Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3965/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Samsung Galaxy A54» (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Charger üçün 76,4 manat, 7,64 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Xiaomi Poco M6 Pro» (İMEİ Kodu **********90907) markalı telefon üçün 540 manat, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 54 manat cərimə olmaqla, ümumilikdə 701,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Samsung Galaxy A54 (İMEİ Kodu **********19017) markalı telefon, Samsung Charger və Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefon almış, nəticədə 701,64 manat borc yaranmışdır. Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1224,36 manat olan Samsung Galaxy A54 (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Chargeri ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 102,3 manat ödəmək şərti ilə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 885,06 manat olan Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefonu ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 49,17 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A54 (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Charger üçün ümumilikdə 84,04 manat olmaqla, ondan 76,4 manat, 7,64 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefon üçün ümumilikdə 617,6 manat olmaqla, ondan 540 manat, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 54 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində Samsung Galaxy A54 (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Charger, 3 illik zəmanət xidmətindən imtina etmiş və məhsul 1141 manat borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 6,96 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1141 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 345,06 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 14024848 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 102,3 manat ödəmək şərti ilə, dəyəri 1224,4 manat olan “Samsung Galaxy A54» (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Charger satmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 3.5-ci bəndinə əsasən, 3.4-cü və 3.14cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. X4 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Samsung Galaxy A54 (İMEİ Kodu **********19017) markalı telefon və Samsung Chargeru Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və təhvil təslim aktından görünür ki, Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefonun açılıb bağlanması xidmətinə görə X1 23,30 manat pul ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 02067509 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 49,17 manat ödəmək şərti ilə, dəyəri 885,01 manat olan Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefon telefon satmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyiini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 3.5-ci bəndinə əsasən, 3.4-cü və 3.14cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. X4 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Xiaomi Poco M6 Pro (İMEİ Kodu **********90907) markalı telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 76,4 manat əsas borc, 7,64 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 540 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 54 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 6,96 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1141 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 345,06 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi tam təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 76,4 manat əsas borc, 7,64 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 540 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi və 54 manat cərimə alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 76,4 (yetmiş altı manat 40 qəpik) manat məbləğində əsas borc, 7,64 (yeddi manat 64 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 540 (beş yüz qırx) manat məbləğində əsas borc, 23,6 (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi və 54 (əlli dörd) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 731,64 (yeddi yüz otuz bir manat 64 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3965/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3965/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver