Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2891/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə 01 may 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə 950 manat əsas, 285 manat dəbbə pulu, RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilə üzrə 391 manat əsas, 117 manat dəbbə pulu və RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilə üzrə isə 38 manat əsas, 11 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 38 manat məbləğində, ümumilikdə 1830 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 dekabr 2019-cu il, 10 fevral 2020-ci il və 08 mart 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında RSK5761651 nömrəli, RSK5799085 nömrəli və RSK5799245 nömrəli hissə-hissə ödənişlər alqı-satqı müqavilələri bağlanmışdır. RSK5761651 nömrəli müqavilə üzrə dəyəri 1885 manat olan 1 ədəd “SAMSUNG” markalı televizoru 100 manat ilkin ödəniş etməklə, qalan 1785 manat pulu 17 ay müddətinə, aylıq 105 manat ödənilməsi, RSK5799085 nömrəli müqavilə üzrə dəyəri 608 manat olan 1 ədəd “SAMSUNQ GALAXY A30S” markalı telefonu 20 manat ilkin ödəniş etməklə 588 manat pulu 12 ay müddətinə, aylıq 49 manat ödənilməsi və RSK5799245 nömrəli müqavilə üzrə isə dəyəri 420 manat olan 1 ədəd “LG” markalı səs ucaldıcını ilkin ödəniş etməməklə 10 ay müddətinə, aylıq 42 manat ödəməyi cavabdeh öhdəsinə götürmüş və müqavilə şərtlərinə əməl etməməsi nəticəsində ümumilikdə 1830 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 1885 manat olan 1 ədəd “SAMSUNQ” markalı televizoru 100 manat ilkin ödəniş etməklə, qalan 1785 manat pulu 17 ay müddətinə, aylıq 105 manat ödəmək şərti ilə kreditlə almışdır. - RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 608 manat olan 1 ədəd “SAMSUNQ GALAXY A30S” markalı telefonu 20 manat ilkin ödəniş etməklə 588 manat pulu 12 ay müddətinə, aylıq 49 manat ödəmək şərti ilə kreditlə almışdır. - RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 420 manat olan 1 ədəd “LG” markalı səs ucaldıcını ilkin ödəniş etməməklə 10 ay müddətinə, aylıq 42 manat ödəmək şərti ilə kreditlə almışdır. - 02 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə 950 manat əsas, 285 manat dəbbə pulu, RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilə üzrə 391 manat əsas, 117 manat dəbbə pulu və RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilə üzrə isə 38 manat əsas, 11 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavələrdə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrinə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə 950 manat məbləğində əsas borca tənasübsüz olaraq 285 manat məbləğində, RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilə üzrə 391 manat məbləğində əsas borca tənasübsüz olaraq 117 manat məbləğində və RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilə üzrə isə 38 manat məbləğində əsas borca tənasübsüz olaraq 11 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 285 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 66,5 manat, RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 117 manat məbləğində dəbbə pulunun 27,4 manat və RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 11 manat dəbbə pulunun 2,6 manat müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh RSK5761651 nömrəli 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə 950 manat əsas, 66,5 manat dəbbə pulu, RSK5799085 nömrəli 10 fevral 2020-ci il tarixli müqavilə üzrə 391 manat əsas, 27,4 manat dəbbə pulu və RSK5799245 nömrəli 08 mart 2020-ci il tarixli müqavilə üzrə isə 38 manat əsas, 2,6 manat cərimə borcu olmaqla ümumilikdə 1475,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2891/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2891/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver