Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3576/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı və üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “miras əmlak üzrə məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon, X3 küçəsi ev 13/37 ünvanında yerləşən 15 nömrəli mənzilin 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə İddiaçı1 məcburi paylarının tanınması barədə və hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu və 640 (altı yüz qırx) manat məbləğində vəkil qonorarının, ümumilikdə 740,40 (yeddi yüz qırx manat qırx qəpik) manat vəsaitin Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu7-ci mikrorayonu, X3 küçəsi ev 13/37ünvanında yerləşən 15 nömrəli mənzil (sonradan “Əmlak” adlanacaqdır) xx.xx.2012-ci ildə verilmiş RX0059512 seriyalı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, atamız X1 xüsusimülkiyyətində olmuşdur. Atamızın hazırda 85 yaşı var, xəstə və ahıl yaşındadır. xx.xx.2022-ci il tarixində atamız, bizdən xəbərsiz Bakı şəhəri 53 saylı notariat kontoruna gedərək 4Ə-1197 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özəmlakını nəvəsi,Cavabdeh İ raql̇ oğluna bağışlamışdır. Bu barədə məlumat aldıqda dərhal məhkəməyə müraciət etmişik. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1122/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddiaçı Ş ükürova İ ədaṙ Yusif qızının cavabdehlər Cavabdeh İ raql̇ oğlu və X4 oğluna qarşı amalşığab“ müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh İ raql̇ oğlunun bağışlanmış mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair” iddiası rədd edilmişdir. Məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, iddiaçının məcburi payının tamamlanmasını tələb etmək hüququnun yaranacağı ehtimalı hal-hazırda bağlanmış və qanunvericilikdə nəzərdə tutulmuş etibarlılıq şərtlərinə cavab verən bağışlama müqaviləsinin etibarsızlığına dəlalət etmir. Məhkəməyə bildirmək istəyirik ki, biz, atamızın birinci dərələri vərəsələriyik və əgər Əmlak cavabdehə bağışlanmasaydı, miras açılan zaman həmin əmlakın üzərində bizim hər birimizin 1/3 hissəsinə vərəsəlik payımız olmalı idi. Bu isə o deməkdir ki, hazırda bağışlanmış Əmlakda bizim hərəmizin məcburi payımız 1/6 hissədə təşkil edir. Yuxarıda qeyd olunan işin faktiki halları, qanuni qüvvəyə minmiş Bakışəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1122/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin mahiyyətindən də göründüyü kimi iddiaçılar məcburi payın bağışlanmış əşya hesabına artırılmasını tələb edir və Mülki Məcəllənin məcburi payla bağlı normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarına istinad edir. Hansı ki, iddiaçılar ataları X1 birinci növbəli vərəsələri olduqlarını bildirir və miras əmlakın artırılmasını tələb edirlər. Bununla belə iddiaçılar mirasın açılması ilə bağlı, yəni miras qoyanın ölümü ilə bağlı hər hansı sübut təqdim etməmişdirlər. Halbuki iddia ərizəsi peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən tərtib edilməklə imzalanmışdır və vəkilin məcburi payı tələb etmək hüququnun mirasın açıldığı an əmələ gəldiyindən məlumatsız olması inandırıcı deyildir. Yəni iddiaçılar tələblərində məcburi payı tələb etsələr də öz tələblərinin əsası kimi mirasın açılması ilə bağlı fakta istinad etmir və bununla bağlı müvafiq sənəd təqdim etmirlər. Odur ki, iddia ərizəsinin məhkəmə icraatı aşağıda sadalanan normalara görə mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalı və iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı və üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “miras əmlak üzrə məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ödənişi edən Nümayəndə qaytarılsın. İddiaçılara izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3576/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3576/2024
29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver