Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-374/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh1 və ATŞ firmasına qarşı cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi cavabdehlər Cavabdeh2 firmasına, Cavabdeh1 qarşı cavabdehlər tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 700 mm diametrli «Qaradağ-Xırdalan» yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin keçən hissəsində,qaz kəmərinin mühafizə zonasında, 39T 396595.02; 4477127.35 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “3” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin istismarında olan 700 mm diametrli «Qaradağ-Xırdalan» yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində, 39T 396595.02; 4477127.35 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh1 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.sonradan iddiaçı vəsatət təqdim edərək mübahisəli torpaq sahəsinin Cavabdeh2 firmasına məxsus olmasını nəzərə alıb onun da işə başqa cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Sonuncu iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və xx.xx.2026-cı il tarixdə Elektron Kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin olunması barədə qənamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 133 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsinin şimal qərb hissəsində Bakı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 133 nömrəli sahar İcra Hakimiyyətinin xx.xx.1999-cu ul tarixli, 346 nömrəli sərəncamı ilə "xxxx" Firmasına maşın bazarının təşkili üşün ayırılmış ərazi "xxxx" Firmasına təhkim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən 10886 nömrəli inşaat pasportu hazırlanmış və Bakı şəhərinin baş memarı tərəfindən xx.xx.2000-ci il tarixində təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 133 nömrəli serencamına əsaǝsn xx.xx.2000-ci il tarixdə istifadəyə verilən torpaq sahəsinin ayrıca aktı tərtib edilərək təsdiq edilmişdir. Ayırılmış torpaq sahəsinin ölçüləri 1,96 hektar tikinti, 1,56 hektar abadlaşdırma olmaqla, ümumilikdə 3,52 hektardan ibarət olmuşdur. Həmin sahə 20 ildən çoxdur ki, "xxxx" Firmasının istifadəsindədir. Torpaq sahəsi "xxxx" Firmasının istifadəsindədir və Cavabdeh1 aidiyyatı yoxdur. Buna görə də hazırki işdə o cavabdehlik daşımır . İddiaçının hesab etdiyi, qaz kəmərindən "3" metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış inşa edilməsi ilə bağlı bildirir ki, daş hasarı 2000-ci illərdə inşa edilib. Sadəcə olaraq 2023-cü ildə ərazidə dayanan yük maşınının sürücüsünün ehtiyyatsızığı ucbatından hasarın bir hissəsi uçmuş və həmin hissə yenidən bərpa edilmişdir. Bundan əlavə qaz kəməri 20_-ci ildə inşa edilmişdir. Belə olan halda, yəni qaz kəməri çəkilən zaman, yaxınlıqdan keçən obyektlərin gələcəkdə mühafizə zolağına düşəcəyi barədə iddiaçı xəbərdar idi. Lakin buna baxmayaraq, qaz kəməri inşa edildikdən sonra, iddiaçı 2024-cü ildə məhkəməyə müraciət edərək hesab edir ki, cavabdeh tətəfindən daş hasarı (yenidən bir hissəsi bərpa edilmiş) və fərdi yaşayış evi (mövcud olmayan) inşa etmiş və və tikili mühafizə zonasına düşür. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 133 nömrəli sərəncamının verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X5 Birliyi tərəfindən xx.xx.1999-cu il tarixində maşın bazarının tikilməsinə etirazın olmadığını müvafiq məktubla təsdiq etmişdir. Həmçinin "xxxx" QSC-nin təbii qazın təchizi "Azəriqaznəql" İB-nin xx.xx.2000-ci il tarixli, 04/245 nömrəli məktubu ilə maşın bazarının abadlaşdırılmasına və yaşıllaşdırlamasına etiraz etmədiyini təsdiq etmişdir. Ümumilikdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi əsassız olduğunu bildirdi və rədd haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etmədiyini və rədd olunmasını xahiş etdi. Həmçinin, ATŞ firmasının təsisçisi və direktoru olduğunu bildirdi və bu barədə 16 fevral 2019-cu il tarixli 01 saylı ƏMR-i məhkəməyə təqdim etdi. Həmçinin hazırda həmin yerin avtodayanacaq kimi istifadə edilməsini, ətrafına yol boyu çəkilmiş hasarı isə özünün şəxsən inşa etdiyini bildirdi. Sonrakı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin mövqeyini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş 16 fevral 2019-cu il tarixli 01 saylı Cavabdeh2 Firmasının Əmrindən görünür ki, Cavabdeh1 Cavabdeh2 Firmasının Təsisçisinin 09 fevral 2019-cu il tarixli qərarına əsasən Əmrdə göstərilən tarixdən direktor vəzifəsinin icrasına başlayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Torpaq sahəsinə dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı məktubundan görünür ki: Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sözügedən torpaq sahəsi qaz kəmərinin mühafizəsində yerləşir. Qeyd clunanlarla yanaşı, sahənin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1829 saylı ekspert rəyində göstərilir ki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-45389/2024 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sözügedən torpaq sahəsi qaz kəmərinin mühafizəsində yerləşir. Qeyd olunanlarla yanaşı, sahənin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunan fotoşəkillərə əsasən müəyyən olunur ki, sözügedən mübahisəli torpaq daş hasar və dəmir çəpərə alınmış, sahədə bir neçə böyük tonnajlı yük avtomobillərii dayanmış, sahə dayanacaq kiimi istifadə olunur, yolun kənarında yerləşir, çəpər boyu boru xətti keçir. Sahədə fərdi yaşayış evi mövcud deyil. Dəmir konstruksiyalı daşınar kabina mövcuddur. Mübahisə ilə bağlı tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan toraq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X3rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X1rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin istismarında olan 700 mm diametrli «Qaradağ-Xırdalan» yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində, 39T 396595.02; 4477127.35 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh2 firmasının direktoru Cavabdeh1 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar cavabdehlərin hesabına sökülməli, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmalı və ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməlidir. Həmçinin işin faktiki hallarından müəyyən olunur ki, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən dayanacaq kimi istifadəyə verilir və həmin torpaq sahəsində heç bir fərdi yaşayış evi yoxdur. Torpaq sahəsində yalnız Cavabdeh1 tərəfindən inşa edilmiş hasar mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin istismarında olan 700 mm diametrli «Qaradağ-Xırdalan» yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində, 39T 396595.02; 4477127.35 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh2 firmasının direktoru Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasar cavabdehlərin hesabına sökülsün, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilsin (ABB Bank Xətai filialı: VÖEN: **********, H/h: AZ60İBAZ********************,KOD:805625,M/H:AZ03NABZ013501**********2944, AWİFT: İBAZAZ2X). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə, elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-374/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-374/2025
19.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver