Məhkəmə qərarları › İş №e-2(001)-4049/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4049/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4049/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 4.660,57 manat, hesablanmış cəriməyə görə 1.187,34 manat və ödənilmiş dövlət rüsumuna görə 78,50 manat olmaqla, cəmi 5. 926,41 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri məhkəməyə barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. Cavabdeh - Cavabdeh cərimə məbləği hissəsində güzəşt edilərək 100.0 manat kimi müəyyənləşdirilsin;

2. Cavabdeh - Cavabdeh xx.xx.2024-cü il tarixdə əsas borcundan 200.0 manat ödəniş etdiyini nəzərə alaraq onun iddiaçıya cari borcu 4 460.57 manat əsas, 100,0 manat cərimə və 78,5 manat rüsum olmaqla, ümumilikdə 4 639,07 manat (dörd min altı yüz otuz doqquz manat yeddi qəpik) kimi müəyyənləşdirilsin;

3. Cavabdeh - Cavabdeh ümumi borcundan 2024-cü ilin Avqust ayından başlayaraq Noyabr ayı da daxil hər ay ən az 200,0 (iki yüz) manat ödəniş etməyi; 2024-cü ilin Dekabr ayında isə qalan ümumi borcunu tam şəkildə "xxxx" MMC-yə qaytarmağı öz öhdəsinə götürür;

4. Cavabdeh - Cavabdeh yuxanda qeyd edilən ödəniş şərtlərinə əməl etmədikdə məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq sazişi" qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək.

5. Bu barışıq Sazişi İddiaçı və Cavabdeh sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu Sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər.

6. Hazırki Saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh - Cavabdeh cərimə məbləği hissəsində güzəşt edilərək 100.0 manat kimi müəyyənləşdirilsin;

2. Cavabdeh - Cavabdeh xx.xx.2024-cü il tarixdə əsas borcundan 200.0 manat ödəniş etdiyini nəzərə alaraq onun iddiaçıya cari borcu 4 460.57 manat əsas, 100,0 manat cərimə və 78,5 manat rüsum olmaqla, ümumilikdə 4 639,07 manat (dörd min altı yüz otuz doqquz manat yeddi qəpik) kimi müəyyənləşdirilsin;

3. Cavabdeh - Cavabdeh ümumi borcundan 2024-cü ilin Avqust ayından başlayaraq Noyabr ayı da daxil hər ay ən az 200,0 (iki yüz) manat ödəniş etməyi; 2024-cü ilin Dekabr ayında isə qalan ümumi borcunu tam şəkildə "xxxx" MMC-yə qaytarmağı öz öhdəsinə götürür;

4. Cavabdeh - Cavabdeh yuxanda qeyd edilən ödəniş şərtlərinə əməl etmədikdə məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq sazişi" qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək.

5. Bu barışıq Sazişi İddiaçı və Cavabdeh sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu Sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər.

6. Hazırki Saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar