Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4294/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X13 Məhyəddin qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən cavabdehlər Cavabdeh2 90.000 manat və Cavabdeh1 81.910 manat olmaqla, ümumilikdə 171.000 manat məbləğində pulun, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 471 manat məbləğində pulun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə “Toyota prius” Minik Markalı, SEDAN Buraxılış ili 2008/**-VD-***; **-RK-***; **-SO-***; **-XY-***; **-TT-***; **-BA-***; **-EN-***; 77-BZ360; **-LY-*** dövlət qeydiyyat nișanlı, eyni zamanda xx.xx.2022-ci il tarixdə “Toyota prius” Minik Markalı, SEDAN Buraxılış ili 2006/50-EC879; **-UG-***; **-DF-***; **-BY-*** dövlət qeydiyyat nișanlı avtomobillərin nisiyə alqı-satqısına dair müqavilə bağlanmışdır. Sözügedən müqavilələrə əsasən satıcı Cavabdeh2 müqavilənin bağlandığı andan avtomobilləri alıcıya təhvil verməyi, alıcı İddiaçı isə malın dəyərinin 90.000 (doxsan min) manat hissəsini nağd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək Ruslan adlı tanışının da iştirakı ilə sözügedən avtomobilləri almaq üçün ümumilikdə lazım olacaq məbləğin 90.000 (doxsan min) manatını Cavabdeh2 nağd şəkildə ödəmişdir. Cavabdeh2 İddiaçı qalan 78.000 (yetmiş səkkiz min) manat məbləğindəki bütün ödənişləri Cavabdeh1 ödəməli olduğunu bildirmiş və qeyd etmişdir ki, Cavabdeh1 bununla bağlı etibarnamə vermişdir. İddiaçı da daha sonrakı bütün ödənişləri Cavabdeh1 ödəmişdir. Qeyd edir ki, İddiaçı yuxarıda adı çəkilən 13 avtomobil üçün ödəməli olduğu məbləğin qalan hissəsini ödəmək məqsədilə avtomobilləri icarəyə vermək qərarına gəlmiş və Cavabdeh2 da razılığı ilə X10 icarəyə vermişdir. Belə ki, İddiaçı yuxarıda qeyd olunan müqavilələrə əsasən, 24 ay müddətinə icarədən əldə etdiyi gəlirdən faizi ilə birlikdə hər ay 6.565 (altı min beş yüz altmış beş) manat olmaqla, ümumilikdə 157.560 (yüz əlli yeddi min beş yüz altmış) manat məbləğində pulu Cavabdeh1 ödəməli və nəticədə avtomobillər müqavilənin şərtinə uyğun olaraq iddiaçının mülkiyyətinə keçməli idi. Lakin 12 ay sonra X11 ona bildirmişdir ki, avtomobilləri geri qaytarmaq istəyir. Bu zaman İddiaçı X5 avtomobilləri ona verdiyi texniki vəziyyətdə, yəni saz şəkildə təhvil verməyi tələb edir. Lakin avtomobillərin bəzilərinin həddindən artıq nasaz olduğuna baxmayaraq, X11 iddiaçıdan əlavə 6500 manat ödəməyini tələb etmişdir. Nəhayət bütün bunlara görə İddiaçı ilə X11 arasında mübahisə yaranmış və nəticədə sözügedən avtomobillər 12 ay icarədə olmuş, buna görə də iddiaçı icarədən əldə ettiyi gəlirdən hər ay 6.565 (altı min beş yüz altmış beş) manat olmaqla ümumilikdə 91.910 (doxsan bir min doqquz yüz on) manat pul məbləğini Cavabdeh1 ödəyə bilmişdir. Onu da bildirir ki, İddiaçı X11 ilə arasında baş verən mübahisədən Cavabdeh1 məlumat vermiş, Cavabdeh1 həmin avtomobilləri Həmiddən özü təhvil alacağını bildirmişdir. Eyni zamanda Cavabdeh1 Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində izahat verərkən bildirmişdir ki, o, qeyd olunan 9 ədəd avtomobili 63.000 (altmış üç min) manata satmışdır. Lakin o puldan yanlız 10.000 (on min) manatını iddiaçıya vermişdir. Qeyd edir ki, İddiaçı ona dəymiş zərərlə bağlı polisə müraciət etmiş, lakin Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı xx.xx.2024-cü il tarixdə 3-13-52-3/2-708 nömrəli “cinayət işinin rədd edilməsi” barədə qərar qəbul etmişdir.
Tərəflərin izahatları və iddiaya münasibətləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilmiş hissəsinə münasibətdə iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nisyə alğı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Hətta müqavilə öhdəliyi icra edilmədiyinə görə ödənilmiş pul məbləğini tələb edirlər. Hansı ki, hazırda müqavilə predmeti olan avtomobillər də mövcud deyildir. Olmayan avtomobilin tələb edilməsi də onların mənafeyinə uyğun deyil. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavid hər şeyi etiraf edir.
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, ümumiyyətlə hazırki iddianın əsası düzgün deyil. İddiaçı cavabdehdən nisyə alğı-satqı müqaviləsinin şərtlərinin pozulmasına görə pul tələb edir. Cavabdeh1 polisdəki ifadəsini sübut kimi təqdim edirlər. İlk öncə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibət yoxdur. Ona görədə polisdə verilən ifadə sübut kimi qiymətləndirilməməlidir. Pul müqavilə münasibətlərinin icrası məqsədilə verilib. Heç bir halda, mülki hüquq münasibətlərində nisyə alğı-satqı müqaviləsi ilə ödənilmiş pulun geri qaytarılması anlayışı yoxdur. Əksinə MM 606-cı maddəsi satıcıya müqavilə öhdəliyinin icra edilmədiyi halda əşyanı tələb etmək hüququ verir. Hər iki tərəfin izahatlarından məlum olur ki, ödənilmiş pul mülkiyyətçi Turala məxsus avtomobilin icarəsindən alınan puldur. Mahiyyət etibarı ilə pul Rövşənə qaytarılsa, onun əsassız varlanmasına səbəb olacaq. Çünki həmin avtomobillər 1 il müddətinə icarəyə verilib, iddiaçı icarədən götürülən pulun qaytarılmasını, (hansı ki mülkiyyətçiyə çatmalı olan) istəyir ki, bu da, iddiaçının əsassız olaraq varlanmasına səbəb olacaq. Konstitusiya Məhkəməsinin 747-ci maddəsinin şərhi ilə bağlı qərarında birmənalı olaraq göstərilir ki, nisyə alğı-satqı müqaviləsi hüquqi xarakterinə görə lizinq müqaviləsidir. Belə olan halda lizinq müqaviləsindəki kimi ödənilmiş məbləğ geri qaytarılmır. Cavabdeh1 müqavilə münasibətlərini digər cavabdehə münasibətdə tapşırıq əsasında icra edib. Belə olan halda isə Cavabdeh1 ümumiyyətlə hər hansı bir məsuliyyəti və öhdəliyi yaranmadığından və iddianın hüquqi əsası olmadığından iddianın rədd edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Satıcı Cavabdeh2 ilə alıcı X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı müqavilənin bağlandığı andan alıcının sifariş etdiyi “Toyota prius” minik markalı, sedan buraxılış ili 2006, **-EC-***, **- UG-***, **-DF-***, 77-BY 260 dövlət qeydiyyat nişanlı avtomobili alıcıya təhvil verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən 24 ay müddətinə ona ödəniləcək məbləğ tam ödənildikdən sonra həmin avtomobilləri alıcının mülkiyyətinə keçməsinə zəmanət verir. Müqavilənin 2.2-ci maddəsinə əsasən malın qiyməti 12120 manat razılaşdırılmış, alıcı malın dəyərinin 0 manat hissəsini nəğd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürür.
6. Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı müqavilənin bağlandığı andan alıcının sifariş etdiyi “Toyota prius” minik markalı, sedan buraxılış ili 2008, **-VD-***, **-RK- ***, **-SO-***, **-XY-***; **-TT-***, **-BA-***, **-EN-***, **-BZ-***, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcıya təhvil verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən 24 ay müddətinə ona ödəniləcək məbləğ tam ödənildikdən sonra həmin avtomobili alıcının mülkiyyətinə keçməsinə zəmanət verir. Müqavilənin 2.2-ci maddəsinə əsasən malın qiyməti 12120 manat razılaşdırılmış, alıcı malın dəyərinin 0 manat hissəsini nəğd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürür.
7. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda göstərilir ki, İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqavilələri əsasında Cavabdeh2 ilkin olaraq, 90000 manat, 14 ay hər maşın üçün 6565 mant ödəniş edib aldığı, heç bir borcunun qalmadığı “Toyota Prius” markalı 2008-ci il buraxılışlı, **-VD-***, **-RK-***, **-SO-***, **-XY-***, **-TT-***, **-BA-***, **-EN-***, **-BZ- ***, **-LY-***, **-EC-***, **-UG-***, **-DF-***, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin aidiyyəti olmayan Cavabdeh1 və digərlərinin X12 və X8 ilə əlbir olaraq, zor tətbiq olunaraq, ələ keçirilməsi barədə ərizəsi xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan Cavabdeh1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, Qırmızı Obyektlər adlanan kafedə görüşərək, birgə biznes qurub gəlir əldə etmək məqsədilə söhbət etmişlər. Söhbət əsasında Rövşən ilə 12 ədəd “Toyota Prius” markalı və “Struin” markalı avtomobili alıb icarəyə vermək razılığına gəlmişlər. Sözügedən avtomobilləri almaq üçün Tural tərəfindən hər avtomobilə görə təxminən 7000-8000 manat, yerdə qalan pulu isə Rövşən tərəfindən ödəniləcəkdir. Beləliklə də Rövşən ilə Tural arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən hər avtomobilə görə Rövşən Turala hər ay 505 manat olmaqla, ümumilikdə 24 ay müddətində pul ödəməli, sonda avtomobillər İddiaçı mülkiyyətinə keçməli idi. Bu razılaşmadan sonra Rövşən və Tural tərəfindən birgə qurulacaq biznesə alınmış 13 ədəd avtomobillər icarəyə verilməsi üçün Rövşənin ixtiyarına verildi. Rövşən hər ay ona Turala çatacaq 2 ay müddətinə 7400 manat pulu verdi. O da həmin məbləği Turala göndərdi. Bundan sonra Rövşən avtomobilləri icarəyə verməkdə çətinlik çəkdiyini və avtomobillərin icarəsi üçün Uber taksi şirkəti ilə müqavilə əsasında icarəyə vermək istədiyini dedikdə, o, ona avtomobillərin icarəyə verilməsini istəmədiyini bildirdi. Çünki ziyana düşəcəkdi, o, məhz buna görə də Rövşənə avtomobilləri satıb biznesə qoyduğu pulu götürməsini bildirdi. Rövşən onun bu fikrilə razılaşmadı. Sonradan öyrəndi ki, Rövşən həmin 13 ədəd avtomobilləri Uber şirkətində avtomobillərin icarəsi işinə baxan Həmidə verib. Onun bildiyi qədəri ilə təxminən 8 ay müddətində 13 avtomobil Həmidin Uber şirkətində Həmid tərəfindən icarəyə götürüldü. Bundan sonra X19 şirkətində avtomobillərin icarəsinə görə aldığı puldan hər ay 6565 manat olmaqla, 10 ay müddətində yəni 65650 manatı ona Rövşən vermişdir. O da həmin məbləğdə pulu Turala göndərmişdi. Daha sonra Rövşən ona bildirdi ki, Həmidə icarəyə verdiyi 13 ədəd avtomobilləri Həmid geri qaytarmaq istəyir. Aralarında yaranmış icarə müqaviləsinə xitam verildiyini dedi. Amma buna baxmayaraq, Rövşən Həmid tərəfindən ona qaytarılmış 13 adəd avtomobilləri təhvil götürməyə getməmişdir. Rövşən ona bildirdi ki, avtomobillər yararsız olduğu üçün Həmiddən həmin avtomobilləri götürmək istəmir. Daha sonra Rövşən ilə birlikdə Həmidin işlədiyi ofisə getdilər. Rövşən və Həmid öz aralarında avtomobil ilə bağlı söhbət etdilər. Daha sonra onlar arasında söz mübahisəsi baş verdi. Rövşən Həmidin ofisindən özü çııxb getdi. Bundan sonra o, orada qaldı, Həmid ilə söhbət zamanı Həmidə bildirdi ki, avtomobillər yararsız hala düşüb, avtomobillərin sahibi Tural onları geri istəyir. Həmid 13 ədəd avtomobili ona təhvil verdi. O da 13 ədəd avtomobildən 4 ədədinin yararsız vəziyyətdə olduğu kimi bir ədədini 3500 manatdan satmaqla, 4 ədədinə 14000 manat pul almışdır. Həmin 9 ədəd avtomobillərinin hər birini təmir etdirərək, avtomobillərin təmiri üşün 22000 manat pul xərclədim. Həmin 9 ədəd avtomobillərin hər birini 7000 manatdan olmaqla, 9 ədəd avtomobili 63000 manata satdı. O, 13 ədəd avtomobilə görə yaranmış 12000 manat cərimə cəzasını ödədi. Həmçinin də avtomobilləri satdıqdan sonra əldə olunan 43.000 manat puldan 10750 manatını Rövşənə verdim, yerdə qalan 32250 manatı isə avtomobillərin sahibi ABŞ-da yaşayan Cavabdeh2 göndərmişdir.
8. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 471 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə “Toyota prius” Minik Markalı, SEDAN Buraxılış ili 2008/**-VD-***; **-RK-***; **-SO-***; **-XY-***; **-TT-***; **- BA-***; **-EN-***; 77-BZ360; **-LY-*** dövlət qeydiyyat nișanlı, eyni zamanda xx.xx.2022ci il tarixdə “Toyota prius” Minik Markalı, SEDAN Buraxılış ili 2006/50-EC879; **-UG-***; **- DF-***; **-BY-*** dövlət qeydiyyat nișanlı avtomobillərin nisiyə alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin avtomobillərin iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halıdır.
10. İşin bir digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı daha sonra alğısatqı müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün avtomobilləri icarəyə vermiş və icarə haqqında ödəniş etməyi planlamışdır. Hansı ki, 65650 manat məbləğində icarə haqqını Cavabdeh1 vermiş, Cavid isə həmin pulu Turala göndərmişdir. (Cavidin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda göstərilən ifadəsi).
11. Bir müddət sonra icarəçi X11 tərəfindən avtomobillərin icarəsindən imtina edilir və avtomobillərin qaytarılması barədə mübahisə yaranır. İddiaçı avtomobilləri təhvil almaq istəməsə də sözügedən avtomobillər Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Cavabdeh1 isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda göstərilən ifadəsində sözügedən avtomobilləri satdığını, satışından əldə edilən vəsaitdən X3 10750 manat ödəniş etdiyini etiraf etmişdir.
12. Hazırda isə iddiaçı avtomobillərin alınması üçün (biznesi üçün qoyduğu vəsaiti) cavabdehlər Cavabdeh2 90.000 manat və Cavabdeh1 81.910 manat olmaqla, ümumilikdə 171.000 manatı tələb edir.
13. Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək hesab edir ki, Cavabdeh1 arada vasitəçilik edən şəxs olmuşdur.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
20. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
22. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
23. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
24. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
25. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
27. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən avtomobilləri müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə Cavabdeh2 almışdır. İddiaçı həmin avtomobilləri qəbul etmiş, ödənişləri təmin etmək üçün avtomobilləri icarəyə vermişdir. İcarədən götürdüyü 65650 manat məbləğində vəsaiti satıcıya göndərilməsi üçün Cavabdeh1 Tapdıq oğluna vermişdir. Bu faktı cavabdeh öz ifadəsində təsdiq edir. Cavabdehin etirafına görə həmin məbləğ Cavabdeh2 göndərilmişdir. Digər tərəfdən sözügedən avtomobillər icarəçidən icarədara, yəni İddiaçı qaytarılmadan Cavabdeh1 Tapdıq oğlu tərəfindən satılmış və satışdan əldə edilən vəsaitin 10750 manat məbləğində hissəsi İddiaçı qaytarılmışdır.
28. Odur ki, 54900 manat (65650 (icarə haqqı) – (10750) avtomobillərin satışından əldə edilən gəlir) məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin ecilməməlidir.
Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
Nəticə:
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 54900 manat məbləğində pul vəsaiti və 471 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 müştərək qaydada 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti və 471 (dörd yüz yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X16