Məhkəmə qərarları › İş №e-2(001)-3463/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3463/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3463/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 6.772,77 manat sığorta ödənişinin, habelə ödənilmiş 87.73 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 münasibətdə iddia tələbini azaltdığını bildirmiş və onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, həmin sazişi məhkəməyə təqdim etmişlər və onun təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Barışıq sazişi 19 may 2022-ci il tarixdə Bakı şəhərində aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. **-TJ-*** dövlət qeydiyyat nişanlı Changan markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “İddiaçı”nın C-MİC- 0972/19 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 3.000 (üç min) manat ilkin ödənişdən sonra 15 (on beş) ay ərzində 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləğində müəyyən edilir.

2. “Cavabdeh şəxs” vurulmuş ziyanın əvəzi olaraq qalıq 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləği X3nun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 15 (on beş) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə “İddiaçıya” ödəyir.

3. “İddiaçı” “Cavabdeh şəxsə” irəli sürdüyü qalıq 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra “Cavabdeh şəxsə” qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir.

4. “Cavabdeh şəxs” 2 (iki) ay müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır.

5. X3 imzalandığı gündən qüvvəyə minir. “Tərəflər” bu protokolun şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

6. X3 Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib olunur və hər 2 (iki) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Razılaşma protokolunun bir nüsxəsi “İddiaçı” tərəfdə, digər nüsxəsi “Cavabdeh” tərəfdə qalır. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC və Cavabdeh2 arasında 19 may 2022-ci il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:

1. **-TJ-*** dövlət qeydiyyat nişanlı Changan markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “İddiaçı”nın C-MİC- 0972/19 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 3.000 (üç min) manat ilkin ödənişdən sonra 15 (on beş) ay ərzində 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləğində müəyyən edilir.

2. “Cavabdeh şəxs” vurulmuş ziyanın əvəzi olaraq qalıq 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləği X3nun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 15 (on beş) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə “İddiaçıya” ödəyir.

3. “İddiaçı” “Cavabdeh şəxsə” irəli sürdüyü qalıq 3.860,90 (üç min səkkiz yüz altmış manat, doxsan qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra “Cavabdeh şəxsə” qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir.

4. “Cavabdeh şəxs” 2 (iki) ay müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır.

5. X3 imzalandığı gündən qüvvəyə minir. “Tərəflər” bu protokolun şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

6. X3 Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib olunur və hər 2 (iki) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Razılaşma protokolunun bir nüsxəsi “İddiaçı” tərəfdə, digər nüsxəsi “Cavabdeh” tərəfdə qalır. İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar