Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4308/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 546 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli, AZ********** saylı sığorta şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın icbari sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus mənzilin kanalizasiya borusunun tutulması nəticəsində qeyri yaşayış sahəsinə qismən zərər dəymişdir. Hadisə öz təsdiqini 72 saylı MKİS-in 17 dekabr 2020-ci il tarixli aktında tapmışdır. Baş vermiş hadisə ilə bağlı 546 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 546 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BB seriyalı 519123 saylı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" LLC Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 150 manat azadolma məbləği müəyyən edilməklə 47040 manat həddindən sığorta etdirmişdir. CFİ-0289/2020-AKT1560/21 saylı sığorta aktından ilə müəyyən edilir ki, "xxxx" LLC Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 150 manat azadolma məbləği müəyyən edilməklə 47040 manat həddindən sığorta etdirmişdir. Subasma nəticəsində əmlaka 696 manat ziyan dəymiş, həmin məbləğdən 150 manat azadolma məbləği çıxılmaqla 546 manat sığorta ödənişi hesablanmışdır. xx.xx.2020-ci il tarixli, N871 saylı dəymiş zərərin hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən "xxxx" LLC-yə 696 manat zərər dəymişdir. 72 saylı MKİS-nin mühəndisi N.Qarayev, sahə nəzarətçisi A.Bayramov, çilingər Q.Əmrahov akt tərtib edərək Azadlıq prospekti, ev 187 ünvanında, binanın qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMC-nin mağaza rəhbəri İ.Məmmədovanın ərizəsinə əsasən, obyektə baxış keçirərək 83-cü mənzildə yaşayan Cavabdeh məxsus mənzilin kanalizasiya borusunun tutulması nəticəsində obyektə su daxil olmasını müəyyən etmişlər. CFİ-0289/2020-AKT1560/21 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, su basması ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 1560/21 saylı akta uyğun olaraq 546 manat dəymiş zərərin əvəzi "xxxx" LLC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edən başqa şəxsə (zərərçəkənə) zərər və ya zədələnməsinə gətirib çıxaran çıxaran təqsirli, hüquqa zidd (mülki qanunların normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 36.1, 36.1.1.5 və 36.1.9-cu maddələrinə əsasən: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, yüksək qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su ehtiyatı subasma və üçüncü şəxslərin hərəkətləri daşmaz əmlakın bütün hallar və ya zərərli maddələri, məhv olması, hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh məxsus mənzilin kanalizasiya borusunun tutulması nəticəsində həmin əmlaka ziyan vurulmuş və həmin zərərin əvəzi sığortaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bununla da, "xxxx" ASC-nin qeyd olunan hadisədə təqsiri olan cavabdehə qarşı 546 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 546 (beş yüz qırx altı) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 576 (beş yüz yetmiş altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4308/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4308/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver