Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4416/2025 16.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 331,9 AZN əsas 49,7 AZN cərimə cəmi 381,6 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 169,9 AZN əsas 25,4 AZN cərimə cəmi 195,3 AZN borc, xx.xx.2024-ci il tarixli № ********** saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 370,4 AZN əsas, 55,5 AZN cərimə, cəmi 425,9 AZN borc ümumilikdə üç müqavilə üzrə 872,2 AZN əsas, 130,6 AZN cərimə, 1002,8 AZN cəmi borcun və 30.02 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, №011966236 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə dəyəri 399,90 manat olan “Honor” markalı telefon Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 34 manat olmaqla satılmışdır. Müqavilə üzrə son ödəniş 34 manat olmaqla, tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 331,90 manat, gecikdirilmiş günə görə hesablanan cərimə məbləği 497 manat olmaqla, müştəriyə 90 % güzəşt edilməklə, 49,70 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, №011779510 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə dəyəri 349,90 manat olan “Honor” markalı telefon Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 30 manat olmaqla satılmışdır. Müqavilə üzrə son ödəniş 30 manat olmaqla, tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 169,90 manat, gecikdirilmiş günə görə hesablanan cərimə məbləği 254 manat olmaqla, müştəriyə 90 % güzəşt edilməklə, 25,40 manat müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, №********** saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə dəyəri 449,90 manat olan “Honor” markalı telefon Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 25 manat olmaqla satılmışdır. Müqavilə üzrə son ödəniş 10,50 manat olmaqla, tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 370,40 manat, gecikdirilmiş günə görə hesablanan cərimə məbləği 555 manat olmaqla, müştəriyə 90 % güzəşt edilməklə, 55,50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdeh bildirişi almasına baxmayaraq, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №011966236 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Honor” markalı telefonu qəbul etməyi və 12 ay müddətinə ayda 34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 03 oktyabr 2024-cü il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 03 noyabr 2024-ci il sonuncu ödəniş tarixi 03 oktyabr 2025-ci il olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 331,9 manat əsas borcu vardır. Cərimə məbləği 03 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 129 gündür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş Honor markalı telefonu qəbul etməyi və 12 ay müddətinə ayda 30 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 26 aprel 2025-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 26 may 2024-cü il sonuncu ödəniş tarixi 26 aprel 2025-ci il olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 26 aprel 2024-cü il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 169,90 manat əsas borcu vardır. Cərimə məbləği 26 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 167 gündür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 22 avqust 2025-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 22 sentyabr 2024-cü il sonuncu ödəniş tarixi 22 fevral 2025-ci il olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 22 avqust 2024-cü il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 370,4 manat əsas borcu vardır. Cərimə məbləği 22 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 202 gündür. Tələbkar tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubuna əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında, xx.xx.2024-cü il tarixli, №011966236 saylı, 05 fevral 2024-cü il tarixli ********* saylı və 10 fevral 2024-cü il tarixli ********* saylı əşyanın nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə predmeti olan əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh iddiaya dair bildirişi almasına baxmayaraq, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehdən müqavilələr üzrə əsas borca hesablanan cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə məbləği endirilməli və 16 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə məbləği endirilməli və 8 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə məbləği endirilməli və 18 manat müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, №011966236 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 331,9 manat, cərimə borcuna görə 16 manat olmaqla, cəmi 347,9 manat, xx.xx.2024-cü il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 169,90 manat, cərimə borcuna görə 8 manat olmaqla, cəmi 177,90 manat, xx.xx.2024-cü il tarixli ********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 370,40 manat, cərimə borcuna görə 18 manat olmaqla, cəmi 388,40 manat, ümumilikə üç müqavilə üzrə 914,2 manat məbləğində pul vəsaiti və 30,02 manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, №011966236 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 331,9 manat, cərimə borcuna görə 16 manat olmaqla, cəmi 347,9 manat, xx.xx.2024-cü il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 169,90 manat, cərimə borcuna görə 8 manat olmaqla, cəmi 177,90 manat, xx.xx.2024-cü il tarixli ********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 370,40 manat, cərimə borcuna görə 18 manat olmaqla, cəmi 388,40 manat, ümumilikə üç müqavilə üzrə 914,2 (doqquz yüz on dörd manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 30,02 (otuz manat, iki qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-4416/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4416/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver