Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4436/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində sahəsi 0,12 hektar olan 254e saylı bağ sahəsinin ayrılması barədə 33077 saylı, 02 sentyabr 2004-cü il tarixli müqavilənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı, 26 avqust 2004-cü il tarixli sərəncamı əsasında Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış 33077 saylı, 02 sentyabar 2004-cü il tarixli müqavilə ilə ona Bakı şəhəri, Binəqədi rayonunun Goradil qəsəbəsi ərazisində sahəsi 0,12 hektar olan 254e saylı bağ sahəsi ayrılmışdır. Elə həmin tarixdən də Birliyin mütəxəssisləri tərəfindən bağ sahəsi faktiki olaraq yerində ona təqdim edilərək istifadəsinə verilmişdir. Qeyd olunan bağ sahəsi onun istifadəsinə veriləndən sonra ona təqdim edilmiş bağ sahəsini hasara almış, fərdi yaşayış evi inşa etmiş və həmin vaxtdan da bu günə kimi 18 ilə yaxındır ki, fasiləsiz istifadə edir. 2021-ci ilin iyun ayında qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan 254e saylı bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. İdarədən müraciətinə 05 iyul 2021-ci il tarixli cavab məktubunda digər səbəblərlə yanaşı bildirilmişdir ki, təqdim edilən X3 və İstismarı Biirliyi tərəfindən verilmiş müqavilədə onun adı Ruhulla kimi göstərilmişdir. Bu səbəblərdən də ərizənin təmin edilməsindən imtina edilmişdir. 22 fevral 2022-ci il tarixdə o, yenidən idarəyə istifadəsində olan 254e saylı bağ sahəsinin üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin idarə təkrarən demək olar ki, eyni məzmunlu 18 mart 2022-ci il tarixli cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etdi. İmtina məktubunda təqdim etdiyi X3 və İstismarı Birliyi tərəfindən verilmiş müqavilədə ərizəçinin, yəni onun adının Ruhulla kimi qeyd edilməsində onun təqsiri olmasa da hazırda bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hüququnu reallaşdıra bilmir. Nəticədə onun bir vətəndaş kimi konstitusiya və qanunlarında təsbit olunmuş hüquqları pozulur. Odur ki, hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun tərəfindən müqavilədə olan yanlışılığın aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciətlər edilsə də, müraciətlərinə cavab verilməmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış 33077 saylı “Goradil ərazisindəki 254e nömrəli bağın istifadəyə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, Goradil ərazisində 0.12 ha torpaq sahəsi olan 254e nömrəli bağ X4 istifadəsinə verilmişdir. Həmin müqavilədə X4 yaşayış yeri Binəqədi qəsəbəsi, Ramazanov 48 kimi qeyd edilmişdir; АЗ 731339 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X5r; BB004319 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi B1, B kateqoriyalarına malikdir; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 48-dir; P4758278 nömrəli pasportun surətindən görünür ki, xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi pasport Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 28 oktyabr 2011-ci il tarixdə verilmişdir; АИ 549552 nömrəli orta təhsil haqqında attestatdan görünür ki, Ərizəçi Bakı şəhəri Kirov rayonu 182 nömrəli orta məktəbi bitirmişdir; 387893 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 09 avqust 1987-ci il tarixdə bağlanmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 05 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki bağ sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin, təqdim edilən X3 və istismarı Birliyi tərəfindən verilmiş müqavilədə ərizəçinin adı Ruhulla kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 18 mart 2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********70 nömrəli, 05 iyul 2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlə hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Ərizəçi Bakı Şəhər İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı ərizələrdən görünür ki, o, 02 sentyabr 2004-cü il tarixli müqavilədə onun adının səhvən Ruhulla kimi qeyd edilməsinin düzəldilməsini xahiş etmişdir. 14 iyun 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin qaldırılması üçün ərizəçi tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 02 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi ilə ərizəçi arasında bağlanmış 33077 nömrəli “Goradil ərazisindəki 254e nömrəli bağın istifadəyə verilməsi” haqqında müqavilədə Ərizəçi adı yanlış olaraq “Ruhulla” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Göründüyü kimi, ərizəçinin 02 sentyabr 2004-cü il tarixli 33077 nömrəli “Goradil ərazisindəki 254e nömrəli bağın istifadəyə verilməsi” haqqında müqavilədə göstərilən adı ilə onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində olan adı düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumlarına sənəddə olan səhvlərin aradan qaldırılması barədə müraciət etsə də, müraciətlərinə cavab verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində sahəsi 0.12 ha olan 254e nömrəli bağ sahəsinin ayrılması barədə 02 sentyabr 2004-cü il tarixli 33077 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində sahəsi 0.12 ha olan 254e nömrəli bağ sahəsinin ayrılması barədə 02 sentyabr 2004-cü il tarixli 33077 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4436/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4436/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver