Məhkəmə qərarları › İş №e-2(001)-3976/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3976/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3976/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabın sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabın sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 118.5cı km-də, kəmərdən 15-20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 118.5-cı km-də, 39 T 0399666; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15-20 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərin mühafizə zonasında, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məhəmməd Füzuli küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Biz aşağıda imza edənlər, SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X2, atıcılar X9 və X1 iştirakı ilə bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2022-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 15:35-də 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məhəmməd Füzuli küçəsi) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.5-cı km-də, 39 T 0399666; ******* saylı koordinatlar üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15-20 metr aralı məsafədə, özünü 2-ci Qarabağ müharibə iştirakçısı kimi təqdim edən Cavabdeh aid olduğu iddia edilən, dəmir lövhələrlə çəpərə alınmış, içərisində köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik mövcud sanitar qovşağının üzərinə yeni dam örtüyünün və evin giriş hissəsinə günlük üçün nəzərdə tutulmuş taxta atmaların vurulması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək sökülməsi tələb edilmiş, lakin o, görülən işi dayandırsada sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı qaydada xəbərdarlıq edildi”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4631 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: " ... Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Cavabdeh tərəfindən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.5 km-də, kəmərə paralel, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi ünvanında inşa olunmuş tikililər (fərdi yaşayış evi və daş hasar) ilə Şirvan-Böyükşor Dş500 mm-lik magistral neft kəməri arasında olan məsafənin 9 metr olduğu müəyyən olundu. Cavabdeh tərəfindən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.5 km-də, kəmərə paralel, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi ünvanında inşa olunmuş tikililərin (fərdi yaşayış evi və daş hasar) Şirvan- Böyükşor Dş500 mm-lik magistral neft kəmərindən 9 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları" ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu". İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavab məktubunda aşağıdakılar göstərilmişdir: " ... uzunluğu 134.276 km olan Şirvan-Bakı Dş-500 mm-lik (şərti diametri 500 mmdir) yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmş və xx.xx.1964-cü ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır (Neft kəmərinin texniki pasportu). Kəmərin ilkin layihə təzyiqi 4.5 MPa, işçi təzyiqi isə 2.5 MPa-dır. Kəmərlə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin NQÇİ-ləri və Əməliyyat şirkətləri tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna nəql olunur. Neft kəmərinin tikintisi SSRİ “Baş Qaz Cənub Qaz Kəmər Tikinti Tresti” tərəfindən aparılmışdır (Neft kəmərinin texniki pasportu). ... Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X4 tərəfindən istismar olunur (Neft kəmərinin texniki pasportu). Neft kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və İddiaçı balansındadır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X7rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X3rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü magistral neft kəmərinin 118.5-ci km-də, kəmərdən 9 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 118.5-ci km-də, 39 T 0399666; ******* koordinatlar üzrə, kəmərdən 9 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi, evə bitişik yardımçı tikili və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar