Məhkəmə qərarları › İş №e-2(001)-3516/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3516/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3516/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı BOKT MMC öz mülkiyyətində olan 2015-ci il buraxılışlı “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsini (lizing obyekti) lizinq alan Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bunun müqabilində lizinq verənə hər ay lizinq haqqı ödəməyi öhdəsinə götürmüşdür. 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən, cavabdehin iddiaçıya ödəməli olduğu ödənişlərinin ümumi məbləği 29981 manat (22% dərəcəsi ilə 24 ay müddətinə) təşkil edir. Bu məbləğdən 5881 manat lizinq verənin mükafatını təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ayın 10-u lizinq verənin bank hesabına 1245.08 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan - Cavabdeh2 uzun müddət müqavilə üzrə öhdəliyini icra etməmiş, lizinq haqqı ödənişini həyata keçirməmişdir. Qanunvericiliyə uyğun olaraq lizinq predmeti olan nəqliyyat vasitəsi cavabehin sahiblik və istifadəsindən geri alınmışdır. Tərəflərindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 cari lizinq borcu 24695 manat müəyyənləşdirilmişdir. Belə olan halda İddiaçı BOKT MMC qanunvericiliyin və müqavilənin ona tanıdığı hüquqdan istifadə etməklə, Cavabdeh2 müvafiq bildiriş ünvanlamışdır. Həmin bildirişdə 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli X9nin tərəflərindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi bəyan edilmişdir. Bununla yanaşı qeyd edilmişdir ki, bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun olaraq satın ala və ya lizinq obyektinin alıcısına göstərə bilər. Bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti 2015-ci buraxılışı olan “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaqdır. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan 24695 manat məbləğində borcundan çıxılacaqdır. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan Cavabdeh2 tutularaq lizinq verən İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh2 bildirişdə qeyd olunan müddət ərzində İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməmişdir. Beləliklə, iddiaçı bildirişdə də, cavabdehə xəbərdarlıq etdiyi qaydada lizinq obyekti olan nəqliyyat vasitəsini 26 sentyabr 2023-cü il tarixdə satışa çıxarmışdır. “Tax Audit and Consulting Services” LTD tərəfindən tərtib edilmiş “avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyinə əsasən, 2015-ci il buraxılışlı “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 17000 manat məbləğində müəyyənləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi uzun müddət satılmadığı üçün hər dəfə qiyməti bir qədər endirilməyə başlanılmış, lakin bu da fayda verməmişdir. Təxminən üç ay avtomobil satılmamışdır. Nəhayət, xx.xx.2023-cü il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 13500 manat məbləğdə razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X7 (alıcı) satılmışdır. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 13500 manat məbləğdə pul vəsaiti cavabeh Cavabdeh2 iddiaçı "xxxx" MMC-yə olan 24695 manat məbləğində borcundan çıxılmışdır. İddiaçı BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçı BOKT MMCyə olan qalıq borcu kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 8618.04 manat, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği 289.67 manat olmaqla, cəmi 8907.71 manat təşkil edir. Belə olan halda, İddiaçı BOKT MMC Cavabdeh2 qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən bildiriş ünvanlamış və 8907.71 manat məbləğində qalıq borcunun 3 gün müddətində ödənilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh yenə də bildirişdə qeyd olunan müddət ərzində İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməmişdir. O, hələ də müqavilədən əmələ gələn öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bundan başqa, 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli X9nin 3.1.4-cü maddəsinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli X9 üzrə 8907.71 manat məbləğində qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 birdəfəlik şəkildə tutularaq, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli X9 üzrə 8907.71 manat məbləğində qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 10 mart 2023-cü il tarixdə ML/5381 saylı X9 bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan, müqavilə üzrə lizinq obyekti 1 (bir) ədəd 2015-ci il buraxılışlı “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsi cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarxli, ML/5381 saylı alqı-satqı müqaviləsindən görünür ki, X8 adından etibarnamə ilə çıxış edən X11 1 (bir) ədəd 2015-ci il buraxılışlı “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli avtomobili alıcının, yəni İddiaçı BOKT MMC-nin X1 mülkiyyətinə verir, alıcı bu avtomobili ML/538 saylı X9nə əsasən Cavabdeh2 lizinq verilməsi məqsədilə alır. İş materiallarında olan təhvil-təslim aktına əsasən məlum olur ki, “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli avtomobil xx.xx.2023-cü il tarixdə müştəriyə təhvil verilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli 5381 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2023-cü il tarixli 5381 saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, 1073/28 saylı bildirişdən görünür ki, həmin bildirişdə göstərilmişdir ki, lizinq verən – İddiaçı BOKT MMC ilə lizinq alan – Cavabdeh2 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli “X9” lizinq verən tərəfindən 07 sentyabr 2023-cü il tarixindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilmişdir. 07 sentyabr 2023-cü il tarixindən 15 təqvim günü ərzində lizinq obyektinin alınmasında üstünlük hüququ tanınır. Cavabdeh2 bu müddət ərzində lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun olaraq satın ala və ya lizinq obyektinin alıcısına göstərə bilər. 10 mart 2023-cü il tarixli, ML/5381 nömrəli X10 ləğv edildikdən, yəni 07 sentyabr 2023-cü il tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti – 2015-ci buraxılışlı “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh2 İddiaçı BOKT MMCyə olan 24695 manat məbləğində borcundan çıxılacaq, həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan - Cavabdeh2 tutularaq lizinq verən İddiaçı BOKT MMCyə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli, 123/24 saylı bildirişdən görünür ki, həmin bildirişdə göstərilmişdir ki, bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun olaraq satın ala və ya lizinq obyektinin alıcısına göstərə bilər. Bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti – 2015-ci buraxılışı olan “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan borcundan çıxılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan - Cavabdeh2 tutularaq lizinq verən İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli, 425 saylı bildirişdən görünür ki, həmin bildirişdə göstərilmişdir ki, bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun olaraq satın ala və ya lizinq obyektinin alıcısına göstərə bilər. Bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti – 2015-ci buraxılışı olan “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan borcundan çıxılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan - Cavabdeh2 tutularaq lizinq verən İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli, 124/24 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 5381/1 saylı X9 üzrə İddiaçı BOKT MMC-yə ödənilməli olan əsas borcu 8907.71 manat təşkil edir. İş materiallarında olan “avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyindən görünür ki, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, 1 ədəd (BMW 328i - minik, d/q nişanı – 77EY792) avtonəqliyyat vasitəsinin 26 dekabr 2023-cü il tarixinə olan bazar dəyəri 17000 manat təşkil edir. İş materiallarında olan İddiaçı BOKT MMC ilə X12 arasında bağlanılmış 05 dekabr 2023-cü il tarxli, 02 saylı alqı-satqı müqaviləsindən görünür ki, 1 (bir) ədəd 2015-ci il buraxılışı olan “BMW 328i” minik markalı, WBA8E9G57GNT42212 ban nömrəli avtomobilin satış qiyməti 13500 manat məbləğində müəyyən edilmiş və avtomobil satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Beləliklə, məhkəmə hesab edir ki, borclu Cavabdeh2 lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirmədiyindən, eyni zamanda digər Cavabdeh1 cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durduğundan, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 10 mart 2023-cü il tarixli, ML/5381 saylı X9 üzrə 8907.71 manat məbləğində qalıq borc İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10 mart 2023-cü il tarixli, ML/5381 saylı X9 üzrə ödənilməmiş 8907.71 manat məbləğində qalıq borc və ödənilmiş 110 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar