Məhkəmə qərarları › İş №e-2(001)-3104/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3104/2022

20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3104/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, həmin akt əsasında hesablanan 453,60 manat borcun silinməsi tələbinə dair ilk iddia ərizəsi, İddiaçı X3 Cavabdeh İddiaçı qarşı maddi ziyan və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, həmin akt əsasında hesablanan 453,60 manat borcun silinməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 cavabdeh İddiaçı qarşı maddi ziyan və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Hökməli kəndində olan fərdi yayış evində ailə üzvləri ilə birlikdə yaşayır. X3 əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış, həmin vaxtdan o, yaşadığı evdə olan qaz sayğacından heç bir maneə olmadan istifadə etmiş və qaz kartına əsasən ödənişlər etmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdeh X5 tərəfindən onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və ona cərimə hesablanmışdır. O, Azəriqaz İB-nə müraciət edərək hesabında (**********00044) yaranmış borcun araşdırılaraq məlumat verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən ona tərtib edilmiş sənədlərin surətləri təqdim edilmişdir. Belə ki, Azəriqaz İB-nin xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvana baxış keçirilmiş, aktda əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar olunur sözləri qeyd edilmiş və guya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi göstəriməklə 4536 m3 itirilmiş təbii qaz və 453,60 manat məbləğində dəymiş ziyan hesablanaraq xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Hesab edir ki, X5 tərəfindən ona itirilmiş təbii qaza görə 453,60 manat məbləğində dəymiş ziyanın hesablanması qanunsuz və əsassızdır. O, Abşeron rayonu Hökməli kəndində yerləşən **********00044 abonent kodlu fərdi yaşayış evində heç vaxt sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə etməmiş, xx.xx.2020-ci il tarixdə tərtib edildiyi göstərilən akt ona təqdim edilməmiş və həmin aktı imzalamaqdan imtina etməsi barədə göstərilənlər əsassızdır. Belə ki, həmin tarixdə ona heç bir akt təqdim edilməmişdir. Azəriqaz İB tərəfindən guya onun evində aşkar edilən sayğacdan kənar qaz xəttinin fotoşəkilinin ümumiyyətlə onun yaşadığı evə heç bir aidiyyəti yoxdur və cavabdeh həmin fotoşəklin məhz onun yaşadığı evdə çəkilməsini sübut edən sənədləri məhkəməyə də təqdim etməmişdir. X5 tərəfindən onun qaz sayğacına və ya qaz xəttinə qanunsuz müdaxilə və təbii qazdan qanunsuz istifadə faktları sübuta yetirilmədən ona itirilmiş təbii qaza görə pul məbləği hesablanmışdır. Hal-hazırda onun qaz sərfiyyatına görə Azəriqaz İB-yə 300 manat borcu vardır. Ona görə də ilk iddia ərizəsinin təmin edilərək Azəriqaz İB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, bu akt əsasında əsassız hesablanmış 453,60 manat məbləğində borcun silinməsinə, qarşılıqlı iddia ərizəsinin isə qismən, yəni 300 manat borc hissəsində təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X3 nümayəndəsi X6 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X5 ilə abonent İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən Azəriqaz İB abonent İddiaçı məxsus, Abşeron rayonunun Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azəriqaz İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00044 nömrəli istehlakçı hesabı açılmışdır. Cavabdeh onunla bağlanmış xx.xx.2020-ci il tarixli 14/1476 nömrəli müqavilənin 2.3.2-ci yarımbəndinin qazdan istifadə qaydalarının 6.5-ci bəndinin və qaz təchizatı haqqında qanununun 6.2-ci bəndinin tələbləri pozularaq qanunsuz olaraq Birliyə məxsus ümumi qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamış, qaz sayğacından kənar təbii qazdan istifadə etmiş, habelə, faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borcu tam ödəməmişdir. Azəriqaz İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində irəli gələn hal birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 453,60 manat məbləğində Azəriqaz İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonentin qaz xəttinə qanunsuz qoşulması qaynaq vasitəsi ilə aradan qaldırılmış və bu barədə xx.xx.2020-ci il tarixli kəsim aktı tərtib edilmişdir. Cavabdehin yuxarıda göstərilən akt üzrə hesablanmış borc məbləğindən əlavə olaraq 04/2020-ci il tarixdən 04/2022-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 1669,20 manat, limitdən artıq istifadəyə görə 93,75 manat borcu yaranmışdır ki, bundan da 1118,70 manat ödənilmiş, yerdə qalan 644,25 manat məbləğində debitor borcu hələ də ödənilməmiş qalmışdır. Hal-hazırda cavabdehin qaz sərfiyyatına görə borcu 300 manat təşkil edir. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşıqlılı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. X3 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, əraziyə baxış keçirilən zaman istehlakçı İddiaçı sayğacdan əvvəl qazdan qeydiyyatsız istifadə etdiyi aşkar olunmuş, akt imzalanmaq üçün İddiaçı təqdim edilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. X3 xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 06x24x90=1296 m3, 1,5x24x90=3240 m3 olmaqla cəmi 4536 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X5 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə aktlar üzrə borcu 453,60 manat təşkil edir. X5 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə borcu 453,60 manat qaz sərfiyyatına görə borcu 644,25 manat olmaqla cəmi borcu 1097,85 manat təşkil edir. X5 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə aktlar üzrə borcu 453,60 manat, cəmi borcu 753,60 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6131; 9/6758 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, mübahisə predmeti olan ünvanda istifadə olunan qaz cihazlarının qeyri-qanuni qoşulma mövcud olduğu müddətdə istifadə etdikləri qazın həcminin 4536 m3 olduğu müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, X5 tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində İddiaçı xx.xx.2020-ci il tarixli ******* aktlar nəzərə alınmadığı halda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək abonent saldosuna əsasən işlətdiyi qazın sərfiyyatı və dəyəri 453,70 (4537x0,10) manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azəriqaz İB istehlakçı İddiaçı qaz xəttinə qanunsuz qoşulması barədə akt tərtib edərək bu hərəkətinə görə istehlakçıya maddi ziyan hesablasa da, özünün tərtib etdiyi aktda qeyd olunan qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə İddiaçı məxsus fərdi yaşayış evində təbii qazın talanması, qaz xəttinə qanunsuz qoşulma halının olması aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Azəriqaz İB tərtib etdiyi aktında qeyd olunan faktın baş verməsini sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı istehlakçının qaz paylayıcısına məxsus qaz xəttinə qeyri-qanuni qoşulması, təbii qazı talaması faktı öz təsdiqini tapmadığından ilk iddia tələbləri əsaslıdır, ona görə də ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə qanusuz qoşulma nəticəsində vurulan maddi ziyan tələbi hissəsində təmin edilməməlidir. Məhkəmə eyni zamada hesab edir ki, araşdırma zamanı İddiaçı qaz sərfiyyatına görə Azəriqaz İB-yə 300 manat borcunun olması öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri X4 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin edilsin. X3 xx.xx.2020-ci il tarixli ******* saylı aktı ləğv edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 453,60 manat silinsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı qaz sərfiyyatına görə 300 manat X3 xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. X2 ekspertiza tədqiqatının dəyərinə görə 100 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 130 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar