Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-33/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dovlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə, ********** sayla aparılmış qeydiyyatına əsasən mülkiyyətində olan 0,065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinə bitişik 1033-1034k saylı bağların sərhədlərini ayırmaq məqsədi ilə çəkilmiş ortaq divarın cavabdehin hesabına sökülərək yeni ortaq divarın torpaqların sərhədləri üzərində çəkilməsinin cavabdehin üzərinə qoyulması; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə, ********** saylı aparılmış qeydiyyatına əsasən mülkiyyətində olan 0,065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinə bitişik 1033-1034k saylı bağların mülkiyyətçisi Cavabdeh tərəfindən ortaq divarın üzərində 6,40 metr uzunluğunda inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə, ********** sayla aparılmış qeydiyyatına əsasən mülkiyyətində olan 0,065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinə bitişik 1033-1034k saylı bağların mülkiyyətçisi Cavabdeh tərəfindən ortaq divardan 1 metr aralıda inşa edilməkdə olan tikilinin ara məsafəsi qaydalarına uyğun olmayan hissəsinin və təhlükə yaradan, bünövrəsi zəif olan digər hissələrinin cavabdehin hesabına sökülməsi və ara məsafəsi qaydalarına əməl edilməsinin cavabdehin üzərinə qoyulması; Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinə bitişik 1033-1034k saylı bağların mülkiyyətçisi X3 tərəfindən öz bağ sahəsinin küçə tərəfdən divara baxan hissəsinin 2,0-2,5 m enində, 45 metr uzunluğunda genişləndirməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin divarın cavabdehin hesabına sökülməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə uyğunlaşdırılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə, ********** sayla aparılmış qeydiyyatına əsasən 0,065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinin mülkiyyətçisidir. Qeyd edilən bağda ondan əvvəlki sahibindən qalma fərdi yaşayış evi vardı və həmin fərdi yaşayış evini bütünlüklə təmir edib, müasirləşdirib, yenidən qurmuşdur. Əlavə olaraq bağda çimmək üçün müasir görünüşlü hovuz tikmişdir. Bağda daimi yaşamır, il ərzində əsasən yay mövsümündə bağda qalır. Covid-19 pandemiyası başladıqdan sonra isə 2020-2021-ci ilərdə bağda qala bilməmişlər. Bağın əvvəlki sahibinin torpaq sahəsi daha böyük idi və ona satılandan başqa özünə qalan hissəni ayıran divar yox idi. Bağı aldıqdan bir qədər sonra qalan hissəni (1033-1034k saylı bağ) Cavabdeh adlı şəxs aldı və ona təklif etdilər ki, torpaq sahələrinin sərhədlərini ayırmaq üçün çəpər inşa etsinlər. Beləcə yarı-yarı xərc qoyub, Qorxmazla aralarında qoşa daşla ortaq divar çəkmişlər. Bağa gedib-gəlmədikləri üçün divarın çəkilməsi işlərinə Cavabdeh nəzarət etdi. Cavabdeh bildirdi ki, torpaq sahəsində fərdi yaşayış evi inşa edib, qazanc əldə etmək üçün onu satmaq fikrindədir və burda yaşamayacaq. 2022-ci ildə bağa gəldikdə görmüşlər ki, Cavabdeh bir hissəsi ortaq divarın üzərində olmaqla (divara oturan hissənin uzunluğu 6.40 metrdir) əsas hissəsi ortaq divardan 1 metr aralı fərdi yaşayış evi inşa etməkdədir. Bununla bağlı dərhal Binəqədi rayon İcra Hakimiyyətinə şikayət etmişlər, icra hakimiyyətinin nümayəndələri başda memar olmaqla yerə baxış keçirib, bildirmişlər ki, Cavabdeh qanunsuzluq edib, tikili tikinti norma və qaydalarına uyğun deyil, tikinti barədə rayon icra hakimiyyətinə məlumat verməyib, onunla razılaşdırılmamışdır. Cavabdeh qanunsuz tikinti aparması ilə əlaqədar ara divarında çoxsaylı çatlar əməl gəlmiş, çatlar 2 sm qədər enlənmişdir, üzərinə düşən yük artdıqca divarın uçmaq təhlükəsi daha da artır, çatlar daha da böyüyür. Bu isə divarın uçmasına, əks tərəfdəki, yəni onların hovuzda çimən, habelə divarın onlar tərəfdəki hissəsində olan ailə üzvlərinin, başqa şəxslərin üzərinə daş, betonun düşməsinə və Allah göstərməsin, bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Cavabdehdən tikilinin sökülməsini dəfələrlə tələb etməsinə baxmayaraq, o müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış, söküntünü aparmamış, hətta bildirmişdir ki, guya borcuna görə bank bağı onun əlindən alır. Cavabdeh evin pəncərələrini bütünlüklə onun həyətə, sanki panorama olaraq hovuza tərəf qoymuşdur. Həyətə tərəf olan 3 pəncərənin eni 3,3 metr, uzunluğu 1 metrdir. Hovuzda çimərkən cavabdehin fəhlələri, qohumları pəncərələrdən və ortaq çəpərin üzərindəki tikilidən onlar tərəfə baxır, həyatlarına müdaxilə edirlər. Cavabdeh tikinti norma və standarlarına əməl etməyərək, hər hansı bünövrə qoymadan, torpağı sadəcə 40 sm qazmaqla, oraya zəif və dözümsüz bünövrə betonu tökmüş, 3 mərtəbəli ev qaldırmış, mərtəbələrin ardını isə qaldırmaqdadır. Bununla yanaşı tikilisinin altındakı torpaq nəm və qumluq yerdir, tikiliyə davamsızdır. Cavabdehin bünövrəsi bu tikiliyə tab gətirə bilməz və gələcəkdə uça bilər, uçduğu halda onlara təhlükə var, hər an bədbəxt hadisə baş verə bilər. Habelə cavabdeh onun bağda olmamasından, divarın çəkilməsinə nəzarəti özünün etməyindən istifadə edərək divarı aralarındakı sərhəddən çəkmək əvəzinə onun həyətinin ərazisindən çəkmiş və bununla öz torpaq sahəsini genişləndirmiş, onun həyətinə girmişdir. Həmçinin Cavabdeh qanunsuzluq edib, öz bağ sahəsinin küçə tərəfdən divara baxan hissəsini 2,0-2,5 m enində, təqribi 45 metr uzunluğunda küçədəki piyada səkisinin hesabına genişləndirmişdir. Nəticədə küçə darısqallaşmış, avtomobilərin hərəkətində çətinliklər yaranmış, piyada səkisi yoxa çıxmış, piyadaların hərəkəti isə ümumiyyətlə mümkünsüz olmuşdur ki, bu da piyadaları avtomobilərin altında qalmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Pozulmuş hüquqlarının başqa qaydada bərpa edilməsi mümkün olmadığından məhkəməyə müraciət edir və həmin hüquqları məhkəməyə qaydasında bərpa etmək məcburiyyətindədir. 16 sentyabr 2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus sahədə tikilmiş obyektin tikinti və şəhərsalma normalarına uyğun olmayan özbaşına tikinti sayılması və qanunvericiliyə uyğun sökülməsinin təmin edilməsi, hasara çəkdiyi xərclərin 50%-nin ona ödənilməsinin təmin edilməsi, hasarın qanunla müəyyən edilmiş hündürlüyə endirilməsi üçün müvafiq hissəsinin sökülməsi, 50 000 manat maddi ziyanın ödənilməsi, ona və ailəsinə vurulmuş 100 000 manat mənəvi ziyanın ödənilməsi, o cümlədən daşınmaz əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə dair cavabdeh və qohumları tərəfindən edilən və ediləcək bütün müdaxilə və maneələr qadağan edilməklə mülkiyyəti üzərində sahiblik və istifadə hüququnun tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddianı tamamilə rədd edir, aşağıdakıları nəzərə alaraq qarşlıqlı iddianı təmin etməyi xahiş edir: 1. Cavabdeh tərəf özü də etiraf etdiyi kimi, tikinti işləri görmüş və hətta su hovuzu inşa etdirmişdir. Qeyd edir ki, bu tikililərin heç biri qarşı tərəfin mülkiyyət çıxarışında yoxdur (yalnız torpaq sahəsidir), həmçinin tikintiyə məlumatlandırma icraatı qaydasında müraciət edilməsi və tikintilərin dövlət reyestrində bu torpaq sahəsində hər hansı tikilinin olması barədə heç bir məlumat yoxdur. Qarşı tərəf deyir ki, o mövcud tikilini abadlaşdırıb, axı mülkiyyət sənədində heç bir məlumat yoxdur bu barədə. Əgər yoxdursa, deməli, Məcəllənin 80.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyətinə müraciət edilməli və tikinti layihəsinin müvafiq qanunvericiliyə uyğunluğu araşdırılmalı idi. Belə ki, qarşı tərəfin ərazisinə vizual baxış keçiriləndə aydın olur ki, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, ara məsafəsi, hasarların hündürlüyü və s. ilə bağlı məcburi tələblər pozulmuşdur. Buradan aydın olur ki, qarşı tərəf nəyə görə icra hakimiyyətinə müraciət etməyib və qanunsuz tikinti edib. Əgər ərazidə keçmişdə hər hansı tikinti olsa belə, Məcəllənin 79.1.7-ci maddəsinə görə, bunun üçün daha ağır tələb müəyyən edilmişdir - tikintiyə icazə tələbi. Cavabdeh bütün Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olaraq, tikintisinə icazə tələb olunan inşaat işlərini müvafiq məcburi tələbləri pozmaqla, yəni Məcəllənin 48.1-ci maddəsinə zidd olaraq, lisenziyalı layihəçi ilə müqavilə bağlamadan, 79.1.7-ci maddəyə zidd olaraq müvafiq icazə almadan aparmış, 73.1-ci maddəyə zidd olaraq, hasarları qanunsuz olaraq, 2.20-sm-dən çox artırmışdır. Təbii ki, cavabdehin tikintisi özbaşına tikintidir və müvafiq olaraq bununla bağlı hüquqi nəticələr tətbiq olunmalıdır. Qeyd edir ki, bu halda məhz tikintiyə icazə alınmamışdır, tikinti işləri isə müvafiq lisenziyalı layihəçinin layihəsi və nəzarəti əsasında yox, qanunsuz görülmüşdür. Görünən odur ki, cavabdeh qanunvericiliyə və dövlət hakimiyyətinə kobudcasına hörmətsizlik edir. Özünə sərf edəndə isə qanuna müraciət edir. Bütün bunlar onun tikdiyi binanın və hovuzun tikinti və şəhərsalma normaların nə dərəcədə uyğun olduğunu, habelə onun, ailə üzvlərinin və digər qonşuların, hətta cavabdehin və yaxın qohumlarının həyat və sağlamlığı, mülkiyyət hüquqları üçün təhlükənin potensial reallığını açıq-aşkar ortaya qoyur! Qeyd edir ki, cavabdeh tikinti şirkətində bölmə rəhbəri vəzifəsində iş təcrübəsinə malikdir və hazırda da bu şirkətdə işçi kimi qeydiyyatdadır. Buna görə o bu məcburi tələbləri bilməmiş deyildir! Deyilənləri nəzərə alaraq xahiş edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi 3-cü şəxs kimi cəlb edilsin. 2. Cavabdeh ilə həmsərhəd ərazidə yerləşən hasar iddia edildiyinin tam əksinə olaraq onun vəsaiti hesabına inşa edilmişdir. Belə ki, hasarın tikintisinin qanunvericiliyə uyğun olaraq birgə maliyyələşdirilməsi barədə razılığa gəlinsə də, sonradan qarşı tərəf hər hansı məlumat vermədən qanunla müəyyən edilmiş hündürlük (2.20) tələblərinə zidd olaraq, habelə qonşuluq münasibətini tapdalayaraq qoşa daşla tikilmiş hasarın özünə aid daş hissəsində əlavə 6 daş qaldırmış və onun tərəfindən beton armatur və qoşa daşla tikilmiş hasarın xərclərini ödəməkdən yayınmışdır. 3. İş materiallarına əlavə edilmiş foto şəkildə və iddia ərizəsində qeyd edilmişdir ki, hasarda guya çatlar əmələ gəlib, bu tamamilə cəfəngiyyatdır. Belə ki, fotoşəkildə olan çat mübahisə predmeti olan hasarda deyil, bu hasarla birləşən və cavabdeh tərəfindən öz qonşusu arasında "Tək daşla" 4 və daha çox metr hündürlüyündə tikilmiş hasar arasında yaranmışdır. Tikinti normativlərini pozmaqla (2.20 sm olmalıdır) 4-5 metr hündürlükdə tikilmiş hasarın ağırlığı məhz bu çatlara səbəb ola bilər. Bir daha qeyd edir ki, bu çatlar hasarda qeydə alınmamışdır. Ümumən bildirir ki, qarşı tərəf normativlər daxilində keyfiyyətlə tərəfindən inşa edilmiş hasarın tikilmiş hasarın özünə aid hissəsində qanunsuzluq edib, əlavə 6 daş qoymaqla da hasarın tarazlığını poza bilər. Ümumən orada hasara yaxın ərazidə su hovuzu da tikilmişdir ki, bu hovuzun düzgün inşa edilməməsi nəticəsində nəinki hasar, ona məxsus daşınmaz əmlak da təhlükə altına düşə bilər. 4. İş materiallarından göründüyü kimi, cavabdeh bütün şəhərsalma və tikinti qanunvericiliyini pozmuşdur. Nə tikinti ilə bağlı icazə proseduru, nə lisenziyalı layihəçi ilə müqavilə bağlayıb layihə sənədlərini təsdiqə vermişdir. Belə olan tikintinin gələcəkdə qonşular üçün daşıdığı təhlükə göz qabağındadır. Sadə tikinti texnikası gözlənilmədən 4-5 metr hündürlüyündə inşa edilmiş hasarlar artıq tikintinin keyfiyyətindən xəbər verir. Su hovuzunun ona məxsus torpaq sahəsinə yaxınlığı ümumən binanın və ətrafda olan tikililərin həyatı üçün real təhlükə daşıyır. Bundan başqa fərdi yaşayış evinə köçüb yaşamaq üçün təmir işlərinə ehtiyac vardır, lakin cavabdeh usta və fəhlələr ünvana gələn kimi onlara qarşı müxtəlif qanunsuz hədə-qorxu və sair təsirlər edir (məsələn, cavabdehin özü, yoldaşı Aydın, atası orada işləmiş şəxslərə və ona zəng edib deyirlər ki, guya ustalar onların həyətinə gözlərini qanunsuz zilləyirlər, sonuncu dəfə avqust ayında polisə şikayət edib, guya onun həyətindən hansısa taxtadan düzəldilmiş nərdivanın oğurlandığı bildirərək növbəti təmir cəhdini dayandırmışdılar) və nəticədə o və ailəsi öz mülkiyyətində olan evə köçüb yaşaya bilmir və bu məqsədlə heç bir təmir işlərini görmək olmur. Özü qanunsuz tikdiyi evdə yaşasa da, müxtəlif instansiyalara uydurma şikayət məktubları göndərir və bu yolla ona mülkiyyətiylə bağlı növbəti hədə, təhdid və təsirlər edir. Onun torpaq sahəsinə qanunsuz olaraq daxil olur və təmir işlərinə mane olurlar. Fərdi yaşayış eviylə bağlı iddiası əsassız olsa da, tikilmiş yalnız təmirə ehtiyac olan fərdi yaşayış evində təmir işlərinin (fasad, izolyasiya və s.) dayandırılması ilə bağlı qanunsuz MTT ərizələri və vəsatətlər verir. Təmir işlərinin həyata keçirilməsinə törədilən müxtəlif manelər və qanunsuz müdaxilələr nəticəsində öz evinin təmirini etmək üçün bankdan götürdüyü 200.000 AZN görə faiz ödəyir, digər tərəfdən tikinti materialları və işçilik xərcləri günbəgün artır, nəticədə götürdüyü krediti vaxtında istifadə etmədiyinə görə təmir işlərinin xərcləri 30-50% bahalaşıb. Nəticədə ona təxminən 50.000 AZN ziyan dəymişdir. Digər tərəfdən bu həm də mənəvi psixoloji sarsıntılara səbəb olur. O və ailəsi öz evinə köçə bilmir, istirahət etmək və dincəlmək hüququndan məhrum olmur. Hər dəfə özünə və ailə üzvlərinə təmkinli olmağı izah etməkdən yorulmuşdur. Bununla bağlı çox dərin mənəvi iztirab keçirirlər. Həm də ona görə ki, qonşuluq münasibətlərində hər zaman diqqətli və məsuliyyətli olmuşlar. Ümumən Novxanı bağlarının 60-70 ildən çoxdur ki sakinidirlər. Orada hər zaman hörmət və izzət görmüş və göstərmişlər. Cavabdeh isə bu əraziyə köçüb-köçməyib hər iki qonşusunu məhkəməyə verib. Bütün qonşular köçüb yaşayır amma o öz mülkiyyətində olan torpağında və evində oranı təmir edib yaşaya bilmir. Cavabdeh həmçinin ilk iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, ilk iddia ilə razı deyil, tamamilə rədd edir, iddianı qanunsuz və əsassız hesab edir və aşağıdakılara əsasən rədd edilməsini xahiş edir: 1. ünvan 1 ünvanında olan torpaq sahəsi və onun üzərində olan daşınmaz əmlak xüsusi mülkiyyətdədir. Bunu ƏMDX-nin DƏDKR PHŞ-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş Mülkiyyət haqqında çıxarış və texniki pasport təsdiq edir (Əlavə #1 (Mülkiyyət Çıxarışı) və Əlavə #2 (Texniki pasport)). Aparılmış tikintinin tamamilə qanuna uyğun olduğunun bundan başqa sübuta ehtiyacı yoxdur! Yəni mübahisə predmeti artıq tikinti yox, xüsusi mülkiyyətdə olan daşınmaz əmlak olduğundan iddia tamamən rədd olunmalıdır. 2. Torpaq sahəsi onun üzərində daşınmaz əmlakla birgə götürülmüş kreditə görə Azərbaycan Beynəlxalq Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda 200 000 AZN kredit müqabilində əmlak üzərində ipoteka yüklülüyü mövcuddur (Əlavə #3 (ipoteka müqaviləsi)). Təbii ki, əgər tikinti qanunsuz olsaydı, Dövlət bankı, bu əmlakı dövlət vəsaitlərinin təminatı olaraq girov götürməzdi. Ona görə də Azərbaycan Beynəlxalq Bankı müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb olunmalıdır. Bununla bağlı müvafiq vəsatətinin təmin edilməsini xahiş edir. 3. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın tikinti niyyəti tam qanunvericiliyə uyğun rəsmiləşdirilmişdir və Dövlətimizin tam nəzarəti altında aparılmışdır. Tikinti və Şəhərsalma Məcəlləsinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında tikinti niyyəti barədə müvafiq qurum (Binəqədi icra hakimiyyəti) rəsmi məlumatlandırılmış və tikinti barədə tikintilərin dövlət reyestrinə müvafiq məlumatlar daxil edilmişdir (Əlavə #4 (Tikintilərin dövlət reyestri)). Buna görə də tikintinin qanunsuz olması barədə deyilənlər tam yalandır və böhtandır. Əgər hər hansı qanunsuzluq olardısa, Binəqədi icra hakimiyyəti şəhərsəlma nəzarəti qaydasında hər hansı tədbir görərdi (tikintini dayandırar, aidiyyatı qurumu məlumatlandırar və s). 4. Tikinti, müvafiq qanunvericiliyə və tikinti-texniki normalarına uyğun aparılımışdır. Tikinti monolit bina metoduna uyğun aparılmış, yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir (armatur, beton, daş və s.) (Əlavə #5 (Foto)). Tikintinin layihəsi "xxxx" MMC tərəfindən icra edilmiş və onun layihə nəzarəti altında aparılmışdır (Əlavə #6 (Lisenziya)). Əks halda, FHN-nin müvafiq məsul qurumu tərəfindən hər hansı məcburi tədbirlər görülər (tikinti dayandırılardı, sökülərdi, məsuliyyət barədə qərarlar verilərdi və s.). 5. Qarşı tərəf Mülki Məcəllənin 173.4-cü maddəsinə istinad etmişdir. Orada deyilir ki, əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Bununla bağlı bildirmək istəyir ki, əvvələ bu tələb çıxıntılı binalara aiddir. Burada isə qonşunun torpaq sahəsinə bu və ya digər çıxıntının olması faktı qəti istisna edilir. İkincisi, çıxıntının olduğunu fərziyyə etsək belə, qarşı tərəf binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsini sübut etməlidir, hətta sübut etsə belə, bu tikilinin sökülməsinə əsas vermir. Müvafiq maddə yalnız təhlükənin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsini müəyyən edir, tikintinin sökülməsi isə bu siyahıda ümumən ola bilməz. Çünki bu o deməkdir ki, 173.1-ci maddəyə uyğun olaraq bina sahibinin əşya (mülkiyyət) hüququ pozulmuş olacaq. Yenə də bunlar sadəcə fərziyyələrdir, reallıqda qarşı tərəfin torpaq sahəsinə heç bir müdaxilə olmamışdır. Burda onu qısaca diqqətə çatdırır ki, qarşı tərəf özü də etiraf etdiyi kimi, tikinti işləri görmüş və hətta su hovuzu inşa etdirmişdir. Qeyd edir ki, bu tikililərin heç biri qarşı tərəfin mülkiyyət çıxarışında yoxdur (yalnız torpaq sahəsidir), həmçinin tikintiyə məlumatlandırma icraatı qaydasında müracət edilməsi və tikintilərin dövlət reyestrində bu torpaq sahəsində hər hansı tikilinin olması barədə heç bir məlumat yoxdur. Qarşı tərəf deyir ki, o mövcud tikilini abadlaşdırıb, axı mülkiyyət sənədində heç bir məlumat yoxdur bu barədə. Əgər yoxdursa, deməli, Məcəllənin 80.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyətinə müraciət edilməli və tikinti layihəsinin müvafiq qanunvericiliyə uyğunluğu araşdırılmalı idi. Belə ki, qarşı tərəfin ərazisinə vizual baxış keçirəndə aydın olur ki, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, ara məsəfəsi, hasarların hündürlüyü və s. ilə bağlı məcburi tələblər pozulmuşdur. Burdan aydın olur ki, qarşı tərəf nəyə görə icra hakimiyyətinə müraciət etməyib və qanunsuz tikinti edib. Əgər ərazidə keçmişdə hər hansı tikinti olsa belə, Məcəllənin 79.1.7-ci maddəsinə görə, bunun üçün daha ağır tələb müəyyən edilmişdir – tikintiyə icazə tələbi. Bunun pozuntusunun hansı məsuliyyətə səbəb olması bu etirazın sonunda qeyd edilmişdir (Əlavə #7 (iddiaçının qanunsuz tikilisi). 6. İddiaçı ilə həmsərhəd ərazidə yerləşən hasar iddia edildiyinin tam əksinə olaraq onun vəsaiti hesabına inşa edimişdir. Belə ki, hasarın tikintisinin qanunvericiliyə uyğun olaraq birgə maliyyələşdirilməsi barədə razılığa gəlinsə də, sonradan qarşı tərəf hər hansı məlumat vermədən qanunla müəyyən edilmiş hündürlük (2.20) tələblərinə zidd olaraq, habelə qonşuluq münasibətini tapdalayaraq qoşa daşla tikilmiş hasarın özünə aid daş hissəsində əlavə 6 daş qaldırmış və onun tərəfindən beton armatur və qoşa daşla tikilmiş hasarın xərclərini ödəməkdən yayınmışdır (Əlavə #8 (Arayış)). 7. Mübahisə predmeti olan hasar qoşa daşla, özülünə beton və armatur əlavə edilməklə tikilmişdir. Bu zaman mülkiyyət və tikinti qanunvericiliyi tam olaraq gözlənilmişdir. Belə ki, hasarın qoşa daşının bir daşı onun, digər daşı isə qarşı tərəfin ərazisinə düşmüşdür ki, bu da mülki qanunvericiliyə tam uyğundur və iddiaçı bu qaydaya etiraz etməmişdir. Əksinə hasarı özünə aid olan hissədə daha da 6 daş əlavə etməklə qaldırmışdı. Burada onu da əlavə edir ki, hasarın müəyyən hissədə bina hissəsinə birləşdirilməsi (monolit bina) hasarın möhkəmliyini daha da gücləndirmişdir (Əlavə #9 (hasar tikilisi)). 8. İş materiallarına əlavə edilmiş foto şəkildə və iddia ərizəsində qeyd edilmişdir ki, hasarda guya çatlar əmələ gəlib, bu tamamilə cəfəngiyyatdır. Belə ki, fotoşəkildə olan çat mübahisə predmeti olan hasarda deyil, bu hasarla birləşən və iddiaçı tərəfindən öz qonşusu arasında “Tək daşla” 4 və daha çox metr hündürlüyündə tikilmiş hasar arasında yaranmışdır. Tikinti normativlərini pozmaqla (2.20 sm olmalıdır) 4-5 metr hündürlükdə tikilmiş hasarın ağırlığı məhz bu çatlara səbəb ola bilər. Bir daha qeyd edir ki, bu çatlar hasarda qeydə alınmamışdır. Ümumən bildirir ki, qarşı tərəf normativlər daxilində keyfiyyətlə tərəfindən inşa edilmiş hasarın tikilmiş hasarın özünə aid hissəsində qanunsuzluq edib, əlavə 6 daş qoymaqla da hasarın tarazlığını poza bilər. Ümumən orada hasara yaxın ərazidə su hovuzu da tikilmişdir ki, bu hovuzun düzgün inşa ediməməsi nəticəsində nəinki hasar, ona məxsus daşınmaz əmlak da təhlükə altına düşə bilər (Əlavə #10 (iddiaçının qanunsuz hasarı)). 9. İddiaçı qeyd edir ki, guya onun yalnız 2022-ci ildə xəbəri olub ki, hasarın müəyyən hissəsində fərdi yaşayış evinin bir hissəsi inşa edilib. Bununla bağlı qeyd edir ki, beton tökmə işləri böyük həcmli pompalar vasitəsilə iddiaçının gözü qabağında edilmişdir, tikinti ümumən 2 ilə yaxındır ki, davam edib. Hasarın müvafiq hissəsinin fundamenti və kürsüsü 2021-ci ilin mart ayında, 1-ci mərtəbə və o cümlədən müvafiq divar və hasar həmin ilin aprel-may ayında, 2-ci mərtəbənin betonu və divarı həmin ilin iyun ayında tikilmiş, digər tikinti işləri sentyabr ayında, divar və üst betonu həmin ilin oktyabr ayında tikilmiş və tikinti tamamlanmışdır. Yəni bu müddətdə bunu qarşı tərəf görməmişdi?! Belə ki, 2021-ci ildə iddiaçının evi tam hazır olmadığından onlar atasıgilin bağında qalırdılar. Hər gün, hər saat tikintini izləyirdilər. Həmçinin iddiaçı müntəzəm olaraq öz bağına gedib-gəlir, xüsusilə də tikinti apardığına görə onun bağa gedib-gəlmə intensivliyi çox idi. Bununla bağlı onu da qeyd edir ki, onun yaxın qohumu (atası və anası) qış-yay bağda qalırlar. Onların qaldığı bağ ilə iddiaçının bağı arasında heç bir hasar yoxdur, birgə təsərrüfata malikdirlər. İddiaçının tikintisinə və bağ sahəsinə də onun atası gündəlik nəzarət edir. Ümumən onda video və foto çəkilişlər var ki, orada açıq-aydın görünür ki, hasar və müvafiq binanın hissəsi artıq 2021-ci ilin mart-aprel ayında mövcud idi və orada iddiaçı tərəfində 5-6 daş əlavə edilmişdir. Sual yaranır: öz evinin düz qabağında iddiaçı nə tikildiyindən necə xəbəri olmaya bilər?! 2-cisi, üzərində əlavə daşlar əlavə etdiyi, suvaq etdiyi və boyadığı divarı və ya hasarı qarşı tərəf necə görməyə bilər. Yəni bütün bu faktlar göstərir ki, tərəflər arasında hasarın yerləşməsi və tikilməsi, həmçinin orada binanın divarının tikilməsi ilə bağlı heç bir narazılıq olmayıb, əksinə iddiaçı hasara əlavə tikinti etmək, orada abadlaşdırma etmək, işıq və qaz xəttini hasarda aparmaqla bütün tikinti işlərinə öz razılığını bildirmiş olub. Bunu özü də etiraf edir ki, hasarın tikintisi ilə bağlı xərcləri bölüşdürmək barədə, həmçinin hasarın tikintisini cavabdeh olaraq həvalə etmək barədə razılıq olmuşdur. 10. Şəhərsalma və Tikinti Məcəlləsinin 70.2.4-cü maddəsinə obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisinə yol verilir. Belə ki, həmin Məcəlləsinin 79.1.9-cu maddəsinə görə, bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikilməsinə icazə tələb olunmur. Həmin məcəllənin 69.6-cı maddəsinın 2-ci cümləsinə görə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. İddiaçı özü də onun dayısı X4 tək daşla tikilmiş hasarına bitişik yay mətbəxi inşa etmişdir. 11. Görünür, iddiaçı özü də bilmir ki, ortaq divar nədir, yanaşı divar nədir. Belə ki, iddia ərizəsində divarın həm ortaq divar olduğu qeyd edilir, həm də yanaşı divarlar haqqında 72-ci maddəyə istinad olunr. Lakin hasarın mübahisə edilən binaya bitişik hissəsi, qarşı tərəfin iddia etdiyi kimi ortaq divar deyil, sadəcə hasardır. Həmin hasara bitişik hissə isə onun daşınmaz əmlakının yanaşı divarıdır. Məcəllənin 3.0.36-cı maddəsinə görə, ortaq divar – iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divardır. Həmin məcəllənin 3.0.35-ci maddəsinə görə, yanaşı divarlar – bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlardır (ən azı iki divar). Göründüyü kimi, ortaq divar iki binanı bir-birinə birləşdirən divardır. Mübahisə predmeti olan sahənin ən kənar xətti onun torpaq sahəsinin sərhədidir. Bu kənar xəttdən qarşı tərəfin hasarı başlayır ki, bunu da o, tikmişdir. Yəni burda yalnız onun binasının yanaşı divarı və iddiaçının ona bitişik hasarı vardır, ortaq divar yoxdur. Ona görə də Məcəllənin 71-ci maddəsi bu münasibətlərə şamil oluna bilməz. Eləcə də iddiaçı onun inşa etdiyi həmin divara bitişik gələcəkdə hər hansı obyekt üçün divar inşa etsə, bu halda o, yox, qarşı tərəf onun razılığını almalıdır. Yəni maddənin məntiqi ondan ibarətdir ki, əgər kiminsə binasına bitişik bina tikilirsə, bu həm təhlükəsizlik, həm mülkiyyət hüquqları baxımından mövcud divar sahibinin hüquqlarını poza bilər. Buna görə Məcəllənin 72.1-ci maddəsinə görə, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Onu da əlavə edir ki, iddiaçı özü tikdiyi evi arxa qonşusunun divarında tək daşla inşa edilmiş hasarında otuzdurub (Əlavə #11 (Foto (iddiaçının divarı qonşunun hasarındadır) və Əlavə#12 (bina armatur və fundament)). 12. Yolun kənarında tərəfindən inşa edilmiş hasara gəldikdə, əvvəla bu hasarın iddiaçıya heç bir aidiyyatı yoxdur və onun hüquq və mənafelərinə hər hansı şəkildə toxunmur. Belə ki, iddiaçı ümumən o yoldan istifadə etmir. Ona məxsus torpaq sahəsinə giriş-çıxış üçün darvaza minimum 200 metr ona məxsus və qanunsuz artırıldığı iddia edilən ərazidən əvvəl gəlir. İkincisi, əgər burda hər hansı qanunsuzluq olardısa, hasarına daha yaxın hasar qonşular və ya bu yoldan istifadə edərək öz bağına gedib-gələn şəxslər şikayət edərdi və ya müvafiq qurumlar tədbir görərdilər. Üçüncüsü, həmin ərazi iddia edildiyi kimi, səki zad deyil, heç vaxt da olmayıb. Bu ərazi təpəcik olub ki, ora antisanitariya mənbəyi olmuşdur. Ümumən bağ ərazilərində heç bir yerdə səki yoxdur. Çünki yolda heç bir intensiv nəqliyyat hərəkəti olmur ki, piyadalar üçün səki yeri ayrılsın. Dördüncüsü, yol isə bir maşınlıq yol olmuşdur. Bu ərazini abadlaşdırandan sonra hazırda yol genişlənmiş və iki maşınlıq yola çevrilmişdir. Artıq yolun kənarında 1 maşın park edə bilir və eyni zamanda bir maşın hərəkət edə bilir. Ən sonda onu bildirir ki, artırıldığı deyilən torpaq sahəsi də onun xüsusi mülkiyyətindədir və mülkiyyətçi olaraq hasar çəkmək qanuni hüququdur (Əlavə #13 (hasar-yol)). 13. Hasar və ona məxsus olan yanaşı divar tam olaraq ona məxsus torpaq sahəsinin sərhəddinədək tikilmişdir. Tərəfindən razılıq əsasında hasarı və yanaşı divarına paralel (arada boşluq qoymadan) tikilmiş hasar isə onun torpaq sahəsində tikilmişdir. Torpaq sahələri arasında sərhəd həmin torpaq sahəsini alarkən, divar inşa edərkən DƏDRX-dan dəvət olunmuş nümayəndə tərəfindən təyin olunmuşdur. Ümumən iddiaçı və onun yaxın qohumlarının qeyd edilən bağ sahəsinin əvvəlki mülkiyyətçiləri arasında torpaq sahəsi ilə bağlı məhkəmə olmuşdur və ona görə torpaq sahəsini almamışdan qabaq artıq iddiaçı dəqiq bilirdi ki, sərhəd hardan keçir və onu məhz onlar bu barədə məlumatlandırmışdır. Onu da əlavə edir ki, hasar artıq 1 il 3-4 aydan artıqdır ki, tikilib və aralarında bununla bağlı heç bir şikayət və narazılıq olmayıb. Qarşı tərəf hasarın özünə aid hissəsini 6 daş olaraq əlavə qaldırmaqla da hasarın sərhədinə öz razılığını ifadə etmiş olub. 14. Onu da qeyd edir ki, artıq 40 ildən çoxdur ki, qeyd edilən bağda yaşayır, bu ərazinin yerli sakinidir. Buna görə iddiaçının deməsi ki, o, evi satmaq üçün tikir, bu sadəcə gülünc doğurur, baxmayaraq ki, hər bir halda mülkiyyətinə sərəncam vermək onun təbii hüququdur. İddiaçı özü ticarətlə məşğul olursa, bu o demək deyil ki, hər kəs bu peşə ilə məşğul olur. Bu günədək qonşulardan heç biri ilə mübahisəsi olmayıb. Əksinə birgə yaşayış və qonşuluq qaydalarına dönmədən əməl etmişlər. Aralarında ola bilən məsələləri həmişə öz aralarında həll etmişlər. İddiaçı və onun yaxın qohumları bura gələr-gəlməz artıq iki məhkəmə işinə səbəb olublar. Onların üzündən onun ustaları obyektdə işləyə bilməyiblər. Uzun illər peşəkar ustalıq edən şəxslər hər dəfə ona şikayət edirdilər ki, iddiaçı və onun yaxın qohumu (atası) onları gah köhnə-külə taxtaların oğurlanmasında, gah müxtəlif qara niyyətlə onların həyətinə baxmaları və s. böhtanlarla işləməyə qoymurlar. Polisə şikayət edir, onun ərazisinə girib tikintiyə mane olur və s. qonşuluqdan kənar qanunsuz işlər görürdülər. Bir qonşu olaraq, iddiaçıya qarşı hər zaman diqqətcil olmuş, hörmətini və təmkinini nümayiş etdirmişdir. Bu aşağıdakılarda ifadə olunub: - Torpaq sahəsini almaq ona təklif olunsa da imtina etdi ki, qonşu həyətdə özlərinə satın. - Torpaq sahəsini almamışdan qabaq, iddiaçıya təklif etdi ki, sən al buranı, gözün qalmasın, vaxtilə bütöv həyət olub. - Evi tikməmişdən qabaq dedi ki, tikir məhz bu ərazidə sizin qarşınızda, başqa uyğun yer yoxdur, əgər narahatçılıq varsa, yenə də deyin sizə satım. - Evi elə tikdi ki, maksimal qədər iddiaçının evindən dəniz görünsün. Hərçənd ki, bu onun marağına uyğun deyildir. - Onların xahişini də nəzərə alaraq tikintinin arxasına hər hansı pəncərə qoymamışdır, hərçənd ki, iddiaçı birbaşa onun həyətinə və qonşusu dayısı Şamil Bədəlovun həyətinə baxan balkonu vardır. Ona görə də guya onun həyətinə baxan böyük pəncərəni sanki hansısa məkrli niyyətlə etdiyi, guya qohumu-əqrabası, dost-tanışı bunların həyətinə tamaşa edirlər barədə deyilənlər çox səviyyəsiz ittihamlardır. Mərtəbələrarası pilləkənin olması isə bu normaldı. Çünki əks halda ev ümumən qaranlıq olacaq. Açığı onun da evinin qabağında oxşar pəncərəli qonşu ev vardır və bunun qarşısını ala bilmir. Bu mülkiyyətçinin hüququdur. Həmçinin layihə üzrə bu belə nəzərdə tutulub. Qanunvericilik də pəncərənin hara açılması ilə bağlı məcburi tələblər nəzərdə tutmur. Təbii ki, pəncərəni gələcəkdə pərdə, buzlu vinil və s. bağlamaq da olardı. Amma qonşunun bu yanaşmasından sonra mülkiyyət hüququnu hər şeydən üstün tutub otaqlara əlavə pəncərə açmaq barədə düşünməli olacaq! - İddiaçının xahişi ilə həyətindən su borusunun keçməsinə icazə vermişdir. - İddiaçının xahişi ilə və sonda haqq-hesab aparılmaqla öz vəsaiti hesabına onun hasarını tikmişdir. - İddiaçının yaxın qohumunun da hasarını öz vəsaiti hesabına tikmişdir. - İddiaçı xahiş etdi ki, 3-cü mərtəbədə yerləşən terrasdan onun həyətinə heç kəs baxmasın deyə divar çək, ona da dedi yaxşı edər. Bütün bu jestlər onun necə qonşu olduğunu, lazım gələrsə, qonşuya görə marağını qurban verməyə hazır olduğunu, qarşı tərəfin isə əsl niyyətinin onun torpağında və tikdiyi evdə olduğunu bir daha göstərir. 15. Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yəni yuxarıda qeyd edildiyi kimi, baxmayaraq ki, hasarın tikintisi, o cümlədən fərdi yaşayış evinin yanaşı divarının tikintisi ilə bağlı razılaşmalar olub və heç bir etiraz mövcud olmayıb, habelə baxmayaraq ki, Məcəllə ilə belə razılığın alınması ümumən tələb olunmurdu və bütün addımlar qanunvericiliyə uyğun aparılıb, burada heç bir pozuntu və özbaşnalıq yoxdur, bununla belə Mülki Məcəllə, bu sahədə hansısa ehtimal edilən pozuntunu əməlin obyektiv cəhəti ilə bağlayır, yəni pozuntu anından etibarən bu məsələlərlə bağlı iddia müddəti 1 il təşkil edir. Belə ki, iyunun 10-u 2-ci mərtəbənin tikintisinə start verilib, beton pompa və beton qarşıdıran maşınla birgə 1 ay ərzində davam edib. 2021-ci il mayın 30-da artıq hasar və yanaşı divar hazır idi və göz qabağında idi. Ona görə bununla bağlı bildirir ki, iddia müddəti tətbiq olunmalı və bu iddialar bu əsasla da rədd edilməlidir. Xahiş edir ki, bu iddia müddətinin tətbiqinə dair ərizə kimi qəbul edilsin. 16. Ən sonda qeyd edir ki, yuxarıda da qeyd etdiyi kimi, iddiaçı özü bütün Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olaraq, tikintisinə icazə tələb olunan inşaat işlərini müvafiq məcburi tələbləri pozmaqla, yəni Məcəllənin 48.1-ci maddəsininə zidd olaraq, lisenziyalı layihəçi ilə müqavilə bağlamadan, 79.1.7-ci maddəyə zidd olaraq müvafiq icazı almadan aparmış, 73.1-ci maddəyə zidd olaraq, hasarları qanunsuz olaraq, 2.20-sm-dən çox artırmışdır. Təbii ki, iddiaçının tikintisi özbaşına tikintidir və müvafiq olaraq bununla bağlı hüquqi nəticələr tətbiq olunmalıdır. Qeyd edir ki, bu halda məhz tikintiyə icazə alınmamışdır, tikinti işləri isə müvafiq lisenziyalı layihəçinin layihəsi və nəzarəti əsasında yox, qanunsuz görülmüşdür. Görünən odur ki, iddiaçı qanunvericiliyə və dövlət hakimiyyətinə kobudcasına hörmətsizlik edir. Özünə sərf edəndə isə qanuna müraciət edir. Bütün bunlar onun tikdiyi binanın və hovuzun tikinti və şəhərsalma normaların nə dərəcədə uyğun olduğunu, habelə onun, ailə üzvlərinin və digər qonşuların, hətta iddiaçının və yaxın qohumlarının həyat və sağlamlığı, mülkiyyət hüquqları üçün təhlükənin potensial reallığını açıq-aşkar ortaya qoyur! Qeyd edir ki, iddiaçı tikinti şirkətində bölmə rəhbəri vəzifəsində iş təcrübəsinə malikdir və hazırda da bu şirkətdə işçi kimi qeydiyyatdadır. Buna görə o, bu məcburi tələbləri bilməmiş deyildir! Deyilənləri nəzərə alaraq xahiş edirər ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi 3-cü şəxs kimi cəlb edilsin. Bildirir ki, Tikinti və Şəhərsalma Məcəlləsini, Mülki Məcəlləni və digər qanunvericilikləri kobud surətdə pozan iddiaçının, bütün qanunvericiliyə əməl etməklə mülkiyyət hüququnu həyata keçirmiş qonşusuna qarşı iddia irəli sürməsi üçün ən azından buna mənəvi haqqı olmalıdır! Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın tam rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizənin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, mövcud sübutlar əsasında işə baxıb yekun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, eləcə də iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən sahəsi 0,065 ha olan 1034 saylı bağ sahəsi İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən sahəsi 0,1309 ha olan 1034K saylı bağ sahəsi və üzərində olan ümumi sahəsi 312,20 kv.m-dən ibarət fərdi yaşayış evi Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. "xxxx" ASC (borc verən / ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan / borc alan) arasında Bakı şəhəri 46 saylı notariat ofisində kontorunda 3M-508 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən ipoteka qoyan DAG-0017 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin (kredit məbləği: 200 000 manat; kredit müddəti: 60 ay; kredit üzrə illik faiz dərəcəsi: 13%) təmin edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən sahəsi 0,1309 ha olan 1034K saylı bağ sahəsi və üzərində olan ümumi sahəsi 312,20 kv.m-dən ibarət fərdi yaşayış evini borc verənin xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 1033 və 1034K saylı bağ sahəsində fərdi yaşayış evinin” Eskiz Layihəsindən görünür ki, Cavabdeh sifarişi əsasında eskiz layihəsi tərtib olunmuş fərdi yaşayış evinin arxa hissədə olan hasardan 3 metr aralıda tikilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 1033 və 1034K saylı bağ sahəsində fərdi yaşayış evinin” Eskiz Layihəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin arxivində saxlanılan nüsxəsindən görünür ki, Cavabdeh sifarişi əsasında eskiz layihəsi tərtib olunmuş fərdi yaşayış evinin arxa hissədə olan hasara bitişik tikilməsi nəzərdə tutulmaqla yanaşı, ərazidə hovuz, şanbo və meydançanın planlaşdırılması da həyata keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş **********59-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 1034K saylı bağ sahəsində olan 312,2 kv.m-dən ibarət fərdi yaşayış evi arxa hissədə olan hasara bitişik inşa edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 08 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Binəqədi rayonu, Novxanı kəndində mülkiyyətində olan bağ evinin ortaq divarının üzərində Cavabdeh tərəfindən fərdi yaşayış evinin inşa edilməsi barədə Agentliyə ünvanladığı müraciət aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qonşusu Qorxmaz Ağyevin ara məsafəsi qaydalarına uyğun olmayan və bünövrəsi zəif və təhlükəli olan tikililərinin sökülməsini və ara məsafəsinin təmin olunmasını xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin 06 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı ərazidə qonşusu tərəfindən törədilən narahatlıq barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. "xxxx" MMC-nin tarixsiz və nömrəsiz arayışından görünür ki, ünvan 3 ünvanda layihələndirmə və tikinti işləri qanunvericilik və tikinti normativ sənədlərə uyğun olaraq şirkət tərəfindən həyata keçirilmişdir. Mübahisə predmeti olan hasar və hasarın Cavabdeh məxsus olan sərhədinə bitişik hissədə də tikinti normativ sənədlərə uyğun olaraq (yatağa beton tökülməklə (sərhəddə olan hissə isə armatur üzərinə beton tökülməklə) iki daş olaraq) tikintisini həyata keçirmişlər və hasarın tikintisi üzrə cəmi 3000 AZN xərc qoyulmuşdur. Əlavə olaraq, binanın sağ tərəfində yerləşən hasar da tikinti normativ sənədlərə uyğun olaraq (yatağa beton tökülməklə iki daş olaraq) şirkət tərəfindən inşa edilmiş və hasarın tikintisi üzrə cəmi 5000 AZN xərc qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/377 saylı 09 iyun 2023-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, “Qərardadın birinci, dördüncü, beşinci və altıncı sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qeyd olunur ki, mülki iş materiallarının 153-cü səhifəsində olan Cavabdeh ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 dekabr 2023-cü il tarixli **********91 nömrəli məktubunda qeyd olunur ki, “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək Sizə göndərilmişdir”. Qərardadın ikinci, üçüncü və doqquzuncu sualları üzrə: Cavabdeh tərəfindən inşa olunmuş tikilinin həmin tikiliyə dair tərtib olunmuş texniki pasporta və layihəyə (bax səh. 144 və 154) uyğun olduğu, lakin tikinti zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsinin saxlanılmadığı müəyyən edilmişdir. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Eyni zamanda qeyd olunur ki, inşa olunmuş tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********59-10301 reyestr nömrəli Texniki Pasport tərtib olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinin həmin tikiliyə tətbiq olunması məsələsinə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin bünövrəsi lentvari şəkildə monolit dəmir betondan inşa edilmişdir. Lakin həmin bönövrənin standart və normalara uyğun olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci və səkkizinci sualları üzrə: Tədqiq olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan dəyə bilər. Qərardadın onuncu, onikinci, onüçüncü, onsəkkizinci və iyirmi ikinci sualları üzrə: Tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın bu sualları cavablandırılmadı. Qərardadın onbirinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndinsə yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın ondördüncü, onbeşinci və onaltıncı sualları üzrə: Cavabdeh məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Lakin həmin çatların əmələ gəlmə səbəbi və həmin çatların hasarın uçmasına səbəb olub-olmamasının müəyyən olunması tikinti texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın onyeddinci sualı üzrə: Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda inşa olunmuş tikililər ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1034 ünvanında yerləşən tikililərlə (fərdi yaşayış evi və köməkçi tikili) ara məsafəsi 15-25 metrdir. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikililər arasındakı məsafə deyil, tikili ilə həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafə tənzimlənməsi nəzərdə tutulmuşdur. Qərardadın on doqquzuncu sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik Cavabdeh məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın iyirmi və iyirmi birinci sualları üzrə: İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın iyirmi üçüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın iyirmi dördüncü sualı üzrə: Aparılmış tədqiqatla tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran hasarın inşasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2687 manat məbləğində olduğu müəyyən olundu. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Mehdi Həsənlinin mütəxəssis rəyində göstərilmişdir ki, yerli baxışın keçirilməsi məqsədi ilə ünvanda olarkən İddiaçı Qorxmaz qızının hissəsinə baxış keçirilsə də, qarşı tərəf Cavabdeh iştirak etmədi (yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır). Hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Qeyd olunan ünvan 5 ünvanında yerləşən torpaq sahəsində inşa olunan hasara bitişik 6.40 kv.m hissənin söküləcəyi halda fərdi yaşayış evinin texniki pasportunun baş planında göstərilən “A” literli yaşayış evinə ziyan vurula bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1924 saylı 19 noyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Qərardadın birinci, ikinci, üçüncü, iyirminci və iyirmi yeddinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə və ilkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, Tədqiq olunan ünvan 5 ünvanında yerləşən torpaq sahəsində inşa olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan vurula bilər. Qərardadın beşinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndinsə yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın altıncı və on doqquzuncu sualları üzrə: Qərardadın bu suallarının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci sualı üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, Cavabdeh məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Qərardadın səkkizinci sualı üzrə: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1034 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik Cavabdeh məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın doqquzuncu sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli mülkiyyət haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən 0,065 kv.m olan torpaq sahəsindəki tikililərə dair heç bir hüquq müəyyənedici, texniki və layihə sənədləri təqdim olunmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın onuncu və on birinci sualları üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın on ikinci, on üçüncü və on dördüncü sualları üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın on beşinci sualı üzrə: Cavabdeh tərəfindən inşa edilməkdə olan fərdi yaşayış evi mülki iş materiallarının 27-30 səhifələrihdə olan eskiz layihəsinə deyil, iş materiallarının 144-152 səhnələrində olan eskiz layihəsinə uyğundur. Qərardadın on altıncı, on yeddinci və on səkkizinci sualları üzrə: Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən (bax səh. 27-30) Cavabdeh torpaq sahəsində inşa edilməli olan fərdi yaşayış evi, İddiaçı ilə aralarında olan divardan 3 metr aralı məsafədə olmalı idi (bax səh. 27). Qərardadın iyirmi birinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Qərardadın iyirmi ikinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan 0,065 ha torpaq sahəsində yerləşən 1034 saylı bağ sahəsinə bitişik Cavabdeh məxsus 1033-1034k saylı bağ arasında olan divarın ölçüsü (mübahisəli hissədə) 22,5 metrdir. Qərardadın iyirmi üçüncü və iyirmi dördüncü sualları üzrə: Mübahisəli divar ikiqat mişar daşından inşa olunmaqla, bəzi yerlərdə eninə qoyulmuş mişar daşları ilə bir-birinə birləşdirilmişdir və mişar daşlarının arasında boşluq vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri11 publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Mütəxəssis rəyində qeyd olunanları o cümlədən, divarın iki qat mişar daşından inşa olunduğunu, arasında boşluq olduğunu nəzərə alaraq həmin divarlar yanaşı divarlar funksiyasında qəbul edilə bilər. Qərardadın iyirmi beşinci və iyirmi altıncı sualları üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər qonşudurlar. Onlara məxsus bağlar arasında ikiqat mişar daşından yanaşı divar prinsipi əsasında inşa edilmiş divarın uzunluğu 22,5 metrdir. Həmin hasarın İddiaçı aid hissəsinin hündürlüyü 3,6 metrdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi 6,2 metr hissədə həmin hasara bitişik inşa olunmuşdur, o cümlədən həmin ev "xxxx" ASC-dən götürülmüş kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddiasına görə, sözügedən hasar qonşu sahələrin sərhədi pozulmaqla, habelə tikinti normalarına riayət olunmadan tikilmiş, fərdi yaşayış evinin və köməkçi tikililərin inşası zamanı ara məsafəsinin tələbləri pozulmuş, bundan başqa cavabdehə aid bağ sahəsinin əsas küçəyə baxan hasarının inşası zamanı küçənin bir hissəsi zəbt olunmuşdur. Buna görə o hesab edir ki, ortaq divar cavabdehin hesabına sökülərək torpaqların sərhədləri üzərində yeni ortaq divarın çəkilməsi cavabdehə həvalə edilməli, fərdi yaşayış evinin və digər tikilinin ara məsafəsi qaydalarına uyğun olmayan (həmçinin təhlükəli) hissəsi sökülməli, küçənin zəbti qanunsuz hesab edilməklə oradakı divar sökülməli və yenidən düzgün qaydada inşa edilməlidir. Cavabdeh mövqeyinə görə isə, ilk iddia əsassızdır, əksinə ilk iddiaçının bağındakı tikililər özbaşına tikili sayılırlar və qanunvericiliyə uyğun sökülməlidirlər, bundan başqa ilk iddiaçının da razılığıyla inşa etdirdiyi hasara çəkdiyi xərclərin 50%-i ona ödənilməli, o cümlədən ona dəyən maddi və mənəvi ziyan ödənilməli, daşınmaz əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinin qarşını alan müdaxilə və maneələr qadağan olunmalıdır. Göründüyü kimi, istər ilk və istərsə də qarşılıqlı iddiada bir-biri ilə əlaqədar olan müxtəlif tələblər irəli sürülmüşdür. Odur ki, məhkəmə hər bir tələb üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağı məqsədə uyğun sayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Onu da nəzərə almaq lazımdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu mənada məhkəmə, ilk iddianın “bağ sahələrinin sərhədlərini ayırmaq məqsədi ilə çəkilmiş ortaq divarın cavabdehin hesabına sökülərək yeni ortaq divarın torpaqların sərhədləri üzərində çəkilməsinin cavabdehin üzərinə qoyulması” tələbinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, ilk iddiaçı həmin tələbini hasarın qonşu sahələrin sərhədi pozulmaqla, habelə tikinti normalarına riayət olunmadan inşa olunduğunu iddia etməklə irəli sürsə də, məhkəmə araşdırılması zamanı həmin hallar sübuta yetirilməmişdir. Əksinə işin mübahisəsiz hallarından da görünür ki, ilk iddiaçı ikiqat mişar daşından yanaşı divar prinsipi əsasında inşa edilmiş divarın tikintisindən sonra cavabdehə bu halla irad bildirməmişdir və divarın özünə aid hissəsində əlavə hörgü işləri aparmaqla onun hündürlüyünü 3,6 metrə çatdırmışdır. Tərəflər arasındakı mübahisə isə cavabdehin özünə aid fərdi yaşayış evini həmin hasarın öz hissəsinə bitişik inşa etməsindən sonra ortaya çıxmışdır. Məhkəmə ilk iddia tələbinin “cavabdeh tərəfindən ortaq divarın üzərində 6,40 metr uzunluğunda inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh məxsus fərdi yaşayış evinin 6,40 metr hissədə tərəflər arasındakı mübahisəli hasara bitişik inşa edildiyi işin mübahisəsiz halıdır. İşin bu halı iş materiallarına əlavə edilmiş fotoşəkillər və ekspert rəyləri ilə öz təsdiqini tapmaqla yanaşı, yerli baxış zamanı da müşahidə edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Məcəllənin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəyə görə isə, Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə saxlanılmalıdır / müəyyən edilir (m. 69.5.2-1). İş üzrə əldə edilmiş ekspert rəyləri müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin hündürlüyü 9,95 metr olduğundan həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 2,985 metr olmalı idi, lakin Cavabdeh məxsus fərdi yaşayış evinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Bununla belə müəyyən olunur ki, ümumi sahəsi 312,20 kv.m-dən ibarət həmin fərdi yaşayış evi artıq daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına tam payda xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış və ona bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Həmçinin həmin fərdi yaşayış evinin Bakı şəhəri 46 saylı notariat ofisində kontorunda 3M-508 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmənin qənaətinə görə, "xxxx" ASC sözügedən fərdi yaşayış evi üzərindəki ipoteka hüququnu vicdanlı əldə etmişdir və iddianın qeyd edilən hissəsinin təmin edilməsi onun həmin əmlak üzərində yaranmış ipoteka hüququna qeyri-mütənasib müdaxilə olardı. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da nəzərə alır ki, iş üzrə əldə edilmiş ekspert və mütəxəssis rəylərində sökülməsi istənilən hissənin yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edilməsi səbəbindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan vurulacağı xüsusilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmənin qənaətinə görə, şərh edilənlər ilk iddiaçının “cavabdeh tərəfindən ortaq divardan 1 metr aralıda inşa edilməkdə olan tikilinin ara məsafəsi qaydalarına uyğun olmayan hissəsinin və təhlükə yaradan, bünövrəsi zəif olan digər hissələrinin cavabdehin hesabına sökülməsi və ara məsafəsi qaydalarına əməl edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinin də əsassız olduğunu göstərir. Belə ki, Cavabdeh məxsus əmlak hissəvi olaraq deyil, bütövlükdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, məhkəmə həmçinin onu da vurğulayır ki, ilk iddiaçı həmin tikilinin onun üçün təhlükə yaratdığını iddia etsə də, bu hal, habelə həmin tikilinin ona başqa formada dözülməz təsirinin mövcudluğu halı müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, ara məsafəsi qaydalarının pozulması özü-özlüyündə tikililərin sökülməli olduğu nəticəsinə gəlməyə əsas deyildir. Bu cür nəticə mütənasiblik prinsipi ilə uzlaşmamaqla yanaşı, ədalətli də olmazdı. Məhkəmə həmçinin hesab edir ki, ilk iddiaçının iddia tələbinin 3-cü və 4-cü hissələri bir-biriylə bilavasitə bağlıdırlar və həmin tələblərin əsaslı olub-olmaması birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərildiyi kimi, ilk iddiaçı iddiasının həmin hissəsini cavabdehə aid bağ sahəsinin əsas küçəyə baxan hasarının inşası zamanı küçənin bir hissəsinin zəbt olunması ilə əsaslandırsa da, işin araşdırılması zamanı bu hal da öz təsdiqini tapmamışdır. Bundan başqa həmin hal olsa idi belə, ilk iddiaçı bu halın ona təsiri barədə ağlabatan izah verə bilməmişdir. Odur ki, məhkəmə bu hissədə əlavə əsaslandırma aparmağı zəruri bilmir və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, ilk iddia üzrə cavabdehin «iddia müddətinin ötürülməsi» dəlilinə də xüsusi münasibət bildirməyə zərurət olmadığını vurğulayır. Çünki bunun işin həlli baxımından əhəmiyyəti yoxdur. Qarşılıqlı iddiaya gəldikdə isə, məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia “hasara çəkilmiş xərclərin 50%-nin cavabdehdən tutulması” hissəsində əsaslı, qalan hissələrdə isə əsassızdır. Belə ki, ilk iddiaçının özü də iddia ərizəsində yarı-yarı xərc qoymaqla torpaq sahələrinin sərhədlərini ayırmaq üçün qoşa daşla hasar inşa etmək barədə cavabdehlə razılaşdılarını göstərmişdir. Tərəflər həmin hasarın Cavabdeh tərəfindən inşa etdirildiyini də mübahisələndirməmişlər. İlk iddiaçının hasarın inşasına görə, pul vermiş olduğu iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/377 saylı 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən isə hasarın inşasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2687 manat məbləğində olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2687 manat pul vəsaitinin yarısı – yəni 1343,5 manat məbləğində pul İddiaçı tutularaq qarşılıqlı iddiaçıya verilməlidir. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçını “iddiaçıya məxsus sahədə tikilmiş obyektin tikinti və şəhərsalma normalarına uyğun olmayan özbaşına tikinti sayılması və qanunvericiliyə uyğun sökülməsinin təmin edilməsi” tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, həmin hissədə iddiasını “ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, ara məsafəsi, hasarların hündürlüyü və s. ilə bağlı məcburi tələblərin pozulması” ilə əsaslandırmış, bununla belə bu xüsusatların qonşu kimi ona hansı mənfi (dözülməz) təsirlərinin olmasını (hansı mənafelərinə toxunmasını) əsaslandırmamışdır. Əksinə işin hallarından görünür ki, qarşılıqlı iddiaçının bu hallara əvvəldən hər hansı etirazı olmamış, sadəcə özünə qarşı iddia qaldırıldıqdan sonra buna cavab olaraq həmin iddianı irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qarşılıqlı iddianın “maddi və mənəvi zərərin ödənilməsi” hissələri isə kifayət qədər əsaslandırılmadığından və o cümlədən zərər sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddiaçının “daşınmaz əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə dair cavabdeh və qohumları tərəfindən edilən və ediləcək bütün müdaxilə və maneələr qadağan edilməklə mülkiyyəti üzərində sahiblik və istifadə hüququnun tam təmin edilməsi” tələbinə münasibətdə istinad etdiyi hallar hazırkı mübahisədən qaynaqlanır. Belə ki, məhz bu mübahisə ilə əlaqədar tikintinin qadağan olunması barədə müvəqqəti təminat tədbirinə dair qərardad qəbul olunmuşdur. Odur ki, hazırkı mübahisənin yekunlaşmasından sonra istinad edilən hallar aradan qalxacaqdır və bu baxımdan bu tələbin məhkəmə qətnaməsiylə həll olunmasına ehtiyac yoxdur. Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk iddia tələbi təmin edilməməli, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı 1343,5 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməli və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk iddiası təmin olunmasın. Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı 1343,5(min üç yüz qırx üç manat 50 qəpik) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin olunmasın. Ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-33/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-33/2025
03.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver