Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3400/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 06224 saylı müqaviləyə əsasən, 770 manat, xx.xx.2013-cü il tarixli 06282 saylı müqaviləyə əsasən, 700 manat, dövlət rüsumuna görə 35 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 06224 saylı müqaviləyə əsasən, 770 manat, xx.xx.2013-cü il tarixli 06282 saylı müqaviləyə əsasən, 700 manat, dövlət rüsumuna görə 35 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə ona məxsus ERA Electronics mağazası arasında imzalanmış xx.xx.2013-ci il tarixli 06224 saylı müqaviləyə əsasən cavabdeh ERA Electronicsdən kreditlə 950 manat dəyərində məişət avadanlığını kreditlə aylar üzrə 134 manat ödəmək şərtilə almış və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2013-ci il tarixli 06282 saylı müqaviləyə əsasən ERA Electronicsdən kreditlə 750 manat dəyərində məişət avadanlığını kreditlə aylar üzrə 125 manat ödəmək şərtilə almış, müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə ERA Electronics arasında bağlamış olduğu xx.xx.2013-ci il tarixli 06224 saylı və xx.xx.2013-ci il tarixli 06282 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ERA Electronicsə olan borcunun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq cavabdeh ERA Electronicsə olan borcunu xeyli müddətdir ki, ödəməmişdir. Cavabdeh cəmi 230 manat ödəniş etsə də, 2013-2014-cü ildən bu günə qədər bumüqavilələr üzrə heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin müqavilələr üzrə ERA Electronicsə cəmi 1470 manat borcu vardır. Ona görə də, Cavabdeh borca görə cəmi 1470 manat, dövlət rüsumuna görə 35 manat olmaqla cəmi 1505 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06224 saylı müqavilədən müəyyən olunur ki, satıcı dəyəri 950 manat olan Samsung 40UE6100 Smart 3D Led TV alıcıya 150 manat ilkin ödəniş etmək, qalan məbləği 6 ay müddətinə aylıq ödəniş 134 manat olmaqla nisiyə satmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 06224 saylı müqaviləyə əsasən 770 manat borcu vardır. Satıcı İddiaçı və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06282 saylı müqavilədən müəyyən olunur ki, satıcı dəyəri 750 manat olan İphone 5\16GB markalı telefonu alıcıya 6 ay müddətinə aylıq ödəniş 125 manat olmaqla nisiyə satmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 06282 saylı müqaviləyə əsasən 700 manat borcu vardır. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziyadan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh öhdəliklərini icra etmədiyindən İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 06224 saylı müqaviləyə əsasən 770 manat, xx.xx.2013-cü il tarixli 06282 saylı müqaviləyə əsasən 700 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, icrası müddəti xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixdə başa çatan müqavilələr üzrə iddiaçı cavabdehə qarşı öhdəliklərinin icrası ilə bağlı müvafiq olaraq 8-9 ildən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə 552.2. Aşağıdakı hallarda müddətin axımı başlanmır və müddət dayandırılır: 552.2.1. öhdəliyin icrasına möhlət verildikdə və ya öhdəlik götürən başqa halla əlaqədar onun icrasından müvəqqəti imtina etmək hüququna malik olduqda; 552.2.2. müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur. 552.2.3. söhbət ərlə arvadın tələblərindən gedirsə, nikah pozulana qədər. Eyni qayda uşaqlar yetkinlik yaşına çatanadək valideynlərin və uşaqların tələbləri üçün və qəyyumluq və himayəçilik üzrə münasibətlər dövründə qəyyumun və qəyyumluqda olanın tələbləri üçün də qüvvədədir. 552.2.4. söhbət təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxsdən gedirsə, bu şəxsin fəaliyyət qabiliyyətini itirdiyi andan altı ay keçənədək. Maddə 552.3. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Maddə 554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Maddə 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı icrası müddətlərindən müvafiq olaraq 8-9 ildən çox vaxt keçdiyindən xitam verilmiş öhdəliklərin icrasını cavabdehdən tələb etdiyindən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 06224 saylı müqaviləyə əsasən, 770 manat, xx.xx.2013-cü il tarixli 06282 saylı müqaviləyə əsasən, 700 manat, dövlət rüsumuna görə 35 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3400/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3400/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver