Məhkəmə qərarları › İş №e-2(001)-4348/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4348/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4348/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 450 manat vurulmuş zərər və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 22:10-da, Bakı şəhəri, Azadlıq prospektində Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Opel Astra minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “Toyota Prius minik” markalı, 77-DL102 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP5362865№-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki,“Toyota Prius minik” markalı, **-DL- *** dövlət qeydiyyat nişanlıavtomobilə vurulmuş maddi zərər 450 (dörd yüz əlli) manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASCnin hesabına loto sistemi vasitəsilə sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, o, “Xalq Sığorta" ASC tərəfindən ona qarşı irəli sürülmüş 450 (dörd yüz əlli) manat məbləğində olan regress iddiası və 30 manat dövlət rüsumu ilə bağlı aşağıdakı əsaslarla etiraz edir. Belə ki, Sığorta müqaviləsi sığortaçının tam məlumatlı olduğu halda bağlanmışdır. Sığorta müqaviləsi (№ PXA**********) 1 illik müddətə bağlandığı zaman, onun sürücülük vəsiqəsinin müddəti 6 aydan az qaldığı aydın şəkildə sənədlərdə əks olunmuşdur. Şirkət bu məlumatı bilə-bilə müqaviləni bağlamış və onun təqdim etdiyi sənədlərə əsasən sığortanı rəsmiləşdirmişdir. Bu isə o deməkdir ki, sığortaçı riskləri dəyərləndirmiş və bu halda belə müqavilə bağlamağa razı olmuşdur. Bundan əlavə qeyd edir ki, dürüstlük prinsipi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, hüquqi münasibətlər qarşılıqlı etimad və dürüstlük prinsiplərinə əsaslanmalıdır. Sığorta şirkəti bu prinsipi pozaraq əvvəlcədən bildiyi halda riski öz üzərinə götürüb, hadisə baş verdikdən sonra ona qarşı reqress iddiası irəli sürmək istəyir. Bu, hüquqi etimadın pozulmasıdır. Daha sonra qeyd edir ki, qəza diqqətsizlik səbəbindən baş vermiş və yalnız maddi zərər yaranmışdır. Qəza hadisəsi zamanı heç bir qəsdən törədilən hərəkət və ya sərxoşluq halı olmayıb. Hadisə yalnız maddi zərərlə nəticələnib və qarşı tərəfin zərəri sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu halda, sığorta şirkətinin ona qarşı maliyyə tələbi hüquqi baxımdan əsassızdır. Göstərdiklərini nəzərə alaraq iddiaçı “Xalq Sığorta" ASC tərəfindən irəli sürülmüş 450 manatlıq əsas borc və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, cavabdehin etiraz ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixində PXA********** №-li icbari sığorta müqaviləsinə əsasən, “OPEL ASTRA MİNİK” markalı”, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə əmlaka və sağlamlığa vurulan zərərin hər birinə görə 5000 manat həddində sığortalanmışdır. Bakı şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP5362865 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il, saat 22:10-da, Bakı şəhəri, Azadlıq prospektində “Opel Astra minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Prius minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 3879/22 saylı il qiymətləndirmə aktından görünür ki, “Toyota Prius minik” markalı, 77-DL102 dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat zərər dəymişdir. ZBT 0016/22 saylı ödəniş aktından və ZBT0005/22 saylı ödəniş sənədindən görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “OPEL ASTRA MİNİK” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Toyota Prius minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 450 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC tərəfindən faydalanan şəxs X1 450 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə də, "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “OPEL ASTRA MİNİK” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci ildə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən “Toyota Prius minik” markalı, 77-DL102 dövlət qeydiyyat nişanlı avtomobilə görə 450 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə Binəqədi Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli və xx.xx.2022-ci ildə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “OPEL ASTRA MİNİK” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə ödənilmiş cəmi 450 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 30 (otuz) dövlət rüsumu olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar