Məhkəmə qərarları › İş №e-2(001)-3984/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3984/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3984/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən həyət evinin mülkiyyətçisidir. Sözügedən mənzilə Cavabdeh tərəfindən qanunsuz olaraq maye qazın istifadə edilməsi ilə bağlı olaraq şişirdilmiş məbləğdə borc yazılmışdır. Borc məbləğinin yazılmasının əsası xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur. Həmin aktlarda göstərilmişdir ki, elektron tablo qarışıb, plomblarında izlər var. Bununla əlaqədar, sayğacların müayinə edilməsi üçün götürülmüş və müvafiq sənədləşmə işləri aparılmışıdır. Cavabdeh nümayəndələri tərəfındən 2023-cü ayında evin kənarında quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında ödəmişə və həmin ünvanda adətən yaşamadığından hər hansı müdaxiləsi imkansızdır. Qaz sayğacı evdən kənarda yerləşir. Hazırkı dövrdə cavabdeh tərəfindən quraşdırılmış sayğaca Smart kart vasitəsilə hər hansı ödəniş etdikdə qanunsuz olaraq həmin ödəniş məbləği borc əvəzi olaraq cavabdeh tərəfindən tutulur. Azəriqaz Respublikada təbii inhisar subyektidir və iddiaçının alternativ qaz alacağı başqa bir qurum yoxdur. Qazsız qalacağı təqdirdə soyuq qış fəslini çətinliklə keçirəcək. Abonentin Saldosundan görünür ki, Cavabdeh tərəfindən qanunsuz olaraq maye qazın istifadə edilməsi ilə bağlı olaraq şişirdilmiş məbləğdə 21600 m3 dəyərində, yəni 2592 manat borc yazılmışdır. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarının ləğv edilməsi, həmin aktlara əsasən əsassız hesablanaraq İddiaçı abonent koduna vurulmuş, hər bir akta görə hesablanmış 2592 manat, cəmi 5184 manat borcun silinməsi, Cavabdeh İB tərəfindən onun yaşayış sahəsinə təbii qazın verilməsinin təmin edilməsi və ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçının özünə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə baxılmasını təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh İB-nin xx.xx.2023cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarının ləğv edilməsini xahiş etsə də, həmin aktların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarında xx.xx.2023-cü il tarixl Qaz sayğacının çıxarılması, qurşdırılması və istismara qəbulu haqqında akt mövcuddur, lakin həmin aktın ləğv edilməsi üçün halhazırda hər hansı qanuni əsasın olması nə iddia ərizəsindən, nə də ki, iş materiallarında olan sənədlərdən görünmür. Həm iddiaçı, həm də məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin aktla İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın LCD çap vərəqinin üzərində korroziya izlərinin mövcudluğu aklaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə Akt № MSK – 14-2-2/3-5-3172-1 saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qorucuyu örtüyü kənar təsir nəticəsində oturacaqdan tamamilə qopub; sayğacın LCD ekranında rəqəmlər qarışıb, informasiya oxunmur; müvəqqəti LCD ekran quraşdırıldı, informasiya oxunmadı; əsas çap vərəqəsinin üzərində korroziya izləri mövcuddur; sayğac istismara yararsızdır. İş materiallarında olan abonent kodu **********00052 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə Zenner G6T Smart tipli qaz sayğacı quraşdırılmış və onun 2023-cü ilin may ayına “qalıq və aktlar” üzrə 2592 manat borcu yaranmış və həmin borcun yaranma anı 2023-cü ilin mart ayına təsadüf edir. Göründüyü kimi, hal hazırda Təbii qazdan istifadə qaydalarının pozulması haqqında yalnız bir - xx.xx.2023-cü il tarixli, ******* saylı akt mövcuddur və həmin akta əsasən iddiaçıya 2592 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00052) əsassız hesablanmış 2592 manat məbləğində borc silinməlidir. İddia ərizəsinin cavabdeh tərəfindən yaşayış sahəsinə təbii qazın verilməsinin təmin edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(001)-170/2023 saylı qərardadı ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə verilən qazın istifadəsi üçün köçürülən ödənişlərdən borc ilə bağlı pulun tutulması və həmin ünvana qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddənin tələblərinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı iddia ərizəsində 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda sadalanan müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun 45,92 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməli; ödənilməli olmayan 54,08 manat hissəsi isə iddiaçıya (*dövlət rüsumunu ödəmiş vəkilinə) qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki Prosessual Məcəllənin 114.2-ci maddəsinə görə, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00052) əsassız hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun 45,92 (qırx beş manat doxsan iki qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun ödənilməli olmayan 54,08 (əlli dörd manat səkkiz qəpik) manat hissəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil qaytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar