Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4451/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə (açar sözlər: hüquqi fakt, sənədlərin şəxsə məxsus olması) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın -sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsini qeyd etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxx 1954-cü ildə Ermənistan SSRnin Kalinin rayonunun Qızılşəfəq kəndində anadan olmuşdur. X1r, anası isə X14r, Atası ilə anası 1952-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. X10 xx.xx.1977-ci ildə öz əcəli ilə vəfat etmişdir və Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndinin qəbristanlığında dəfn olunmuşdur. X17 xx.xx.2002-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evi anasından miras qalmışdır. X15 vəfatından sonra ondan miras qalmış Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı, birmərtəbəli fərdi yaşayış evinə ərizəçi faktiki olaraq sahiblik etmiş və evdə yaşamağa başlamış, evdə cari təmir işləri aparmış, evin yerləşdiyi torpaq sahəsində əkin aparmış, ağaclara qulluq etmişdir. Evin bütün kommunal ödənişlərini etmişdir. Anasından miras qalan Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə vərəsəlik hüququ əldə etmək üçün 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdi. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi ona xx.xx.2023-cü il tarxli məktub verərək, vərəsəliyin qəbulu müddətini ötürdüyü səbəbindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bundan başqa anasına məxsus olan Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li qeydiyyat Vəsiqəsində anamın adı X5 qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li qeydiyyat Vəsiqəsində anasının adına düzəliş edilərək, X6 qeyd edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 14 saylı Şamaxı Ərazi idarəsi ərizəsini təmin etməmişdir. Daha sonra vəkili 14 saylı Ərazi İdarəsinə sorğu ilə müraciət edərək, Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsində anasının adına düzəliş edilməsi barədə məlumat verilməsini xahiş etmişdir. 14 saylı Ərazi İdarəsi Vəkil sorğusuna cavab məktubları göndərərək, Şamaxı rayonu Kərkənc kəndində yerləşən inventar nömrəsi 492 olan 1940cı ildə inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisinin X5 qeyd edildiyini bildirmişdir. xx.xx.2002-ci ildə vəfat etmiş anası X8 miras qalmış Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li Qeydiyyat Vəsiqəsində göstərilən məlumatların anası “X16 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs tərəfindən məhkəməyə məktub ünvanlanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ-İİ seriyalı, 378348 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - AZ seriyalı, 118485 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. - İ-ZJ seriyalı, 141807 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Kalininqrad rayonunda doğulmuşdur. Ana qrafasında X17, ata qrafasında X10 qeyd olunmuşdur. - ZJ seriyalı, 154614 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 xx.xx.1952-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra qadına Əliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arkitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Kərkənc kəndində yerləşən, 492 inventar nömrəsi ilə qeydiyyata alınmış, iki otaqlı birmərtəbəli fərdi yaşayış evi X11 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... mərhum X3 miras qalmış fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman sorğu edilən X12 adı, soyadı və ata adı daşınmaz əmlakın dövlət reyestrində Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 qeydiyyata alınmışdır. ”. IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li Qeydiyyat Vəsiqəsində mülkiyyətçi X2, adı və ata adı düzgün yazılmamış, həmin sənəd hüquqmüəyyənedici sənəddir və səhvin hal-hazırda aradan qaldırılması mümkün deyil və bu səbəbdən ərizəçi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı rayonu Kərkənc kəndində yerləşən, 492 inventar nömrəsi ilə qeydiyyata alınmış, iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li Qeydiyyat Vəsiqəsində göstərilən məlumatların xx.xx.2002ci ildə vəfat etmiş “X17”na məxsus olması faktı müəyyən edilməlidir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayonu Kərkənc kəndində yerləşən, 492 inventar nömrəsi ilə qeydiyyata alınmış, iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li Qeydiyyat Vəsiqəsində göstərilən məlumatların xx.xx.2002-ci ildə vəfat etmiş “X17”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-4451/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4451/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver