Məhkəmə qərarları › İş №e-2(001)-3437/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3437/2024

18.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3437/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 katibliyi, iddiaçılar Kazımova X27, İddiaçı2 və onların nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, iddiaçılar Kazımova X47 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar Kazımova X47 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X35 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X35 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X71 (Abdul) oğlunun mülkiyyətində və şəxsi istifadəsinə olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. D.Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Nəzərinizə çatdırıram ki, onun oğlu X4 ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi (ünvan 10 inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X53 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə İddiaçı2 onun qızı, X8 isə onun həyat yoldaşıdır. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X71 (Abdul) oğlunun övladlarıdır. X71 (Abdul) oğlunun və X36 vəfatından sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 Cavabdeh3 və Cavabdeh2 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə almışlar. Qeyd edir ki, cavdehlərdən bəziləri sözügedən ünvanda qeydiyyatda olsalar da, hazırda heç biri həmin ünvanda yaşamır. Cavabdeh4 isə faktiki olaraq Almaniyada yaşayır. Bir daha bildirir ki, sözügedən yaşayış evi X53 tərəfindən inşa edilmişdir. Onun vəfatından sonra iddiaçılar İddiaçı2 onun qızı və X8 prosesi bilmədikləri üçün vərəsəlik haqqında şəhadətnamə almamışlar. Qey edir ki, yaşayış evi X8 və mərhum X36 birgə nikah dövründə onların birgə vəsaiti hesabına inşa edilmişdir. Həmin evin inşası üçün cavabdehlər bir manat belə xərc çəkməmişlər. Cavabdehlərin nə sözügedən evlə, nə də evin yerləşdiyi 0.1254 ha torpaq sahəsi ilə heç bir əlaqələri yoxdur. Onu bildirmək istəyir ki, vərəsəlik haqqında şəhadətnamə üçün necə və nə vaxt müraciət ediləcəyini bilməmişlər. Vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcud olması məlumatını isə cavabdehlərdən almışlar. Hesab edir ki, miras əmlakın faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X2 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, alınmış olan şəhadətnamə etibarsız hesab edilməlidir. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin xahiş edirəm hissəsi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X35 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarasınız“ kimi yazılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsinə dəyişiklik edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X35 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X37 mülkiyyətində və şəxsi istifadəsində olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. D.Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onun oğlu X53 həmin ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X53 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddia üzrə İddiaçı2 onun qızı, X8 isə onun həyat yoldaşıdır. Cavabdeh4, Cavabdeh3 Cavabdeh3 və Cavabdeh2 X38 övladlarıdır. O, həmçinin qeyd etdi ki, cavabdehlər mirası qəbul etməmişlər. O, vaxt müddət məhkəmə qətnaməsi əsasında bərpa olunurdu. Həmin əmlak bütövlüklə iddiaçılara məxsusdur. Sahəsi balaca olsa da, üstündə ev var. O, vaxt çıxarış olmadığından iddia qaldırmaq mümkün olmayıb. Arayış yeni verilib. Notarius onların payını açıq saxlasa da, onların iştirakını təmin etməyib və onlardan gizli şəkildə cavabehlərə şəhadətnamə verib. Hesab edir ki, şəhadətnamə qanunsuzdur, ona görə də ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsinin (vəkil) göstərdiyi xüsusatları təsdiq edib, əlavə olaraq göstərmişdir ki, əmisi Davud 25 ildir Almaniyada yaşayır. Bu müddət ərzində isə cəmi bir dəfə gəlib Azərbaycana. Əmisi evin tikintisi ilə bağlı nə onun atasına, nə də onlara heç vaxt pul verməyib. Ona görə də hesab edir ki, cavabdehlər köçüb həmin mənzildə yaşaya bilməzlər. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Kazımova X47 nümayəndəsinin (vəkil) göstərdiyi xüsusatları təsdiq edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, xx.xx.1990-cı ildə Davud Kazımov vəfat edib. Mülkiyyət hüququ atasına məxsus olduğundan oğlu arayış alıb. Davud Kazımovun 5 vərəsəsi olub. Qanuni paylara bölünüb və şəhadətnamələr verilib. Elsəvər Mürsəlova torpağın 3/5 hissəsinin sahibidir. Həmçinin əmlak ümumi vərəsələrin pulu əsasında tikilib və gələcəkdə evə köçürülmə ilə bağlı iddia qaldırılacaqdır. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 həmçinin iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazda aşağıdakılar göstərilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X71 (Abdul) oğlunun mülkiyyətində və şəxsi istifadəsinə olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. D.Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X4 ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi (ünvan 10 inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X53 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə İddiaçı2 onun qızı, X8 isə onun həyat yoldaşıdır. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X71 (Abdul) oğlunun övladlarıdır. X71 (Abdul) oğlunun və X36 vəfatından sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə almışlar. İddiaçılar hesab edirlər ki, cavabdehlərin mübahisəli evə və evin altında yerləşən torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Buna görə də hesab edirlər ki, evin altındakı torpaq sahəsi üçün aldıqları vərəsəlik şəhadətnaməsi qanunsuzdur. Bununla əlaqədar olaraq onu etibarsız hesab edilməsini xahiş edirlər. Hesab edir ki, iddia ərizəsi tamamilə əsassızdır, iddiada irəli sürülən tələblər qanunsuzdur. Eyni zamanda, hesab edir ki, Cavabdeh2 və digər cavabdehlər qanuni əsasla miras qalmış torpaq sahəsinə vərəsəlik hüququna daxil olmuşlar. Belə ki, Cavabdeh2 atası X48 1990-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra onun yoldaşı X14, övladları - X43, Cavabdeh3, Cavabdeh2, X53 və digər vərəsələr qalmışdır. Hal-hazırda vərəsələrdən X43, Cavabdeh3, Cavabdeh2 sağdır. xx.xx.2023-cü ildə sağ qalan vərəsələr DƏDK və R-ri X66 1 saylı Bakı Ərazi İdarəsində məhrum X28 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış almışlar. Arayışdan görünür ki, X29 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Güməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ 1053, ünvan 7 mülkiyyət hüququ üzrə 0,12537 sot torpaq sahəsi məxsusdur (arayış əlavə olunur). Həmin arayışın əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.1990-cu il tarixdə vəfat etmiş X30 vərəsələr: ünvan 5 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh4, ünvan 5 ünvanda qeydiyytda olan Cavabdeh3 və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 57, mən.85 qeydiyyatda olan Cavabdeh2 atası X23 miras qalmış torpaq sahəsinə (onların hər biri 1/5 hissədə) vərəsəlik hüququna daxil olmuşlar. Eyni zamanda vərəsəlik şəhadətnaməsində mirasın 2/5-nin açıq qaldığı göstərilir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh3 etibarnamə üzrə qardaşı Cavabdeh4.oğlunun əvəzinə Cavabdeh2 ona məxsus 1/5 hissəsini bağışlamışdır. Eyni zamanda, Cavabdeh3 atanın ölümündən miras qalmış əmlakdan 1/5 payı bacı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə ƏMDX DƏDK və R-ri X66 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 ********** qeydiyyat nömrəsi Çıxarış almışdır. Çıxarışın əsasında Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Güməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ 1053, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin 3/5 hissəsinin mülkiyyətçisidir. Miras qalmış torpaq sahəsinin qalan 2/5 payını açıq qalmışdır və indiyə kimi X28 adındadır. Qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüququna daxil olan zaman cavabdehlər digər vərəsələri gizlətməmiş və göstərmişlər. Məhz buna görə də notariat kontoru tərəfindən verilən vərəsəlik şəhadətnaməsində və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışda vərəsəlik əmlakının 2/5 hissəsi açıq qalmış kimi göstərilir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, torpaq üzərində olan yaşayış evi iddiaçı Həmişəxanım Kazımovamn yoldaşı X53 tərəfindən və ümumiyyətlə birgə nikah dövründə onların birgə vesaiti hesabına inşa edilmişdir. Lakin, iddiaçılardan əldə edilmiş məlumata görə, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi həmçinin mərhum X28 arvadı X14 və onların qızı Cavabdeh3 pul vesaiti ilə tikdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən - Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən -1. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.[12] V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.[13] Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Beləliklə, hazırda Elsevər Mürsalova həmin torpaq sahəsinin 3/5 hissənin mülkiyyəçisidir. İddiaçılar öz iddiaları ilə onun Konstitusiya ilə qorunan mülkiyyət hüququna toxunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçılar X3 və X15 Cavabdeh2 və digərlərinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsini əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh3 və Cavabdeh4 isə gəlməmişlər. Məhkəmə cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsinin, eləcə də digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: İV-JQ 323914 nömrəli, 05 dekabr 1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X48 13 noyabr 1990-cı ildə ölmüşdür. AZ-İ 318626 nömrəli 05 avqust 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 iyul 2008-ci ildə ölmüşdür. 369461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx xxxxxx 1958-ci ildə doğulmuşdur. Binəqədi Rayon Xalq Məhkəməsinin 30 avqust 1996-cı il tarixli, 2-301/1996-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək X13 ilə X49 arasında bağlanmış 26 mart 1988-ci il tarixli nikah ləğv edilmişdir. 573100 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Essert Svetlana arasında 01 iyun 2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah 174 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. AZ-İİ 421329 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1951-ci ildə Azərbaycanda anadan olmuş, şəhadətnamənin ata qrafasında X50, ana qrafasında X16 qeyd edilmişdir. İ-JQ 250574 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X51 03 avqust 1955-ci ildə anadan olmuş, şəhadətnamənin ata qrafasında X50, ana qrafasında X16 qeyd edilmişdir. AZ 125488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx xxxxxx 1962-ci ildə Azərbaycanda anadan olmuş, şəhadətnamənin ata qrafasında X50, ana qrafasında X16 qeyd edilmişdir. Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ünvan 8 ünvanlandığı 14 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1990-cı ildə onun ünvan 9 ünvanında yaşamış atası X48 ölmüşdür. Mirasın tərkibinə daxil olan Binəqədi rayonu, Mərkəzi küçəsi, (hazırki Ramazanov küçəsi) ev 39 ünvanlı fərdi yaşayış evinə və həmin ünvanda mülkiyyətdə olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır; Qızı – Cavabdeh2, Oğlu – Cavabdeh4 Davut oğlu, Nəvəsi – İddiaçı2, Nəvəsi – X24, Nəvəsi – X39. X9 mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ünvan 8 ünvanlandığı 14 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1990-cı ildə onun ünvan 9 ünvanında yaşamış babası X48 ölmüşdür. Mirasın tərkibinə daxil olan Binəqədi rayonu, Mərkəzi küçəsi, (hazırki Ramazanov küçəsi) ev 39 ünvanlı fərdi yaşayış evinə və həmin ünvanda mülkiyyətdə olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır; Qızı – Cavabdeh3, Oğlu – Cavabdeh4 Davut oğlu, Nəvəsi – İddiaçı2, Nəvəsi – X39, Qızı – Cavabdeh2. X17 mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ünvan 8 ünvanlandığı 14 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1990-cı ildə onun ünvan 9 ünvanında yaşamış babası X48 ölmüşdür. Mirasın tərkibinə daxil olan Binəqədi rayonu, Mərkəzi küçəsi, (hazırki Ramazanov küçəsi) ev 39 ünvanlı fərdi yaşayış evinə və həmin ünvanda mülkiyyətdə olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır; Qızı – Cavabdeh3, Oğlu – Cavabdeh4 Davut oğlu, Nəvəsi – İddiaçı2, Nəvəsi – X32, Qızı – Cavabdeh2. X17 ünvan 8 ünvanlandığı 14 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, 07.01,1962-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1990-ci il tarixdə vəfat etmiş babası X25 qalmış əmlakın miras kimi qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət edə bilməmiş və müddəti ötürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh2 mirasa buraxılmasını və xx.xx.1990-cı il tarixdə vəfat etmiş babası X25 qalmış əmlaka dair verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə onun adının yazılmasını təmin edilməsini xahiş etmişdir. AZ-T 016270 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X43 ilə X5 arasında 24 oktyabr 1978-ci il tarixdə nikah bağlanmış və həmin nikah 453 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Kazımova soyadı verilmişdir. 345688 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə Rzayeva X19 arasında 10 dekabr 1986-cı il tarixdə nikah bağlanmış və həmin nikah 1340 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Kazımova soyadı verilmişdir. AZ-İ 144357 nömrəli 25 may 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 10 may 2005-ci ildə ölmüşdür. AZ-İ 642932 nömrəli 08 oktyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X54 05 avqust 2013-cü ildə ölmüşdür. AZ-İİ 220196 nömrəli 21 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 12 avqust 2021-cı ildə ölmüşdür. AZ-İİ 330272 nömrəli 03 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 yanvar 2023-cü ildə ölmüşdür. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə etibarnamə verərək Cavabdeh2 bütün əmlak və hüquqlarını etibar etmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixdə etibarnamə verərək Cavabdeh3 hüquqlarını etibar etmişdir. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ 1053, ünvan 3 torpaq sahəsi X28 xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmışdır. “Elektron notariat” X1 (yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair) Çıxarışdan görünür ki, ünvan 10 ünvanında xx.xx.1924-cü il təvəllüdlü X14 (qüvvədən düşüb), xx.xx.1949-cu il təvəllüdlü X6 (qüvvədən düşüb), xx.xx.1998-ci il təvəllüdlü X54 (qüvvədən düşüb), xx.xx.1949-cu il təvəllüdlü X43 (qüvvədən düşüb), xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh3 (aktiv), xx.xx.1981-ci il təvəllüdlü X39 (aktiv), xx.xx.1960-cı il təvəllüdlü Kazımova X33 (aktiv), xx.xx.1990-cı il təəvllüdlü X40 (aktiv) və xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 (aktiv) qeydiyyatdadırlar. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, ev 39 saylı mənzilin dəyəri 160000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X25 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmmədov Ramazanov küçəsi, 277) torpaq sahəsi Cavabdeh2 3/5 hissə və X28 2/5 hissə xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X28 vərəsələri ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh4, ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 11 ünvanında qeydiyyatda olan Cavabdeh2 hər miras əmlakı bərabər (1/5 hissədə) irs almalıdır. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,

277. Miras əmlakın qalan 2/5 açıq saxlanılır. Mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə vərəsə ünvan 12 ünvanında qeydiyyatda olan Cavabdeh4 11 saylı notariat ofisinə ünvanlandığı ərizəsindən görünür ki, xx.xx.1990-cı ildə onun ünvan 9 ünvanında yaşamış atası X48 ölmüşdür. Mirasın tərkibinə daxil olan ünvan 9 ünvanlı fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr vardır; Nəvəsi – X18, Qızı – Cavabdeh3, Nəvəsi – İddiaçı2, Nəvəsi – X39, Qızı – Cavabdeh2. Mirasına tərkibinə daxil olan ünvan 13 ünvanlı fərdi yaşayış evi və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Hissə 94. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Hissə 95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi xx.xx.1990-cı il tarixdə vəfat etmiş mərhum X71 (Abdul) oğlunun mülkiyyətində olmuşdur. İddiaçılardan Kazımova X47 mərhum X20 Əbil Davud oğlunun arvadı, İddiaçı2 isə X36 qızıdır. X53 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X71 (Abdul) oğlunun övladlarıdır. İddiaçılar iddia edir ki, X53 ilə X8 birgə nikah dövründə onların birgə vəsaiti hesabına yuxarıda qeyd olunan torpaq sahəsində Kazımov Davud tərəfindən inşa edilmiş kiçik həcimli evin yerində 3 mərtəbəli yaşayış evi inşa etmişlər, iddiaçılarda həmin evdə yaşayırlar. Cavabdehlər 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə alarkən onların xəbəri olmamışdır.buna göədə hesab edirlər ki, miras əmlakın ( 3 mətrəbəli yaşayış evi ilə birlikdə) faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X2 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, notariat ofisi tərəfindən verilmiş şəhadətnamə ləğv olunmalıdır. İddiaçılar tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad emişlər. Qeyd olunmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə aşağıdakılara görə iddiaçıların arqumentlərini əsaslı hesab etmir. Birincisi iddiaçıların Bakı şəh, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsində inşa olunmuş evlə bağlı hər hansı hüquqlarının mövcudluğuna dair heç bir sübut təqdim edilməməklə yanaşı, sözügedən evin miras aktivinə də daxil olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz əmlak hüquqlarının yaranması üçün həmin hüquqların dövlət qeydiyyatına alınmalıdır. Hazırda isə mübahisəli evin üzərində nə mərhum X71 (Abdul) oğlunun nə də mərhum X36 mülkiyyət hüquqları qeydiyyata alınmadığından həmin əmlak miras əmlaklarının siyahısına aid olmamışdır. İkincisi cavabdehlər tərəfindən miras şəriklərinin möcvudluğu gizlədilməmiş, mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə 11 saylı notariat ofisinə ünvanlanan ərizələrdə İddiaçı2 X28 vərəslərindən biri olması qeyd edilmişdir. Üçüncüsü iddiaçılar tərəfindən vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizələr verilməsə də, 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın qalan 2/5 açıq saxlanılmışdır. Qeyd olunmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi məsələsi həll edilərkən notarius tərəfindən vərəsələrə münasibətdə müvafiq qanunvericilik normalarına riayət edib-etməməsi ilə yanaşı, iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “ Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.”. Hazırkı halda işin məhkəmə araşdırılması ilə 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən iddiaçıların hüquqlarının pozulması ilə yanaşı notariusun hərəkətlərində “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın yuxarıda qeyd olunan nornalarının pozulması da müəyyən olunmur. Məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən haqlı olaraq (miras əmlakın qalan 2/5 açıq saxlanılmaqla) xx.xx.1990-cı il tarixdə vəfat etmiş X28 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tikili ilə birlikdə deyi, yalnız ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277 olan miras əmlaka dair bərabər (1/5 hissədə) irs almaları barədə 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi iddiaçıların qeyd etdikləri hallar işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı halda 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X35 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar