Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-388/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh qarşı 2754.00 (iki min yeddi yüz əlli dörd) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425,00 (dörd yüziyirmi beş) manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1,502.00 (bir min beş yüz iki) manat və avtomobil ikinci dəfə satıldıqdan sonra birinci müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində olan zərər 7,047.00 (yeddi min sıfır qırx yeddi) manat olmaqla, ümumilikdə 11,728.00 (on bir min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaiti, ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 125,18 (bir yüz iyirmi beş manat, 18 qəpik) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 10.351,58 (on min üç yüz əlli bir manat, 58 qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş (cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir), bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli 040 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra müqavilə predmeti olan **-YX-*** qeydiyyat nömrəli “Leap Motor C11” markalı avtomobil xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Qeyd edilir ki, İddiaçı MMC qeyd edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə əsasında "xxxx" MMC şirkətinə birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata satılmışdır. Bildiririk ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-nə 2754.00 (iki min yeddi yüz əlli dörd) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425,00 (dörd yüz iyirmi beş) manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1,502.00 (bir min beş yüz iki) manat, və avtomobil ikinci dəfə satıldıqdan sonra birinci müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində olan zərər 7,047.00 (yeddi min sıfır qırx yeddi) manat olmaqla ümumilikdə 11,728.00 (on bir min yeddi yüz iyirmi səkkiz) manat zərər dəymişdir. Yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmiş, nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 3.2.5 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği“ alıcı”-nın borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini“ satıcı”-ya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə edərək Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaiti, ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 125,18 (bir yüz iyirmi beş manat, 18 qəpik) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 10.351,58 (on min üç yüz əlli bir manat, 58 qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, o, həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdehlə müqavilə bağlanmış və ilkin ödəniş olmadan cavabdeh hər ay 60 ay müddətinə 1611 manat ödəniş edilməsini öz ödəsinə götürmüş, lakin 4 ay müddətində heç bir ödəniş etməmiş və xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi iddiaçıya geri qaytarılmışdır. Həmin avtomoili cavabdehə 96663 manat məbləğinə satılmış, lakin istifadə olunduğuna görə digər müştəriyə 89616 manata satılmışdır. İddiaçı şirkətə 7047 manat ziyan dəymişdir. Nəqliyyat vasitəsi geri qaytarıldıqdan sonra ona servis tərəfindən baxış keçirilmiş, istifadə olunduğuna görə təmizlik işləri aparılmış və xidmətlər 425 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən 2754 manat məbləğində dəbbə pulu hesablanmışdır. Kasko Sığortası üzrə sitifadə olunan hissə isə 1502 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə (həm SMS bildiriş, həm də məhkəmə bildirişi) xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilədən görünür ki, ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Həmin müqavilənin 3.2.5 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi, Sizinlə (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən Leap Motor C11 markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat məbləği xx.xx.2024cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdənizə götürmüşsünüz. Lakin, şifahi müraciətlərimizə baxmayaraq bu vaxta kimi tərəfinizdən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklərinizi əhəmiyyətli dərəcədə pozmuşunuz. Bildirirk ki, İddiaçı MMC-yə olan ümumilikdə 7613.00 (yeddi min altı yüz on üç) manat məbləğində borcun 5 (beş) gün ərzində ödənilməsini təmin etməyinizlə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığımıza baxmayaraq tərəfinizdən heç bir addım atılmadığından sizinlə və İddiaçı MMC arasında Avtomobil Alqı-satqısma dair xx.xx.2024-cü il tarixli 040 saylı Müqaviləyə tərəfimizdən xitam verilir. X3 məxsus xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504), **-YX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində cilalanma (tam) 200 manat, kimyəvi təmizləmə (tam) 200 manat və elektron diaqnostika işləri aparılmış və ümumilikdə göstərilən xidmətlərə 425 manat məbləğində vəsait hesablanmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinə ondan ötrü kü, Cavabdeh tərəfindən xx.xx.2024 - cü il tarixli 040 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə hər ay (fevral, mart aprel ayları üzrə) 1611.00 manat məbləğində ödəniş etməli oldu halda etməmiş və onun 96660.00 manat borcu vardır. İddiaçı MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilədən görünür ki, “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata sonuncuya satılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 424.4. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.5 Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 602. Alğı-satqı müqaviləsində satıcının və ya alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 606.1 Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İş üzrə baxılan iddia tələbləri aşağıdakılardan ibarətdir: - xx.xx.2024-cü il tarixli 040 saylı ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulunun; - avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pul vəsaitinin; - xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin; - işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 125,18 (bir yüz iyirmi beş manat, 18 qəpik) manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutlması. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli 040 saylı ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulunun və avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pul vəsaitinin tutlması hissəsləri ilə bağlı aşağıdakıları qeyd edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilə bağlanmış və ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən (2.1-ci bəndi) alıcı ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinə ondan ötrü kü, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 040 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə hər ay (fevral, mart aprel ayları üzrə) 1611.00 manat məbləğində ödəniş etməli oldu halda etməmiş və onun 4833.00 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi hissəsi ilə tam razılaşmayaraq qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında (avtomobil alqısatqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 2.4-cü bəndində qeyd edilmişdir ki, “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh iddiaçıdan almış olduğu avtomobilə görə xx.xx.2024-cü il tarixdən ödəniş etməyə başlaması nəzərdə tutulmuşdur. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğundan, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (müqavilənin 3.2.6-cı bəndinə əsasən) xx.xx.2024-cü il tarixli 040 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış avtomobilə dair alqı-satqı müqaviləsinə 27 may 2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, gecikdirilmiş hər gün üçün tutulmalı olan məbləğin müddəti 29 fevral 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddətə hesablanmalıdır. Həmin müddət hesablandıqda isə ümumilikdə (29 fevaral+31 mart 2024-cü il=31 gün, 01 aprel +30 aprel=30 gün və 01 may 2024-cü il +27 may 2024-cü il=27 gün, ümumilikdə 88 gün) 88 gün müəyyən edilir. Həmin 88 gün isə tərəflər arasında bağlanmış (avtomobilə dair alqı-satqı müqaviləsi) müqavilənin 2.1-ci bəndinə uyğun olaraq hesablandıqda (88x16,11=1417 manat) 1417 manat məbləğində müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş günlər üzrə 2754 manat pulun ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh gecikdirilmiş günlər üzrə 1417 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə LEPMOTOR Servisə məxsus xx.xx.2024-cü il tarixli təmir aktı ilə müəyyən edilir ki, “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504), **-YX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində cilalanma (tam) 200 manat, kimyəvi təmizləmə (tam) 200 manat və elektron diaqnostika işləri aparılmış və ümumilikdə göstərilən xidmətlərə 425 manat məbləğində vəsait hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pulun iddiaçı tərəfindən ödənildiyi sübuta yetirildiyindən, iddia tələbi həmin hissə təmin edilərək 425 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir. İddia tələbinin “xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsini məhkəmə aşağıdakılara görə əsaslı saymır. İşin hallarından belə müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-nə olan borcunu ödəmədiyindən onunla İddiaçı MMC arasında bağlanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı müqaviləyə İddiaçı MMC tərəfindən xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra isə müqavilə predmeti olan **-YX-*** qeydiyyat nömrəli “Leap Motor C11” markalı avtomobil xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Bundan sonra İddiaçı MMC qeyd edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli 100 saylı müqaviləyə əsasən "xxxx" MMC şirkətinə birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata satmışdır. İddiaçı hazırda həmin müqavilələr üzrə yaranmış fərqi tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İddiaçı hazırkı tələbinin maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 645.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627-645-ci maddələri Məcəllənin “Xüsusi hissə”sində “Müqavilələrdən əmələ gələn öhdəliklər” bölməsinin “Malların göndərilməsi” ilə bağlı münasibətləri tənzimləyirlər. Hazırkı halda tərəflər arasında yaranmış mübahisə “göndərmə müqaviləsi” üzrə deyil alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Odur ki, iddiaçının qeyd olunan tələbi onun istinad etdiyi maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin 7047 manat məbəğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1842,68 (bir min səkkiz yüz qırx iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 38,42 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1842,68 (bir min səkkiz yüz qırx iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 38,42 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-388/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-388/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver