Məhkəmə qərarları › İş №e-2(001)-4412/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4412/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4412/2025 10.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quban oğlundan müştərək qaydada Bakı şəhəri 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№ ******* saylı 01 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 15300 manat, Bakı şəhəri 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№ ******* saylı 02 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 15300 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat və dövlət rüsumunun əvəzi kimi 181.8 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 iyun 2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında Bakı şəhər, 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№0622243 saylı 01 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər, Binəqədi rayon, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 25.8 kv/m sahəsi olan daş qarajı almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhər 51 saylı Notariat bağlanan zaman, alqı-satqıda Cavabdeh1 əvəzindən etibarnamə əsasında digər Cavabdeh2 iştirak etmişdir. Həmin müqavilə bağlanarkən cavabdehlərdən Cavabdeh1 müqavilənin 11-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixədək ona təhvil verməyi öhdəlik götürmüşdür. Qeyd edir ki, müqavilə üzrə tərəfindən cavabdehlərə 15.300 manat pul ödənilmişdir. Yenə də Cavabdeh1 ilə aralarında Bakı şəhəri 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№ ******* saylı 02 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayon, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 27 kv/m sahəsi olan daş qarajı almışdır. Alqısatqı müqaviləsi Bakı şəhər 51 saylı Notariat bağlanan zaman, alqı-satqıda Cavabdeh1 əvəzindən etibarnamə əsasında digər Cavabdeh2 iştirak etmişdir. Həmin müqavilə bağlanarkən cavabdehlərdən Cavabdeh1 müqavilənin 11-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixədək ona təhvil verməyi öhdəlik götürmüşdür. Qeyd edir ki, müqavilə üzrə tərəfindən cavabdehlərə 15.300 manat pul ödənilmişdir. Bildirir ki, daşınmaz əmlaklar rəsmişəkildə ona təqdim edilmədiyi üçün tərəfindən Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə müəyyən edilmişdir ki, “mübahisə mövzusu olan qarajlara dair İddiaçı və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən digər Cavabdeh2 arasında 2017-ci ilin iyun ayında alqı-satqı müqavilələri bağlanmış, bununla belə o, qarajları təhvil almamış və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı isə, həmin məkanda daş qarajların mövcud olmadığı, ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, həmin qeyriyaşayış sahəsinin isə ilkin olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 14 saylı NK-nın 4Ə-187 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/3 hissəsinin X5 və qalan 2/3 hissəsinin X11 adlarına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 23 saylı NK-nın xx.xx.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-1601 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında isə X3 adına qeydiyyatdan keçdiyi və hazırda da məhz onun mülkiyyətində olduğu müəyyən edilmişdir”. Belə olan halda cavabdehlər tərəfindən maddi zərərə uğradığı və onu aldadaraq əsassız olaraq pul vəsaitinin ələ keçirildiyi aydın olur. Hesab edir ki, tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması zərurəti vardır. Qeyd edir ki, tərəfindən hər iki cavabdehə poçt vasitəsi ilə müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdehlər zərərin əvəzinin ödənilməsi hissəsində heç bir addım atmamışlar. Hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə xx.xx.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalanmış və tərəfindən 500 (beş yüz) manat vəsait 18 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh2 elektron kabinet vasitəsi ilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, ona verilmiş etibarnamə əsasında o, notariat ofisində Cavabdeh1 təmsil etmişdir. Cavabdeh1la onun mərhum dostu X15 arasında olan qarşılıqlı razılaşmalarına əsasən, əmlaklar X9 adına rəsmiləşdirilməli idi. Bununla əlaqədar olaraq Cavabdeh1 öz adından və arvadının adından onun adına etibarnamə vermişdir. Bundan sonra, Bakı şəhəri 51 saylı notariat kontorunda AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 adından müvafiq etibarnamə əsasında o, çıxış edərək, ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajını İddiaçı adına rəsmiləşdirmişdir. Növbəti gün isə Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, ünvan 4ndə yerləşən və ümumi sahəsi 27 kv.m. olan digər daş qarajı da İddiaçı adına rəsmiləşdirmişdir. Onu da qeyd edir ki, adı çəkilən qarajlara dair müqavilələr 2017-ci ilin iyun ayının 01 və 02 bağlansa da, müqavilələrin iddiaçının adına olması formal xarakter daşıyırdı. Bu fakt iş materiallarında olan sənədlərlə həmçinin tərəflər arasında artıq baxılmış digər iş üzrə qəbul edilən və qanuni qüvvəsini almış xx.xx.2025-ci il tarixli qətnamə ilə də tam təsdiq edilir. Əmlaklar iddiaçıya məxsus və bu əmlaklarla bağlı onun tərəfindən vəsait ödənilmiş olsaydı, iddiaçı elə 2017-ci ilin iyun ayında bu əmlaklarla və ya bu əmlaklar üzrə ödənilmiş vəsaitlərlə bağlı məhkəmə mübahisəsi açardı. Göründüyü kimi, qarajlara dair müqavilələrin iddiaçının adına olması formal xarakter daşıyırdı. Digər tərəfdən o da qeyd olunmalıdır ki, müqavilələrin iddiaçının adına formal olması hər iki tərəfə məlum olsa da, müqavilələr notariat qaydasında bağlandığından, iddiaçı onlardan hazırda istifadə edir və guya onun tərəfindən ödənilən vəsaitləri ondan və Cavabdeh1 tələb edir. Bildirmək istəyir ki, iddiaçının adına bağlanmış müqavilələr formal olmaqla etibarsız müqavilələr olmuşdur. Bu müqavilələr formal olmasaydı, elə o zaman həmin müqavilələr DƏDRX-ə təqdim olunmaqla, iddiaçının mülkiyyət hüquqları reyestrdə qeydə alınardı. Azərbaycan Respublikası MM-nin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı həqiqətən də, bu müqavilələr üzrə vəsaitlər ödəyib əmlakları satın alsaydı, əmlakların ona təhvil verilməsi və ya ödənilmiş vəsaitlərin geri qaytarılması ilə bağlı tələbi elə həmin il 2017-ci ildə irəli sürərdi. Göründüyü kimi, iddiaçı ilə bağlanmış müqavilələr özü-özlüyündə etibarsız olsa da, o bu müqavilələr üzrə pul tələbinə dair iddia müddətini ötürmüşdür. Buna görə də iddiaçının irəli sürdüyü iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, iddia əsassız olduğundan təmin edilməmişdir. Belə ki, onlar arasındakı əvvəlki mübahisə üzrə məhkəmə araşdırmasında iddiaçı Firuzə Məmmədova onu tanımadıqlarını, onun adından alqı-satqıda və buna qədər olan razılaşmalarda Cavabdeh2 iştirak etdiyini, onu tanıdıqlarını, onunla sövdələşdiklərini bildirmişlər. Əvvəlki mübahisə üzrə iddia ərizəsinə verdiyi yazılı etirazda və məhkəməyə ünvanladığı yazılı ərizəsində iddiaçının “əmlakın təhvil verilməsi” tələbi üzrə özünü cavabdeh hesab etmədiyini, onun guya başqa iş üçün etibarnamə verməsinin yalan olduğunu bildirmişdir. Həmçinin Cavabdeh2 hazırkı "pul tələbinə dair" iddia üzrə də yazılı etiraz vermiş və göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqavilə formal olmuşdur, əslində iddiaçının bu işdə hər-hansı bir iştirakı olmayıb. Əgər olmuş olsaydı 2017-ci ildən indiyə kimi ötən dövr ərzində əmlak və ya pul tələbi verərdi. Həmçinin, Cavabdeh2 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü və bu səbəbdən tələbə iddia müddəti tətbiq etməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, Cavabdeh2 nə əvvəlki əmlak tələbi üzrə verdiyi etirazında, nə də ki, hazırkı pul tələbinə dair iddia ərizəsi üzrə verdiyi etirazında alqı-satqı müqaviləsi nəticəsində iddiaçıdan pul vəsaiti alıb-almadığını göstərməmiş, müqavilənin formal olduğunu qeyd etmişdir. O, əvvəlki iddia üzrə və hazırkı iddia üzrə mövqeyi ondan ibarətdir ki, iddiaçını tanımır. Sözü gedən alqı-satqı müqavilələrindən xəbəri olmamış, həmin müqavilələr üzrə ona nə iddiaçı, nə də digər cavabdeh hər hansı məbləğdə pul verməmişlər. O və həyat yoldaşı Cavabdeh2 başqa əmlaklarına dair etibarnamə vermişlər. Bu barədə əvvəlki icraat üzrə məhkəməyə sübut təqdim etmişdir. Həqiqətən ona məxsus 0,12 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Lakin Cavabdeh2 hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməsi ilə bağlı etirazı ilə o da razılaşır. Çünki alqı-satqı müqavilələrinin bağlanmasından 8 ildən artıq vaxt keçmişdir. Onu da qeyd edir ki, iddiaçı iddia müddətinin bərpası ilə bağlı müraciət etməmiş və müddəti ötürməsinin səbəblərinin üzürlü olması barədə məhkəməyə izahat verməmişdir. Qeyd edilənlərə əsasən alqı-satqı müqavilələri üzrə Cavabdeh1 hərhansı bir məbləğdə pul verilməsinə dair iddiaçı və digər Cavabdeh2 sübut təqdim etmədiyi, hətta belə bir izahat vermədikləri üçün iddia tələbinə Cavabdeh1 münasibətdə qəti etiraz edir. Lakin eyni zamanda Cavabdeh2 iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə iddiadan imtina edilməsi barədə qərar çıxarılması haqqında ərizəsinin təmin edilməsini məhkəmədən o, da xahiş edir. Çünki hazırkı tələb üzrə iddia müddəti açıq-aşkar ötürülmüşdür. O, əlavə olaraq göstərmişdir ki, digər Cavabdeh2 onun qohumu olduğu üçün ona etibarnamə vermişdir. Lakin onun nə alqı-satqı müqavilələrindən, nə də qarajlardan xəbəri olmamışdır. Ona görə də iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh2 elektron kabinet vasitəsi ilə ərizə göndərərək Bakı şəhərində olmaması ilə əlaqədar olaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və onun tərəfindən verilmiş etiraz ərizəsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Vİ-ЖГ seriyalı 407906 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 arasında rəsmi nikah Binəqədi rayonu “Leyla” nikah evində, 09 aprel 1994-cü il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 250 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına «Rüstəmova» soyadı verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin inventar nömrəsi 11/247 olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 4ndə yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qaraj tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 01 may 2017-ci il tarixli etibarnamədən görünür ki, X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi, eləcə də MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan hüquqları və digər səlahiyyətləri Cavabdeh2 2 il müddətinə (xx.xx.2019-cu il tarixədək) etibar etmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 13 may 2017-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi, eləcə də MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan hüquqları və digər səlahiyyətləri Cavabdeh2 2 il müddətinə (xx.xx.2019-cu il tarixədək) etibar etmişdir. Bakı şəhəri 51 saylı Notariat Ofisində təsdiq edilmiş X1 01 iyun 2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 ünvan 4ndə yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qarajı 15300 manata İddiaçı satmışdır. Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 və İddiaçı Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X7 ünvanlanmış ərizəsindən görünür ki, ünvan 4ndə yerləşən (daş qaraj) qeyri yaşayış binasının 15300 manata satılması ilə bağlı razılığa gəlmişlər. Alıcı İddiaçı müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 həmin məbləğin müqavilə müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X6 "xxxx" ASC-nin 7 saylı filialına ünvanladığı xx.xx.2017-ci il tarixli, B-660 nömrəli məktubundan görünür ki, Beyləqan rayonu, Malibad qəsəbəsində qeydiyyatda olan İddiaçı alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15300 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin Azadlıq filialına məxsus xx.xx.2017-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə (B-660 saylı, xx.xx.2017-ci il tarixli məktuba əsasən) 15300 manat vəsaiti mədaxil etmişdir. Cavabdeh2 Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X7 ünvanladığı (notariusun möhürü vurulmuş) xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, bildirir ki, ona verilmiş etibarnamə əsasında ünvan 4 ünvanında yerləşən qeyri yaşayış binasını (qaraj) 15300 (on beş min üç yüz) manata satmış və satılan yaşayış sahəsinə görə aldığı aldığı pul məbləğini mülkiyyətçi Cavabdeh1 çatdırılmasına təminat verir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin inventar nömrəsi 11/248 olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m olan daş qaraj tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 51 saylı Notariat Ofisində təsdiq edilmiş X1 01 iyun 2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m olan daş qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajı 15300 manata İddiaçı satmışdır. Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 və İddiaçı Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X7 ünvanlanmış ərizəsindən görünür ki, ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qaraj binasının 15300 manata satılması ilə bağlı razılığa gəlmişlər. Alıcı İddiaçı müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 həmin məbləğin müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X6 "xxxx" ASC-nin 7 saylı filialına ünvanladığı xx.xx.2017-ci il tarixli, B-649 nömrəli məktubundan görünür ki, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan İddiaçı alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15300 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin Azadlıq filialına məxsus xx.xx.2017-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə (B-649 saylı, xx.xx.2017-ci il tarixli məktuba əsasən) 15300 manat vəsaiti mədaxil etmişdir. Cavabdeh2 Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X7 ünvanladığı (notariusun möhürü vurulmuş) xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, bildirir ki, ona verilmiş etibarnamə əsasında ünvan 4 ünvanında yerləşən qeyri yaşayış binasını (qaraj) 15300 (on beş min üç yüz) manat satmış və satılan yaşayış sahəsinə görə aldığı aldığı pul məbləğini mülkiyyətçi Cavabdeh1 çatdırılmasına təminat verir. xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 4ndə yerləşən 27 kv.m. sahəsi olan və ünvan 4ndə yerləşən 25.8 kv.m. ümumi sahəsi olan daş qarajların iddiaçıya təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi; həmin daş qarajların boşaldılaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxardılaraq, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-57/2025 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2240 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən 25.8 kv.m və 27 kv.m sahələri olan daş qarajların (texniki pasportda öz əksini tapan ölçülər üzrə) mövcud olmadığı müəyyən olundu. Belə ki, baxış zamanı təqdim olunmuş qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyəti, sahəsi 25.8 kv.m və 27 kv.m olan qarajların situasiya planına əsasən yerləşmə vəziyyəti ilə eynilik təşkil etsə də, faktiki təqdim olunan qeyri-yaşayış sahəsinin ölçülərinin, sayının texniki pasportlarda öz əksini tapan ölçülərlə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, baxış zamanı təqdim olunmuş ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş hissənin **********92-06301 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının bir hissəsi olduğu müəyyən olundu. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “məlumatın verilməsi barədə” məktubundan görünür ki, **********92-06301 reyestr ilə qeydiyyatdan keçmiş ünvan 6 ünvanında yerləşən yaşayış binası və onun yerləşdiyi 0,02707 ha torpaq sahəsi ilkin olaraq Binəqədi RİH-nın 43 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamından çıxarışa, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 505 nömrəli xx.xx.2007-ci il tarixli qərarına, A№283401 nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən xx.xx.2011-ci tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı NK-nın 4Ə-187 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/3 hissəsi X5 və 2/3 hissəsi X11 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 23 saylı NK-nın xx.xx.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-1601 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən qarajlarla ünvan 6 ünvanında yerləşən qeyri yaşayış binası məkan olaraq eyni məhəllə daxilində olsalar da, mübahisələndirilən qarajlar və qeyri yaşayış binasının eyniliyini Ünvan Reyestri İnformasiya Sisteminə nəzərən müəyyənləşdirmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 18 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlaka dair məlumatın məhkəməyə göndərilməsi barədə” məktubunda göstərilmişdir ki, İddiaçı göstərdiyi tikiliyə (reyestr nömrəsi **********92-06301) idarənin mütəxəssisi tərəfindən baxış keçirilmişdir. Sözügedən qarajların situasiya planına əsasən ərazidə dəyişikliklər olduğundan yerləşmə mövqelərini təyin etmək mümkün olmadı. İddiaçının göstərdiyi tikilinin daxili və xarici perimetrik ölçülərində fərq olduğundan qarajların sökülüb sökülmədiyini və həmin mövqedə yerləşməsini təyin etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qarajların situasiya planındakı istinadlara əsasən yerləşməsi ümumi əraziyə uyğun olsa da, dəqiq istinadlar, məsafələr qeyd olunmadığından qarajların dəqiq yerləşməsini təyin etmək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, qeyd olunan ********** və ********** qeydiyyat nömrəli müraciət əsasında **********92-06301 reyestr nömrəsi ilə qeydiyyata alınan qeyri-yaşayış binası hazırda X3 xüsusi mülkiyyətindədir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən mübahisəli qarajlar mövcud deyil. Həmçinin o da müəyyən olunmuşdur ki, sözügedən qarajlarla ünvan 6 ünvanında yerləşən qeyri yaşayış binası məkan olaraq eyni məhəllə daxilində yerləşməkdədir, orada yalnızca bir qeyri-yaşayış sahəsi mövcuddur və həmin sahə X3 xüsusi mülkiyyətindədir. O, həmin əmlakı oranı vaxtilə Cavabdeh1 almış şəxslərdən (X14 və X8) alğı-satqı əsasında əldə etmişdir. Hüquqi yardımın göstərilməsi ilə bağlı EM-1181VK-24755/25 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 646.1-ci maddəsinə əsasən, Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2.-ci maddəsinə əsasən, Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 575.1-ci maddəsinə əsasən, Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 452.2-ci maddəsinə əsasən, Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 arasında notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən, ünvan 4ndə yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qarajı və ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajın hər birini 15300 manata İddiaçı satılmışdır. Lakin AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, yəni ünvan 4ndə yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qarajı və ünvan 4ndə yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajlar üçün hər birinə 15300 manat məbləğində vəsaiti 51 saylı notariat ofisinin "xxxx" ASC-də olan **********2163AZ53 nömrəli depozit hesabına mədaxil etmiş, Cavabdeh2 isə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə müqavilələrə əsasən iddiaçıya satmış olduğu qaraj sahələrini iddiaçıya təhvil verməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrinin bağlanması və Cavabdeh2 tərəfindən öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, yəni müqavilə üzrə tələb olunan qaraj sahələrini iddiaçıya təhvil verməməsi, hazırda qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-57/2025 saylı qətnaməsində də, öz əksini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı qarşısında öhdəlik götürülmüş, lakin öhdəlik icra edilməmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hər müqavilə üzrə 15300 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır və qeyd edilən hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 500 manat məbləğindən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işə əlavə edilmiş hüquqi yardımın göstərilməsi ilə bağlı EM-1181VK- 24755/25 saylı müqaviləyə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul ödənilmişdir. Qeyd dilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 400 manat məbləğindən pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin iddia tələbi üzrə tələb edilən pul vəsaitlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə İddiaçı AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən 51 saylı notariusun "xxxx" ASC-nin Azadlıq filialında olan hesabına hər iki müqavilə üzrə 15300 manat olmaqla, ümumilikdə 30600 manat vəsaiti notariusun hesabına mədaxil etməsi və həmin vəsaitlərin məhz Cavabdeh2 tərəfindən məxaric edilməsi işdə olan sübutlarla sübuta yetirildiyindən, lakin həmin pul vəsaitlərinin Cavabdeh2 tərəfindən X12 verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığındann məhkəmə hesab edir ki, iddia pul vəsaitlərinin müştərək qaydada tutulması hissəsində əsaslı deyildir və iddia ilə tələb edilən məbləğləri məhz Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh2 iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir; Belə iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilə üzrə xx.xx.2017-ci il tarixdə, AN-İ seriyalı ******* nömrəli müqavilə üzrə isə xx.xx.2017-ci il tarix hüquq münasibətləri yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə, yəni, 8 il sonra daxil olsa da, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 4ndə yerləşən 27 kv.m. sahəsi olan və ünvan 4ndə yerləşən 25.8 kv.m. ümumi sahəsi olan daş qarajların iddiaçıya təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi; həmin daş qarajların boşaldılaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxardılaraq, qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-57/2025 saylı qətnaməsi ilə (mübahisə perdmeti olan qarajların həmin ərazidə mövcud olmaması əsası ilə) iddia tələbi rədd edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən, iddia müddəti tərəfin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi daşınmaz əşyalarla bağlı olduğundan və həmin iddiaların 6 il müddətində verilə bilməsi nəzərdə tutulduğundan, (elektron məhkəmə informasiya sistemindən olan çıxarışa əsasən) iddiaçı xx.xx.2023-cü il tarixdə, yəni tərəflər arasında hüquq münasibətləri yarandığı vaxtdan 5 il, 23 gün müddətində (6 illik müddətin bitməsinə 8 gün qalmış) veridiyindən, hazırki iddianın yaranmasına səbəb isə qeyd edilən iddia tələbi üzrə boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilən daşınmaz əşyalar (qaraj binaları) mövcud olmadığından, hazırki pul tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələblərinin rədd edilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə 15300 manat olmaqla, ümumilikdə 30600 manat vəsaitin tutulması hissəsi tam olaraq təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 181,80 manat məbləğində pul vəsaiti də, Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri üzrə (hər biri 15300 manat olmaqla) ümumilikdə 30600 manat, hüquqi yardımın göstərilməsi ilə əlaqədar 400 manat və ödənilmiş dövlət rüsumuna görə 181,80 manat olmaqla, ümumilikdə 31181,80 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılmalı, idda qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri üzrə (hər biri 15300 manat olmaqla) ümumilikdə 30600 (otuz min altı yüz) manat məbləğində pul vəsaiti, habelə hüquqi yardımın göstərilməsi ilə əlaqədar 400 manat və ödənilmiş dövlət rüsumuna görə 181,80 manat olmaqla, ümumilikdə 581,80 (beş yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar