Məhkəmə qərarları › İş №e-2(001)-3315/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3315/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3315/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 76,9 manat ödənilməmiş hissə və 7,1 manat cərimə borcu olmaqla, cəmi 84 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1180,8 manat olan Samsung Led TV-ni ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 65,6 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 84 manat olmaqla, ondan 76,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,1 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1103,9 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh 23 may 2023-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etdiyini, onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar müvafiq ödəniş qəbzləri olsa da, iddiaçının bunu nəzərə almadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20314241 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 65,6 manat ödəmək şərti ilə, dəyəri 1180,8 manat olan “Samsung Led TV” satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Led TV” Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçınə 76,9 manat əsas borc və 7,1 manat cərimə olmaqla, cəmi 84 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən etiraza əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdehxx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 65,6 manat,xx.xx.2020-ci il tarixdə 64 manat, xx.xx.2020-ci il tarixdə 68 manat,xx.xx.2020-ci il tarixdə 65 manat, xx.xx.2021-ci il tarixdə 76 manat, xx.xx.2021-ci il tarixdə 30 manat,xx.xx.2021-ci il tarixdə 80 manat,xx.xx.2021-ci il tarixdə 60 manat, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 33 manat, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 29 manat, xx.xx.2021-ci il tarixdə 66 manat,xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 36 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 40 manat və xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.20223-cü il tarixdə tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 65,6 manat, xx.xx.2020-ci il tarixdə 64 manat, xx.xx.2020-ci il tarixdə 66,35 manat, xx.xx.2020-ci il tarixdə 65 manat, xx.xx.2021-ci il tarixdə 67,09 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 67,91 manat, xx.xx.2021-ci il tarixdə 54,01 manat, xx.xx.2021-ci il tarixdə 75,16 manat, xx.xx.2021-ci il tarixdə 31,13 manat, xx.xx.2021-ci il tarixdə 76,26 manat, xx.xx.2021-ci il tarixdə 28,84 manat, xx.xx.2021-ci il tarixdə 28,55 manat, xx.xx.2021-ci il tarixdə 66 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 36 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2021-ci il tarixdə 30 manat və xx.xx.2022-ci il tarixdə 30 manat olmaqla, ümumilikdə əsas borca görə 1103,9 manat ödənilmiş və 76,9 manat qalıq borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehdən 76,9 manat məbləğində əsas borcun tutulmasını xahiş etmiş olsa da, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin sübutu kimi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışını, cavabdeh isə etirazının əsası kimi ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmin sübutlar araşdırılarkən isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borc hesablanarkən, xx.xx.2021-ci il tarixdə ödənilmiş 20 manat nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə ödənilmiş 20 manat məbləğində pul vəsaiti əsas borcdan silinməli və cavabdehdən iddiaçının xeyrinə 56,9 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı isə qeyd edir ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən, habelə iddiaçı tərəfindəm təqdim edilmiş maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh ödənişlərini müqavilə ilə müəyyən edilmiş vaxtlarda və məbləğdə ödəmədiyindən onun ödənişlərinin müəyyən hissəsi cəriməyə çıxılmışdır. Ona görə də cavabdehin hazırda 56,90 manat məbləğində borcu yaranmışdır Digər tərəfdən, iddiaçı 7,1 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 7,10 manat məbləğində hesablanmış dəbbə pulunun 2 (iki) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 56,9 manat əsas borcu və 2 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 9 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 56,9 (əlli altı manat 90 qəpik) manat məbləğində əsas borc və 2 (iki) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 58,90 (əlli səkkiz manat 90 qəpik) manat məbləğində borc və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar