Məhkəmə qərarları › İş №e-2(001)-406/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-406/2023

27.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-406/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh İsmayıl oğluna qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük- Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 metr aralı məsafədə ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh İsmayıl oğluna qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük- Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 metr aralı məsafədə ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Neft Kəmərləri İdarəsinin istisamrında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 metr aralı məsafədə ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən Neft Kəmərlər İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır. a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan- Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 metr aralı məsafədə ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İsmayıl oğlunun nümayəndəsi Cavabdeh İsmayıl oğlu iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, onlar Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal olandan sonra məcburi köçkün kimi Bakı şəhərində Kooperativ Texnikumunun yataqxanasında məskunlaşmış, hazırda da həmin yataqxanada iki otaqlı mənzil onların istifadəsindədir və həmin mənzildə qardaşı öz ailəsi ilə birlikdə yaşayır. İstifadə etdikləri torpaq sahəsində 1993-1996-cı illərdən həvəskar təsərüfat fəaliyyəti ilə məşğul olmuşlar. Atası və mərhum babası orada ağaclar əkmiş, bostan becərmiş, 1996-cı ildən isə onlar faktiki olaraq həmin ərazidə yaşamış, ev qurmuş, bütün vəsaitlərini sərf etmişlər. Həmin ərazidə onların evindən başqa minlərlə evlər var, hazırda da yeni tikintilər inşa olunur. Yaşadıqları ev bütün kommunal xidmətlərlə təchiz olunmuşdur. Hesab edir ki, evin söküləməsi ədalətsizlikdir. O, Bakı İnzibati Məhkəməsinin icraatında olan mülki işin məhkəmə iclasında iştirak etmiş, həmin məhkəmənin qəbul etdiyi qərara qarşı etirazı yoxdur. Apardığı araşdırma nəticəsində ona 2007-ci ildən Bələdiyyələrin vətəndaşa torpaq vermək hüququnun olmadığı məlum olmuşdur. Əgər Neft Şirkəti vaxtında onlara ev tikməyə iradını bildirsəydi o zaman iddianı qəbul edərdilər. Nənəsi şəhid anası olduğuna görə Biləcəri Bələdiyyəsi onlara həmin torpağa dair sənəd vermişdir. Artıq 30 ilə yaxındır ki, bu ünvanda yaşayırlar. Atası əşyalarını əlverişsiz hava şəraitindən qorumaq üçün çardaq tikmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh İsmayıl oğlu iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, faktiki istifadəsində olan torpaq sahəsində 1996-cı ildə ev tikmiş, hazırda səhhəti və maddi imkanı ona həmin torpaqda nəsə iş görməyə imkan vermir, evinin ətrafda hər kəs tikinti-təmir işləri aparır. O, şəhid ailəsidir. Dövlət tərəfindən Kəlbəcərə qayıtmaq üçün qeydiyyata alınmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 162 saylı qərarının surətindən müəyyən olunur ki, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi tikilinin altındakı və ətrafındakı 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında əvəzi ödənilmədən Biləcəri Bələdiyyəsi ərazisində 1 May yaşayış massivində müvəqqəti məskunlaşmış şəhid ailəsi X1 adına sənədləşdirilmişdir. Socarın Təhlükəsiszlik İdarəsinin 4 saylı qarovulunun əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 metr aralı məsafədə ünvan 1 ünvanında Cavabdeh İsmayıl oğluna aid olduğu iddia edilən 9metr uzunluğunda çardağın dam örtüyünün vurularaq tamamlanması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah edilərək sökülməsi tələb edilmiş, lakin o, verilən yazılı xəbərdarlığa məhəl qoymayaraq şəhid ailəsi olduğunu bildirərək tikilini sökməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7726 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı təqdim edilmiş tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, Şirvan-Böyükşor DS 500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3950 saylı rəyindən müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində olan fərdi yaşayış evinin neft kəmərindən 23 metr, hasarın və talvarın isə 8 metr məsafədə yerləşdiyini nəzərə alaraq, fərdi yaşayış evinin, hasarın və talvarın Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən Şirvan-Böyükşor DS 500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. X4 Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Şirvan- Böyükşor DS 500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də 39 T 0397161; ******* saylı kordinatlarda yerləşən torpaq sahəsi X5 haqqında Sazişə və X2 əsasən X4 Şirkətinin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən 160426 və 161233 saylı quyuların mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı, X4 Şirkətinin isə saziş üzrə istifadəsində olan torpaq sahəsində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunan tikililər iddiaçıya məxsus neft kəmərindən müvafiq olaraq 8 metr və 23 metr məsafədə yerləşdiyindən Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan- Böyükşor DS 500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Neft Kəmərləri İdarəsinin mühafizə zonasında özbaşına tikili inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, bələdiyyələrin dövlət mülkiyyətində olan torpaq sahəsinə dair sərəncəm vermək hüququ olmadığı üçün Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 162 saylı qərarı etibarsız olduğundan iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 115,4-cü km-də, 39 T 0397161; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 8 və 23 metr aralı məsafədə ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri Cavabdeh İsmayıl oğlunun hesabına sökülərək Cavabdeh İsmayıl oğlu mühafizə zonasından çıxarılsın. Cavabdeh İsmayıl oğlundan dövlət rüsumuna görə 100 manat Neft Kəmərləri İdarəsinin xeyrinə tutulsun. Cavabdeh İsmayıl oğlundan ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar