Məhkəmə qərarları › İş №e-2(001)-3493/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3493/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3493/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı subroqasiya qaydasında pul tələbi barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin və 67,40 (altmış yeddi manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə, 4.767,77 (dörd min yeddi yüz altmış yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlak (mebel mağazası) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixli, AZ/045340 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlakın (mebel mağazası) zirzəmisinə binanın istilik borusundan axan su kütlələri (subasma) nəticəsində 5.700,33 (beş min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində zərər görmüşdür. İş materiallarında olan 02 noyabr 2017-ci il “əmlakın qiymətləndirilməsinə dair” 1039 saylı rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlaka (mebel mağazası) subasma nəticəsində 5.700,33 (beş min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində zərər dəymişdir. Həmçinin iş materiallarında olan 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23 oktyabr 2017-ci il tarixli subasma hadisəsinə dair aktdan görünür ki, "xxxx" mebel mağazasının zirzəmisinə binanın istilik borusundan su axıntısı baş vermişdir. Həmçinin iş materiallarında olan Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli, 1185 saylı məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən 9 mərtəbəli çox mənzilli yaşayış binası Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2017-ci il tarixli, 5397/Fİ-049/2017 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-yə1.000 (bir min) manat azadolma məbləği və s. çıxılmaqla 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan və “onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, cavabdehdən İddiaçı ASC-dən tutulmuş 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində pulun geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2016-cı il tarixli, AZ/045340 nömrəli sığorta müqaviləsindən (şəhadətnaməsi) görünür ki, İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlak (mebel mağazası) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə sığortalanmışdır. “Əmlakın qiymətləndirilməsinə dair” 02 noyabr 2017-ci il tarixli, 1039 saylı rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlaka (mebel mağazası) subasma nəticəsində 5.700,33 (beş min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində zərər dəymişdir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli, 1185 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən 9 mərtəbəli çox mənzilli yaşayış binası Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansındadır. xx.xx.2017-ci il tarixli, 5397/Fİ-049/2017 nömrəli aktdan görünür ki, İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 1.000 (bir min) manat azadolma məbləği və s. çıxılmaqla 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, AZ/045340 nömrəli sığorta müqaviləsindən (şəhadətnaməsi) görünür ki, İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlak (mebel mağazası) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə sığortalanmışdır. “Əmlakın qiymətləndirilməsinə dair” 02 noyabr 2017-ci il tarixli, 1039 saylı rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən daşınmaz əmlaka (mebel mağazası) subasma nəticəsində 5.700,33 (beş min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində zərər dəymişdir. xx.xx.2017-ci il tarixli, 5397/Fİ-049/2017 nömrəli aktdan görünür ki, İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 1.000 (bir min) manat azadolma məbləği və s. çıxılmaqla 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli, 1185 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən 9 mərtəbəli çox mənzilli yaşayış binası Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də 4700 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Beləliklə, hesab edirəm ki, iddia təmin olunmalı, cavabdeh Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyindən 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 67,40 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən 4.700,33 (dörd min yeddi yüz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 67,40 manat məbləğində pul Cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar