Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-301/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair (açar sözlər: lizinq müqaviləsi, öhdəlik, maddi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu Cavabdeh2 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 15419,00 manat əsas lizinq borcu, 4090,00 manat vaxtı keçmiş faiz borcu, 10844,00 manat hesablanmış penya, cəmi 30353,00 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 181,06 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia tələbinin həcminin arıtılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAFyük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqununun bazar dəyəri 36000 manat məbləğində pul vəsaiti və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 15419,00 manat əsas lizinq borcu, 4090,00 manat vaxtı keçmiş faiz borcu, 10844,00 manat hesablanmış penya, cəmi 66353 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 181,06 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1801/0478 saylı X3 əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 56000,00 (əlli altı min) manat olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh2 isə öz növbəsində 39200,00 (otuz doqquz min iki yüz) manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Orucov X6 müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1643 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh2 xx.xx.2021-ci il tarixədək iddiaçıya 15419,00 (on beş min dörd yüz on doqquz) manat əsas lizinq borcu, 4090,00 (dörd min doxsan) manat vaxtı keçmiş faiz borcu, 10844,00 (on min səkkiz yüz qırx dörd) manat hesablanmış penya, cəmi 30353,00 (otuz min üç yüz əlli üç) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixli 1801/0478/ZM-01 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2018-ci il tarixli 1801/0478 saylı X3 əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən Zamin və Lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2018-ci il tarixli 1801/0478 saylı X1 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı MMC-nin iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ümumi dəyəri 56000 manat olan “Daf” yük markalı yəhər dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı qoşqunu öz mülkiyyətinə keçirərək, cavabdehlərin müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdehlərdə öz növəsində 39200 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC ödəməyi öhdəsinə götürmüşlər. Aylıq ödənişləri 643 manat olmuşdur. Bir müddət ödəniş etikdən sonra ödənişləri dayandırdılar. Ödənişlər üçün dəfələrlə müraciət etsələr də, ödənişlər olunmamışdır. Sonra Cavabdeh2 şirkətə ərizə ilə müraciət edərək Türkiyə Resspublikası vətəndaşı olan sürücüsünun avtomobili Qazaxıstan Respublikasına aparıb satdığını, nə sürücünü, nə də avtomobili tapa bilmədiyini bildirərək köməklik istəmişdir. Şirkət dərhal vətəndaşa köməklik məqsədilə Bakı şəhəri Baş Prokurorluğa ərizə ilə müraciət etmiş, dəfələrlə səlahiyyətli şəxslərin qəbulunda olmuşdur. Qazaxıstan Respublikasında avtomobil ilə bağlı araşdırma aparılmasından və nəticəsindən məlumatsız olmuşlar. Onun qeyri-rəsmi aldığı məlumata görə həmin avtomobil cavabdeh şəxsin sürücüyə ödənilməmiş əmək haqqı olduğundan sürücü tərəfindən satılmışdır. Cavabdeh2 digər oğlu X4 "xxxx" MMC şirkəti vardır. Bu şəxslər 3 ədəd avtomobil götürmüşlər. “Volkswagen Touareg”, “Daf” və “Mercedes Benz” tır götürmüşlər. Dəfələrlə avtomobillərin ödənişi ilə bağlı müraciət etsə də, ödəniş etməmiş, aralarında məhkəmə mübahisəsi olmuş, həmin avtomobillərdən biri yalnız səlahiyyətli orqanlara məlumat verildikdən sonra sərhəd ərazisində saxlanılmışdır. X8 avtomobili idarə etməsi üçün şirkət tərəfindən cavabdehlərin razılığı əsasında etibarnamə verilmişdir. Cavabdeh2 bu barədə məlumatlı olmuş, avtomobillə bağlı müraciət ərizəsində açıq aydın məlumatlı olduğu təsdiqini tapmışdır. Bu səbəbdən iddia rələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, lizing vasitəsi ilə avtomobilin götürülməsi və istifadə edilməsi ilə oğlu Cavabdeh1 məşğul olub. Avtomobilə dair lizing şirkəti onun razılığı və məlumatı olmadan şirkətlə əlbir olaraq etibarnamə verilmiş, nəticədə sürücü avtomobili Qazaxstan Respublikası ərazisində erməni millətindən olan birinə sataraq qaçmışdır. Bu hadisədən sonra oğlu ona məlumat vermiş və vəziyyətlə bağlı şirkətə ərizə ilə müraciət etməli olmuşdur. Onun bu məsələlərdə rolu yalnız müqaviləyə imza etmək olmuş, hər hansı sənəd oxumamış, oğluna inanmışdır. Sürücünü tapmaq üçün Trabzon şəhərinə getsə də, müsbət nəticə əldə edə bilməmişdir. Dəfələrlə şirkətə müraciət etmiş, avtomobilin tapılmasında köməklik istəmişdir. Onun tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilsə də, avtomobil şirkətin mülkiyyətində olduğundan müraciətləri nəticəsiz qalmışdır. Hazırda olmayan bir avtomobil üçün pul ödəməsini mənasız hesab edir. Hesab edir ki, baş verən hadisədə şirkətin qanunsuzluğu və laqeyd münasibəti var. Məhkəmədən avtomobilin oğurlanması faktı ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş edərək hətta doğma övladı belə təqsirli olduğu halda qanun qarşısında məsuliyyət daşımalı olduğunu bildirmişdir. Cavabdeh1 cavabdehin məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə, həmçinin sms bildiriş vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 və 2 nömrəli Əlavəyə əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 56000 manat təşkil etmişdir. - xx.xx.2018-ci il tarixli 1801/0478/ZM-01 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icra edilməsi üçün zamin durmuşdur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, **-JS- *** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun sahibi İddiaçı MMC-dir. - xx.xx.2023-cü il tsarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 23781 manat əsas, 69817 manat dəbbə borcu olmaqla, 98826 manat borcu mövcuddur. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə mövcud 98826 manat borcu beş gün müddətinə ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 şikayət ərizəsi ilə ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət etmiş, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Orucov X2 Respublikasına yük daşıma həyata keçirməsi və qazanc əldə edilməsi məqsədilə özünə məxsus olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalıqoşqulu avtomobili Türkiyə Respublikası vətəndaşı Yığcı Nihata vermiş, sonuncu 2020-ci ilin dekabr ayında məlumat verərək, borcları ilə əlaqədar maddi sıxıntı yaşadığı üçün borclarını qaytarmaq məqsədilə avtomobili sataraq Türkiyə Respublikasına getdiyini bildirmişdir. Əməldə cinyət tərkibi aşkar edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - 1801/0478 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı yük avtomobilini lizinq alan Cavabdeh2 ərizəsi ilə X5 xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən nəqliyyat vasitəsini istifadə etmək üçün 12 ay müddətinə etibar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9549-9/9496 saylı ekspert rəyindən görünür ki, "DAF-yük" markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı "Semi trailer" markalı (q/ş AD 357661) yarımqoşqu üçün Cavabdeh2 tərəfindən “Ekolizinq" MМС-yə xx.xx.2018-ci il tarixli 1801/0478 saylı X3 əsasən ümumilikdə 41.440,00 manat ödəniş edilmiş, eyni zamanda yuxarıda göstərilən cədvəl məlumatlarından da göründüyü kimi, təqdim edilmiş iş materiallarında öz əksini tapmış çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 1801/0478 saylı daxili lizing müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçınə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixə: əsas borc üzrə faiz borcu üzrə xx.xx.2021-ci il tarixə: əsas borc üzrə faiz borcu üzrə 15363,43 manat, 4071,74 manat. 15363,43 manat, 4702,92 manat. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-301/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - 06.05.2025-ci il tarixli, 0171 saylı hesabatdan aşağıdakılar görünür ki, “BMW 528 Xİ” minik markalı, “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun real bazar dəyəri 36000 manat təşkil edir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1 Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1 Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 747.1. Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişlər hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə iddia tələbinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 və 2 nömrəli Əlavəyə əsasən, Cavabdeh2 ərizəsi əsasında sonuncu tərəfindən seçilmiş, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqu Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 56000 manat təşkil etmiş, həmçinin eyni tarixli 1801/0478/ZM-01 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh1 İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1801/0478 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün birgə məsuliyyət götürərək lizing verən qarşısında zamin durmuşdur. Bununla da tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı da həmin müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində cavabdehin 15419,00 manat əsas lizinq borcu, 4090,00 manat vaxtı keçmiş faiz borcu, 10844,00 manat hesablanmış penya, cəmi 30353,00 manat borcun yarandığını iddia edərək, bu məbləğin, həmçinin avtomobilin ölkə ərazisində mövcud olmadığından qaytarılmasının mümkün olmadığı səbəbi ilə avtomobilin dəyərinin cavabdehlərdən müşətərək qaydada tutulmasını tələb etmişdir. Hazırda Cavabdeh2 lizinq obyektinin onun razılığı olmadan ölkə ərazisindən çıxarıldığını, nəticədə Nihat Yığıcı adlı sürücü tərəfindən oğurlanmaqla satıldığını əsas gətirərək müqavilə üzrə öhdəliyin onun tərəfindən pozulmadığını bildirmiş və iddia tələbinə etiraz etmişdir. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 müraciəti əsasında Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırılma aparılmış və xx.xx.2021-ci il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı müraciət edən şəxsin izahatı alınmış, izahatında Cavabdeh2 göstərmişdir ki, oğlu Abbas Orucovun təklifi əsasında razılaşaraq avtomobili idarə etmək üçün oğlunun 15 illik dostu və işçisi X7 Respublikasına yük daşıma həyata keçirmək üçün vermiş, xx.xx.2020-ci il tarixdə sürücü avtobil ilə piyada vurduğunu, nəticədə avtomobili Qazaxstan Respublikasında qoyaraq Türkiyəyə qayıtdığını, daha sonra oğlunun tanışları vasitəsi ilə avtomobili axtarmağa başladığını və nəticədə sürücünün avtomobili sataraq pulları götürüb qaçdığını öyrənmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, onun təsadüfən məhv olması, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılkan səhvlərdən və istismarı zamaqnı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Eləcə də zaminlə lizinq verən arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndində qeyd edilir ki, zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətdə və məbləğqə qaytarılması, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması ilə bağlı lizinq verən qarşısında məsuliyyət daşıyır. Yuxarıda sadalanan qanunvericilik normaları, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və işin araşdırılan halları ilə yanaşı məhkəmə tərəfləri dinləyib hesab edir ki, lizinq obyektinin üçüncü şəxsin istifadəsinə verilməsində Cavabdeh2 məlumatlı olmaqla müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, onun təsadüfən məhv olması, itirilməsi, korlanması, talanmasında məsuliyyət daşıdığından və zamin lizinq obyetinin vaxtında qaytarılması üçün lizinq alan qarşısında məsuliyyət daşıdığından avtomobilin dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və lizinq alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Əvvəla lizinq alan müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmişdir. Bundan əlavə lizinq alan müqavilə şərtlərini pozaraq lizinq obyektini başqa şəxsin istifadəsinə vermiş, nəticədə lizinq obyekti üçün risk yaranmaqla avtomobil xarici ölkə ərazisində mülkiyyətçinin razılığı olmadan satılmışdır. Bununla belə lizinq verən mülkiyyətində olan avtomobili geri qaytara bilməmişdir. Cavabdeh lizinq obyektini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində lizinq obyektinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən lizinq alanın müraciəti əsasında yalnız etibarnamə verildiyi müəyyən edilmişdir. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış borca münasibətdə iddianı qismən əsaslı hesab edib edir. Belə ki, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə əsas borcu 15363.43 manat, faiz borcu 4071.74 manatdır. Məhkəmə iddia tələbinin gecikdirilmiş müddət üçün penya məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, müqavilə üzrə razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə lizinq obyektinin dəyərini, aparılmış ödənişləri, yaranmış borcun məbləğini, avtomobilin ölkə ərazisinə çıxarılmaqla satılmasını, habelə gecikdirilmiş müddəti nəzərə alıb, iddia tələbinin bu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, əsas borca tənasübsüz olaraq hesablanmış dəbbə borcu azaldılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36000 (otuz altı min) manat pul, həmçinin 15363,43 manat əsas lizinq borcu, 4071 manat faiz borcu, 500 manat cərimə və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Aparılmış qiymətləndirmənin 200 (iki yüz) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (benefisiarın VÖEN-i: **********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22; bank kodu: 505141; bankın VÖEN-i: **********, müxbir hesab: AZ82NABZ********************) ödənilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36000 (otuz altı min) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15363,43 manat əsas lizinq borcu, 4071 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 19934,43 (on doqquz min doqquz yüz otuz dörd manat qırx üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Aparılmış qiymətləndirmənin 200 (iki yüz) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (benefisiarın VÖEN-i: **********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22; bank kodu: 505141; bankın VÖEN-i: **********, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva