 32 (otuz iki) manat, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 269,2 manat məbləğində hesablanmış dəbbə pulunun 91 (doxsan bir) manat və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 252 manat məbləğində hesablanmış dəbbə pulunun 106 (yüz altı) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 01.12.2019-cu il, 12.01.2020-ci il, 12.01.2020-ci il, 20.01.2020-ci il, 26.01.2020-ci il, 14.03.2020-ci il, 19.06.2020-ci il və 27.06.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 407 manat əsas borcu və 40 manat dəbbə pulu borcu, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 192 manat əsas borcu və 19 manat dəbbə pulu borcu, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 465,8 manat əsas borcu və 46 manat dəbbə pulu borcu, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1119 manat əsas borcu və 110 manat dəbbə pulu borcu, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 646 manat əsas borcu və 64 manat dəbbə pulu borcu, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 327 manat əsas borcu və 32 manat dəbbə pulu borcu, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 912,8 manat əsas borcu və 91 manat dəbbə pulu borcu və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 1064 manat əsas borcu və 106 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 85,90 manat dövlət rüsumunun 76 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 9,9 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 dekabr 2019-cu il tarixli müqavilə üzrə 407(dörd yüz yeddi) manat məbləğində əsas borcu və 40(qırx) manat məbləğində dəbbə pulu, 12 yanvar 2020-ci il tarixli 20032115 nömrəli müqavilə üzrə 192(yüz doxsan iki) manat məbləğində əsas borc və 19(on doqquz) manat məbləğində dəbbə pulu, 12 yanvar 2020-ci il tarixli 20031988 nömrəli müqavilə üzrə 465,8 (dörd yüz altmış beş manat 80 qəpik) manat məbləğində əsas borc və 46(qırx altı) manat məbləğində dəbbə pulu, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1119(min yüz on doqquz) manat məbləğində əsas borc və 110(yüz on) manat məbləğində dəbbə pulu, 26 yanvar 2020-ci il tarixli müqavilə üzrə 646(altı yüz qırx altı) manat məbləğində əsas borc və 64(altmış dörd) manat məbləğində dəbbə pulu, 14 mart 2020-ci il tarixli müqavilə üzrə 327(üç yüz iyirmi yeddi) manat məbləğində əsas borc və 32(otuz iki) manat məbləğində dəbbə pulu, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 912,8(doqquz yüz on iki manat 80 qəpik) manat məbləğində əsas borc və 91(doxsan bir) manat məbləğində dəbbə pulu və 27 iyun 2020-ci il tarixli müqavilə üzrə 1064(min altmış dörd) manat məbləğində əsas borc və 106 (yüz altı)manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5.641,6 (beş min altı yüz qırx bir manat 60 qəpik) manat məbləğində borc və 76 (yetmiş altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2864/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2864/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver