Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4084/2023 14.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı müqavilənin ləğvi, borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 14 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 06 aprel 2022-ci il tarixli, ALY-823 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 mart 2023-cü il tarixə 244,8 manat gecikdirilmiş əsas, 209,92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317,63 manat dəbbə pulu, eləcə də ödənilməmiş 30,4 manat dövlət rüsumunun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərmaş Alyans” MMC ilə X7 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA058662 ban, 0622 mühərrik nömrəli, qara rəngli avtomobil 22850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455,58 manat, ümumilikdə isə 31035 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 06 iyul 2022-ci il tarixdə X7, X2 və İddiaçı MMC arasında ALY-823 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 14 iyul 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında ALY-823 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 mart 2023-cü il tarixə 244,8 manat gecikdirilmiş əsas, 209.92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317.63 manat dəbbə pulu, cəmi 772.35 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə əvvəlki məhkəmə iclasında cavabdeh izahatında iddianı qəbul etdiyini, maddi çətinliyi ilə əlaqədar borcunu ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan müqavilələrdən və maliyyə arayışıdan görünür ki, Azərmaş Alyans” MMC ilə X7 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA058662 ban, 0622 mühərrik nömrəli, qara rəngli avtomobil 22850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455,58 manat, ümumilikdə isə 31035 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 06 iyul 2022-ci il tarixdə X7, X2 və İddiaçı MMC arasında ALY-823 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 14 iyul 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında ALY-823 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 06 aprel 2022-ci il tarixli ALY-823 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 mart 2023-cü il tarixə 244,8 manat gecikdirilmiş əsas, 209.92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317.63 manat dəbbə pulu, cəmi 772.35 manat borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh 06 aprel 2022-ci il tarixli, ALY-823 saylı lizinq müqaviləsinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Buna görə də, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməli, ödənilməmiş lizinq ödənişləri üzrə 244,8 manat əsas borc, 209,92 manat mükafat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 244,8 manat məbləğində əsas borca 317,63 manat məbləğində dəbbə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 338,82 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 16 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, ALY-823 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 244,8 manat əsas, 209,92 manat gecikdirilmiş mükafat və 16 manat cərimə borcu olmaqla ümumilikdə 470,72 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30,4 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, ALY-823 saylı “Daxili Lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh 244,8 manat əsas, 209,92 manat gecikdirilmiş mükafat və 16 manat cərimə borcu olmaqla ümumilikdə 470,72 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4084/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4084/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver