Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2957/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 17 iyul 2019cu il tarixdə, RSK5722542 nömrəli və 03 avqust 2019-cü il tarixdə RSK5722720 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Satıcı RSK5722542 nömrəli müqavilə üzrə 1944 manat dəyəri olan 1 ədəd “Beko” markalı kondisioner, 3 ədəd “Evms” markalı qazan və 1 ədəd “Lacor” markalı aksesuar alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı, satıcı RSK5722720 nömrəli müqavilə üzrə 650 manat dəyəri olan 1 ədəd “LG” markalı səsucaldıcını alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5722542 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1944 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 81 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5722720 nömrəli müqavilə üzrə 26 manat ilkin ödəniş olmaqla, qalan 624 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 26 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilələrin 2.4-cü maddəsinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilələr üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5722542 nömrəli müqavilə üzrə 1443 manat əsas borc, 433 manat dəbbə pulu olmaqla, 1876 manat və RSK5722720 nömrəli müqavilə üzrə 363 manat əsas borc, 113 manat dəbbə pulu olmaqla, 476 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 15 manat və RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022ci il tarixdə 20 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbədarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 1443 manat əsas, 433 manat dəbbə pulunun, RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli müqavilə üzrə 363 manat əsas, 113 manat dəbbə pulunun və ödənilmiş 44 manat dövlət rüsumu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2396 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, cavabdehə 1 ədəd “Beko” markalı kondisioner, 3 ədəd “Evms” markalı qazan və 1 ədəd “Lacor” markalı aksesuar satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, cavabdehə 1 ədəd “LG” markalı səsucaldıcı markalı aksesuar satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli və RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən xx.xx.2024-cü il tarixə müvafiq olaraq RSK5722542 saylı müqavilə üzrə 1443 manat əsas, 76 manat dəbbə pulu, RSK5722720 nömrəli müqavilə üzə 363 manat əsas, 113 manat dəbbə pulu və 44 manat dövlət rüsumu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2396 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 5 təqvim günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 1443 manat əsas borc və RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 17 iyul 2019-cu və 03 avqust 2019-cu il tarixli müqavilələr üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, cavabdehdən 17 iyul 2019-cu müqavilə üzrə 43 manat və 03 avqust 2019-cu il tarixli müqavilə üzrə 11 məbləğində dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 17 iyul 2019-cu il tarixli, RSK5722542 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1443 manat əsas, 43 manat cərimə borcu və 03 avqust 2019-cu il tarixli, RSK5722720 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 363 manat əsas, 11 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1860 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh RSK5722542 nömrəli 17 iyul 2019-cu il tarixli müqaviləyə əsasən 1443 manat əsas borc, 43 manat cərimə borcu və RSK5722720 nömrəli 03 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 363 manat əsas borc, 11 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumunun 79%-i, yəni 34.76 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 21%-i, yəni 9.24 manat iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2957/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2957/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver