Məhkəmə qərarları › İş №e-2(001)-4242/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4242/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4242/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi Guseınov Gasanın iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) ilə Cavabdeh arasında **-PG-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” markalı, qara metallik rəngli avtomobilin Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilməsi haqqında xx.xx.2024cü il tarixli, AZL-5977 saylı “X2” rəsmiləşdirilmişdir.

2. Lizinq müqaviləsinin əsas məbləğini 20610 manat təşkil edir.

3. Müqavilənin 1.3-cü bəndinə istinadən onun ayrılmaz tərkib hissəsi olan “Lizinq Ödənişləri” cədvəlinə əsasən qalıq borcun ödənilməsi illik 16% olmaqla 55 ay müddətində hər ay 531,16 manat sabit pul məbləğində olmaqla müəyyən edilmişdir.

4. İddiaçı lizinq obyekti olan **-PG-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” markalı, qara metallik rəngli avtomobilin qaytarılmasını və cavabdehdən xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 1046 manat gecikdirilmiş əsas, 599,42 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 174,97 manat dəbbə pulu olmaqla, cəmi 1820,56 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun öz xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 1590,41 manat gecikdirilmiş əsas, 761,76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 565,40 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 578,20 manat olmaqla, ümumilikdə 3495,77 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nə əsasən, 20610 manat dəyərində olan **-PG-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” markalı, qara metallik rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X2"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 55 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 531.16 manat, ümumilikdə isə 29213 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 29213 manatın 20610 manatı əsas məbləğ təşkil edir. X2 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh AZL-5977 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən 12 may 2025-ci il tarixə ümumilikdə 1820.56 manat borcu yaranmışdır. X2 və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Odur ki, Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrini rəhbər tutaraq Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın və Cavabdeh 29 dekabr 2024-cü il tarixli AZL- 5977 saylı “X2”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 may 2025-ci il tarixə 1046.17 manat gecikdirilmiş əsas, 599.42 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 174.97 manat dəbbə pulu, cəmi 1820.56 borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun.

7. İddiaçı tərəfindən daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək məhkəmədən xahiş edilmişdir ki, Cavabdeh 29 dekabr 2024-cü il tarixli, AZL- 5977 saylı "X2”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyul 2025-ci il tarixə 1590,41 manat gecikdirilmiş əsas, 761,76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 565,40 manat dəbbə pulu, lizinq obyekti olan "Chevrolet Nexia" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 578,20 manat, ümumilikdə 3495,77 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun.

Tərəflərin izahatları:

8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, lizinq obyektinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarıldığını, bu səbəbdən də iddia tələbinə dəqiqləşdirmə verdiklərini, eləcə də lizinq obyekti geri alındıqdan sonra ona zərər dəyildiyinin və dəymiş zərərin 578,20 manat olduğunun müəyyən edildiyini, iddia tələblərini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”ndən müəyyən edilir ki, tərəflər arasında ümumi dəyəri 20610 manat olan lizinq müqaviləsi bağlanmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nin 1.3-cü bəndinə istinadən onun ayrılmaz tərkib hissəsi olan “Lizinq Ödənişləri” cədvəlinə əsasən qalıq borcun ödənilməsi illik 16% olmaqla, 55 ay müddətində, hər ay 531,16 manat sabit pul məbləğində olması müəyyən edilmişdir.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nə 1 saylı Əlavədən müəyyən edilir ki, lizinq müqaviləsi predmetinin xüsusiyyətləri göstərilərək lizinq verən və lizinq alan tərəfindən təstiqlənmişdir.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nin ayrılmaz tərkib hissəsi olan təhvil təslim aktından müəyyən edilir ki, iddiaçı lizinq predmetini lizinq alana saz vəziyyətdə vermişdir.

14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZL-5977 saylı “X2”nə 3 saylı Əlavədən müəyyən edilir ki, müqavilənin müddəti xx.xx.2029-cu il tarixində bitir.

15. İş materiallarında olan pretenziya məktubundan müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən qalan 1291,04 manat borc məbləğinin ödənilməsi, əks təqdirdə həmin məbləğin alınması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.

16. İş materiallarında olan, “Azari” Express poçt-daşıma xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, pretenziya məktubu cavabdehin ünvanına çatdırılsa da, cavabdeh zərfi qəbul etməkdən imtina etmişdir.

17. İş materiallarında olan, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2025-ci il tarixə 1046,17 manat əsas, 599,42 manat mükafat, 174,97 manat cərimə borcu olmaqla, cəmi 1820,56 manat borcu yaranmışdır.

18. İş materiallarında olan, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AKT-dan müəyyən edilir ki, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” markalı, qara metallik rəngli avtomobilə dəymiş ziyanın ümumi məbləği 578,20 manat təşkil edir.

19. İş materiallarında olan, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2025-ci il tarixə 1590,41 manat əsas, 761,76 manat mükafat, 565,40 manat cərimə borcu olmaqla, cəmi 2917,57 manat borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - Maddə 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. - Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). - Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. - Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. - Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - Maddə 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. - Maddə 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. - Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. - Maddə 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. - Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. - Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. - Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; - Maddə 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

23. Yuxarıda qeyd olunan maddi hüquq normalarında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir.

24. Həmçinin iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş lizinq müqaviləsinin 4.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, eləcə də lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır.

25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2025-ci il tarixinə ödənilməmiş 1590,41 manat əsas, 761,76 manat mükafat, 565,40 manat cərimə borcu olmaqla, ümumilikdə 2917,57 manat məbləğində müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borcu, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli AKT-a əsasən lizinq obyekti olan avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması, yəni təmiri üçün 578,20 manat məbləğində dəymiş ziyana görə borcu vardır.

26. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi yaranmış əsas borcun, əsas borca əsasən hesablanmış mükafat məbləğinin, eləcə də lizinq obyekti olan avtomobilə dəymiş ziyana görə hesablanmış məbləğin tələb edilməsi hissəsində əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilərək cavabdehdən əsas borca görə 1590,41 manat, mükafat məbləğinə görə 761,76 manat, dəymiş ziyana görə isə 578,20 manat məbləğində, ümumilikdə 2930,37 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

29. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilələrdə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

31. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

32. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

33. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli AZL-5977 saylı “X1” əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 1590,41 (bir min beş yüz doxsan manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 761,76 (yeddi yüz altmış bir manat yetmiş altı qəpik) manat gecikdirilmiş mükafat, 100 (bir yüz) manat məbləğində dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 578,20 (beş yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat, ümumilikdə 3030,37 (üç min otuz manat otuz yeddi qəpik) manat borc və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.2024-cü il tarixli AZL-5977 saylı “X1” əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 1590,41 (bir min beş yüz doxsan manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 761,76 (yeddi yüz altmış bir manat yetmiş altı qəpik) manat gecikdirilmiş mükafat, 100 (bir yüz) manat məbləğində dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 578,20 (beş yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat, ümumilikdə 3030,37 (üç min otuz manat otuz yeddi qəpik) manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar