Məhkəmə qərarları › İş №e-2(001)-4482/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4482/2023

21.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4482/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü kəmərinin 116.2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirməklə, SOCAR-ın İddiaçı istismarında olan Şirvan Böyükşor DŞ-500 mm-lik yerüstü kəmərinin 116.2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardağın cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü kəmərinin 116.2-ci km-də, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə razılaşmır. Belə ki, tikilinin 20 il ərzində həmin ərazidə olması onun qanuniliyini şərtləndirmir. Digər tərəfdən bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyi mövcuddur. Həmin tikili tikilməmişdən əlavə ərazidən kəmər keçirdi. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi və həmin ərazinin bələdiyyə sənədi ilə ayrıldığını göstərdiyi bələdiyyə qərarının cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinə aid olub-olmadığı mübahisəlidir. Bu səbəbdən iş üzrə ekspertiza keçirilməsini təklif etsələr də, qarşı tərəf bununla razılaşmır.Çünki həmin qərardakı ərazi ilə indiki ərazinin üst-üstə düşüb uyğun olduğunu müəyyənləşdirmək çətindir. Tikilinin yerləşdiyi torpaq sahəsinə görə vergi və rüsumların ödənilməsi də, həmin torpaq sahəsinin qanuni olduğunu göstərmir. İddia tələblərini artırmalarındakı səbəb, iş üzrə çıxacaq məhkəmə qətnaməsinin digər cavabdehin də, mənafeyinə toxunmasıdır. Cavabdeh hesab edir ki, həmin tikili qanunsuz olmadığı üçün ora kommunal xidmətlərlə bağlı xətlər çəkilmişdir. Bu məsələ ilə bağlı da, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var. Belə ki, əgər həmin tikilidə yaşayış varsa, dövlət həmin xidmətləri təmin edir. Göründüyü kimi bu məqam da, evin qanuniliyini şərtləndirmir. Qarşı tərəfin diqqətinə çatdırır ki, qanunsuz tikili ilə neft kəmərinin mühafizə zonasına düşən tikili anlayışları fərqlidir. Hazırda mübahisə həmin tikilinin neft kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlıdır. SOCAR-ın nizamnaməsində onun qanunsuz tikililərlə mübarizə aparmalı olması ilə bağlı öhdəliyi yoxdur. Həmin məsələ ilə icra hakimiyyətləri, bələdiyyələr məşğul olur. Əgər vətəndaş torpağ sahəsinin yerləşdiyi barədə məlumatsızdısa, tikintiyə nəzarət orqanlarındə həmin ərazidən keçən kommunal xəxtləri, təxliyə plan sistemləri olur. Bu barədə ordan da, məlumat ala bilərdi. Digər tərəfdən əgər iddia təmin olunacaqsa, qarşı tərəfin reqres qaydasında iddia qaldırmaq hüququ var.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin əməkdaşları tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərlə bağlı yoxlama aparılan zaman cavabdeh qismində cəlb etdikləri Cavabdeh1 özünü ev sahibi kimi təqdim etmişdir. Hətta şəxsiyyət vəsiqəsinin surətini və əlaqə nömrələrini idarənin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 2003-cü ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin müvafiq əmri ilə “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın yeni redaksiyası təsdiq olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın yeni redaksiyası sonuncu dəfə 2022-ci ildə təsdiq olunmuşdur. Ümumiyyətlə “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 1982-ci ildə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin müvafiq əmri ilə təsdiq edilmişdir. Neft kəməri evin 5 metrliyində yerləşir. cavabdehin inşa etdiyi özbaşına tikili həmin ərazidə neft kəmərinin təmir-bərpa işlərinin aparılmasına ciddi maneçilik törədir, eyni zamanda ərazi yaşayış üçün çox təhlükəlidir. Hər an faciə baş verə bilər.Cavabdehlərin evi yerləşən ərazidəki evlər qanunsuz tikilidirlər. Həmin qanunsuz tikililərin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Neft kəməri 1982-ci ildə istismara verilib.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, əmlaka və torpağa dair vergi ödəyir. Ödəniş etdiyi sahə ilə bələdiyyə qərarı ilə ona ayrılmış sahənin həcmi üst üstə düşür. Bundan başqa həmin evə ünvan belə verilib. Onun evindən sağda və solda yüzlərlə ev var. Onun evin tam ortada yerləşir. Əgər iddia qaldırılacaqsa, nə üçün sırf ortada yerləşən mənzilə münasibətdə qaldırılır. Bundan başqa həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tikililər var. Hətta bəzən tökülən una görə həmin ərazidən keçmək olmur. SOCAR-ın özünün təhlükəsizlik xidməti mütəmadi olaraq bu məqamları görürlər. Həmçinin kəmərin yaxınlığında yaşayış kompleksi belə, tikilir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, tikili qanunsuz deyil. Torpaq sahəsini 2002-ci ildə Bələdiyyədən almışlar. Lakin onlar torpaq sahəsini aldıqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühafizə zonaları ilə bağlı qaydaları 2003-cü ildə müəyyən edilmişdir. Həmin ərazidə fərdi evlərin tikintisi bu gündə davam edir, onun kimi başqa şəxslər də, dövlətə, bələdiyyəyə etimad edərək evlər tikirlər. X15 yaşayış kompleksi həmin ərazidə tikilir. Bu müddət ərzində tikinti ilə bağlı dövlət orqanlarının, iddiaçının özünün hər hansı mənfi reaksiyası olmamışdır. Əgər tikili özbaşına tikili idisə, hansı səbəbdən tikintinin qarşısı alınmamışdır kimi suallar ortaya çıxır. Onu da qeyd etmək istəyir ki, Torpaq Haqqında Azərbaycan Respublikasının Qanunvericiliyinə görə bələdiyyə sənədi tikinti üçün icazə verən hüquqi sənəddir. Dövlət qurumunun uzun müddət hərəkətsizliyi əsas vermir ki, ona 20 ildən sonra ziyan vurulsun. O və ailə üzvləri həmin fərdi yaşayış evində qeydiyyatdadırlar, hətta ünvan da verilib. Ev tikilən zaman mən 6-7-ci sinifdə oxuyurdu. Tikinti aparılması üçün Bələdiyyədən icazə alsalar da, tikintinin aparılması üçün sənəd yoxdur. Sonuncu dəfə çardağın dam örtüyünün yarasız vəziyyətə düşməsi səbəbindən çardağın dam örtüyünü yeniləmişlər. Torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasında yerləşdiyi üçün torpağa dair çıxarış ala bilmirlər.

8. Bundan başqa cavabdeh məhkəməyə elektron kabinetindən təqdim etdiyi etirazında göstərir: İddia tələbi əsassız olduğundan qəbul edilmir. Belə ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. Bildirmək istəyir ki, mübahisə predmeti olan torpaq sahəsi onun adına deyil. O torpaq sahəsi xx.xx.2002-ci il tarixli Bakı şəh., Biləcəri Bələdiyyəsi tərəfindən Biləcəri qəsəbə sakini Cavabdeh2 adına torpaq alqı-satqısı ilə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə,. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçının iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə verildiyinə görə, iddianı rədd edilməsini xahiş edir. Həmçinin AR-nın Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydalarına" və AR NK-nin 23 iyul 1998-ci il tarixli 158 saylı və 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq Biləcəri qəsəbəsi bələdiyyəsindən rüsumu ödənilməklə anam Cavabdeh2 "Torpaq İslahatı haqqında" qanunun 19-cu maddəsinə uyğun olaraq fərdi ev tikmək məqsədi ilə 378 kv.m torpaq sahəsi satın almışdır. X12 idarəsinin iddia ərizəsində qeyd olunan qayda xx.xx.2003-cü ildə ƏN tərəfindən 50 m mühafizə zolağı qaydası biz torpağı aldıqdan illər sonra qəbul olunub ki, bu qayda onların 176 saylı Bakı şəhər Biləcəri Bələdiyyəsinin qərarını qüvvədən salmır. Evin söküntüsü ilə bağlı iddia ərizəsini birmənalı şəkildə müzakirə mövzusu olmasını qəbul etmirlər. İkinci məsələ çardağın tikintisi ilə bağlı bildirmək istəyir ki, mövcud olan çardağın(yüngül konstruksiyalı tikili olduğu üçün küləyin təsirindən yarasız vəziyyətə düşüb) yarasız vəziyyətə düşməsi ilə əlaqəli yeri saxlanılmaqla yenisi ilə əvəz olunub. Əlavə olaraq bildirmək istəyir ki, həmin ərazidə 100lərlə belə tikili var və tikintilər yenədə davam edir. Hətta həmin ərazidə hündür mərtəbəli binalar tikilir ki, 50 metr məsafə oradada qorunmur. Maraqlıdır ki, Neft Kəmərləri idarəsi bu tikililərə niyə göz yumur, lakin onun yarasız çardağımın yenisi ilə əvəz etməyinə görə hətta 22 ilə yaxın yaşadığı evin söküntüsü ilə bağlı iddia qaldırır

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, qarşı tərəf bələdiyyə qərarının əsaslı-olub olmadığını mübahisələndirirsə, bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Həmin sənədin mübahisələndirilməsi üçün isə başqa məhkəmədə iddia qaldırılmalıdır. Bundan başqa əgər dövlət 20-30 ilə ərzində həmin tikiliyə müdaxilə etməyibsə, hazırda onun sökülməsini tələb etməkdə haqlı deyil və tələb edə bilməz. Qanunsuz tikinti faktı aşkar olunduqdan sonra iddia Orxana qarşı qaldırılır. Lakin iddia qaldırılmamışdan əvvəl bu məqam araşdırılmalı idi. Məhkəmənin hazırlıq iclasında məlum olur ki, əslində iddia Cavabdeh2 qarşı qaldırılmalıdır. İddiaçının nümayəndəsi hesab edir ki, şirkətin nizamnaməsində ərazisində olan və ya ola biləcək qanunsuz tikililərlə bağlı tədbir görmək kimi bir öhdəliyi yoxdur. Halbuki, həmin torpaq sahəsi ona nizamnaməsində nəzərdə tutulan məqsədlərə nail olması üçün ayrılır. Görünür ki, şirkət 20 ildir öz ərazisində yerləşən tikililərdən məlumatsızdır. Onların vəzifəsidir ki, bu faktlarla bağlı monitorinq edilsin və aidiyyəti qurumlara müraciət edilsin.

10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil kabinet vasitəsi ilə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsində göstərir: Hazırda icraatınızda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin iddiası üzrə "qanunsuz tikilinin sökülməsi" tələbinə dair hüquqlarını müdafiə etdiyim şəxs - Cavabdeh2 cavabdeh qismində cəlb edildiyi e-2(001)-4482/2023 saylı mülki iş vardır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı, istismarında olan neft boru kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardağın sökülməsini tələb edir. Bu tələbini əsaslandırarkən 2023-cü il 7 və 8 may tarixli aktlara istinadən sözügedən qanunsuz tikilinin xx.xx.2023-cü il tarixdə aşkar edildiyi bildirilmişdir. Halbuki bu fakt həqiqətə uyğun olmamaqla yanaşı, iddiaçı təşkilat kimi ölkə ərazisində xüsusi çəkiyə malik bir qurumun fəaliyyət göstəridiyi 20 ilə yaxın müddətdə mövcud olan həmin tikilidən məlumatsız olmasını mümkünsüz edir. Belə ki, Cavabdeh2 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 2002-ci il 21 oktyabr tarixli 176 nömrəli "...torpaq sahəsinin satılması haqqında" Qərarı ilə fərdi ev tikmək məqsədilə ona satılmış 378,0 kv.m. torpaq sahəsində inşa etdiyi evdə bugünədək yaşayır və bütün kommunal xərcləri, vergi və digər ödənişləri həyata keçirmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldıraraq, belə bir hərəkəti tələb etməsinə qanunla müəyyən edilmiş iddia müddəti tətbiq edilməli və sözügedən müddətin keçməsinə görə iddia rədd edilməldir. Belə ki, iddia müddətinin şamil edilmədiyi tələblər qanunda açıq formada göstərilmişdir və iddiaçının hazırki tələbinin həmin tələblərlə hər hansı uyğunluğu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsində isə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddətinin iddia müddəti sayıldığı (adlandırıldığı) qeyd edilmişdir. Məcəllənin iddia müddətlərini ehtiva edən 373- cü maddəsinin 1-ci bəndində ümumi iddia müddəti 10 il müəyyənləşdirilmişdir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyi və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüququ münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsini üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüququ və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətlən iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq (münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfləri üzərindən çox vaxt ötmüş mütəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq adalət mühakiməsi orqanlarına mübahisələr obyektiv əsaslarla, həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı ("Azarbaycan Respublikası Mülki Məcəlləsinin 373-cu maddəsinin şərh edilməsinə dair 2001-ci il 27 dekabr tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384 0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixdi Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş uzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmiləşdirilməsi haqqında" Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu təsdiq edilmiş və bununla əlaqədar Əlavə il müvafiq fərmana əlavə edilmişdir. İddiaçı "xxxx"Şirkətin strukturuna daxil olan muəssisələr başlıqlı 11-ci hissənin 5-ci bəndində yer almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, iddiaçı "Neft Kəmərlən İdarəsi 2003-cü il 5 iyun tarixində dövlət qeydiyyatına alınmış və həmin andan etibarən ARDNŞ- nin Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsi əsasında fəaliyyət göstərir Qeyd olunanlardan da göründüyü kimi, iddiaçı 2003-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, 20 il keçdikdən sonra tikilinin sökülməsi, ilə bağlı iddia qaldırmışdır. İddiaçının həmin müddət ərzində Dövlət Neft Şirkəti tərəfindən istifadəsi üçün ayrılmış torpaq sahəsindən, həmin sahədə olan tikililərdən xəbərsiz olması real və ağlabatan deyil. Odur ki, iddiaçı qanunla müəyyən edilmiş maksimum iddia müddətini heç bir üzrlü hal olmadan ötürmüşdür. Bundan əlavə, iddiaçının struktur müəssisə kimi aid olduğu Dövlət Neft Şirkətinin digər struktur müəssisəsi "xxxx" İstehsalat Birliyi, sökülməsi tələb olunan evi 2006-cı ildən qazla təchiz tmiş, xx.xx.2013-cü il tarixdə isə mənzildə 1205AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Dövlət Neft Şirkətinin adı çəkilən 844 nömrəli Fərmanla təsdiq edilmiş Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, Şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı ikintisı, işlənməsi, neftin, qazın, kondensatın, eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və Şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Nizamnamənin 2.3-cü bəndinin on üçüncü abzasından da görünür ki, Şirkət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün Şirkətin strukturuna daxil olan qurumlar arasında əlverişli istehsal- texnoloji və təsərrüfat əlaqələrinin gücləndirilməsini həyata keçirir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı və onun tabe olduğu üst qurum sökülməsi tələb olunan evdən məlumatlı olmuş, həmin evin qanunsuz tikili olması ilə əlaqədar hər hansı iddia irəli sürməmişdirlər. Qeyd olunanları nəzərə alaraq və sadalanan hüquq normalarını rəhbər tutaraq, e- 2(001)-4482/2023 saylı mülki iş üzrə iddia müddətini tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

12. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazında göstərir: hesab edilir ki aşağıdakı əsaslara görə təmin edilməməlidir. Əvvəla, iddiaçı iddia üzrə sökülməsini tələb etdiyi tikilini qanunsuz statusunda görür və qanunvericiliyin özbaşına tikili ilə əlaqədar normalarına istinad edir. Halbuki iddiaçı iddianı qaldırmazdan əvvəl geniş araşdırma aparmış olsaydı həmin tikilinin qanuni əsaslara dayanaraq, ozu də yaxın vaxtlarda deyil 20 il bundan əvvəl inşa edildiyini aşkara çıxartmış olardı. Belə ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 2002-ci il 21 oktyabr tarixli 176 nömrəli Bakı şəhərı Binəqədi rayonu Biləcəri qəsəbə sakıni Cavabdeh2 torpaq sahəsının satılması haqqında" Qərarının 1-ci bəndi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbə fərdi ev tikmək məqsədilə Y. Aslanovaya satılması qərara alınmışdır sözügedən torpaq sahəsi naturada müəyyən edilərək, Cavabdeh2 təhvil verilmiş, həmin torpaq sahəsının və fərdi evin sxemi səlahiyyətli şəxslərın imzası və Biləcəri bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh2 ailəsi ilə birlikdə 20 ildir həmin evdə yaşayır. Həmin qərarın 5-ci bəndinə müvafiq olaraq, Cavabdeh2 hər il olmaq şərtilə xx.xx.2024-cü ilə qədər torpaq vergisini yerli büdcəyə ödəyir. Bundan əlavə inşa edildiy andan etibarən fərdi yaşayış evi qaz, su, işıq və telefon nömrəsi ilə təchiz edilmiş və qeyd olunanlarla əlaqədar bütün kommunal ödənişləri həyata keçirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsi səlahiyyətli inzibati orqan kimi öz mülkiyyətində olan torpaq barəsində inzibati akt hesab edilən 2022-ci il 21 oktyabr tarixli, 176 nömrəli qərar ilə sərəncam verərək, 378 kv.m torpaq sahəsini fərdi ev tikmək məqsədilə Cavabdeh2 satmış, sonuncu isə həmin sahədə fərdi yaşayış evi inşa etmişdir. Məhz bu səbəbdən iddiaçının tədbirincə deyilsə, tikili mülki-hüquqi mənada “qanunsuz”, “özbaşına” statusunda deyildir. Həmin tikili qanuni əsaslarla ayrılmış torpaq sahəsində fərdi yaşayış evini tikmək icazəsilə inşa edilmişdir. Belə olan halda isə inzibati akt kimi çıxış edən bələdiyyənin müvafiq qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmədən daha konkret deyilsə, həmin qərarı ləğv etmədən iddiaçının tikiliyə öz subyektiv mülahizəsi ilə “qanunsuz tikili”, “özbaşına tikili” kimi yanaşıb sökülməsini tələb etməsi hüquqi cəhətdən mümkün deyildir. Məsələ burasındadır ki, iddiaçı həmin tikilinin “qanunsuz” olması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında iddiaçının sözügedən torpaq sahəsi və üzərində olan tikili ilə əlaqədar hər hansı araşdırma, aidiyyəti qurumlara sorğu göndərilməsi, lazımi arayışlar alınması kimi hərəkətlər müşahidə edilmir. Fərdi yaşayış evinin inşasından təxminən 20 ildən sonra iddiaçının həmin ərazidə akt tərtib etməsi isə iddiaçının bugünədək həmin tikilidən məlumatlı olmasını, həmin tikilinin və onun aid olduğu torpaq sahəsinin qanuni əsaslara dayanaraq, mövcudluğunu təkzib etmir. Məhkəmə praktikasında konkret iş üzrə iddianı təmin edən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, 20 ildən çox müddətdir ki, Cavabdeh2 ailəsi ilə birlikdə həmin tikilidən maneəsiz olaraq istifadə edir. Artıq qeyd edildiyi kimi bu müddət ərzində fərdi yaşayış evi bir çox kommunal xidmətlərlə təchiz edilmiş, yerli büdcəyə vergi ödənilmişdir. Bu uzun müddət ərzində tikinti ilə bağlı dövlət orqanlarının, iddiaçının özünün hər hansı mənfi reaksiyası olmamışdır. Həmin tikili həqiqətən özbaşına tikili idisə, hansı səbəbdən tikintinin qarşısının alınmaması, uzun müddət buna göz yumulması, söküntü ilə əlaqədar hansı tədbirlərin görülməsi ilə bağlı bir çox suallar ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Beləliklə Avropa Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə, tikinti aparmış şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Bundan başqa həmin ərazidə yüzlərlə fərdi evlər tikili və minlərlə insan yaşayır. Həmin ərazidə evlərin sökülməsi hallarına rast gəlinməmişdir. İddiaçının hüquqi tələbinin hüquqi əsaslandırmasına gəlincə isə qeyd etmək istəyir ki, iddia ərizəsində istinad olunan əksər hüquq normaları cavabdehin müvafiq bələdiyyə qərarı ilə həmin tikiliyə hüquqi bağlılığı yarandığı anda mövcud olmamış və ya işin hallarına mövcud hüquqi və faktiki vəziyyətə uyğun deyildir. Belə olan halda isə sonradan qəbul edilmiş normaların geriyə qüvvəsi ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

13. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəis X1, mühafizəçilər X4 və X2 iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 6 saylı qarovulun 1-ci iş növbəsində saat 13:40-da 13-14 saylı qarovulun postların ərazisində (ünvan 1) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 116,2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada kəmərə paralel, kəmərdən təqibən 5 metr aralı məsafədə köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud olan çardağın dam örtüyünün yararsız vəziyyətə düşməsi səbəbindən sökülərək, 6 metr enində, 18 metr uzunluğunda və 4 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət yeni quraşdırma işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu özünü ev sahibi kimi təqdim edən Cavabdeh1 izah edilərək, görülən işlərin dayandırılması tələb edilmiş, lakin o tələbə məhəl qoymayaraq, işi davam etdirəcəyini bildirdi. Qeyd olunanlarla əlaqədar həmin şəxsə görüləş işlərə həmçinin əlavə işlərin aparılmasına dair yazılı xəbərdalıq təqdim edildi, lakin o, təqdim edilən xəbərdarlığa imza etməkdən imtina etmişdir. Fakta bağlı icra nümayəndəliyinə məlumat verilmişdir. həmin şəxsə izah edilərək, əlavə işlərin aparılmamasına dair ona verilmiş xəbərdarlığı qəbul etsə də, şəxsiyyət vəsiqəsini təqdim etməmişdir.

14. xx.xx.2023-cü il tarixdə X3 yazılı xəbərdarlıq verilmişdir.

15. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 176 saylı, xx.xx.2002-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Cavabdeh2 torpaq sahəsinin satılması haqqında qərarında göstərilir:1. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində alqı-satqı predmeti olan 378,0 kv.m. torpaq sahəsi fərdi ev tikmək məqsədilə Cavabdeh2 satılsın. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 iyun tarixli, 106 saylı qərarı ilə təsdiq edilmiş «Kənd inzibati ərazi vahidliklərində həyətyanı torpaq sahələri, qəsəbə və şəhərlərdə fərdi yaşayış evləri, bağ evləri, fərdi və kooperativ qaraj tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası, habelə çoxmərtəbəli yaşayış evlərinin və kooperativ çoxmərtəbəli, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması qaydasına riayət edilsin. 3. Cavabdeh2 tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə Biləcəri bələdiyyəsinin BUSB Binəqədi rayon şöbəsində olan ********** saylı h/hesabına ödənilməsi barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etsin. 4. Torpaq sahəsindən istifadə olunması və tikintinin hüquqi qeydiyyata alınması üçün Bakı Şəhər Torpaq Şöbəsindən rə'yin alınması vətəndaş Cavabdeh2 tapşırılsın. 5. Cavabdeh2 nəzərinə çatdırılsın ki, torpaq vergisi vaxtlı-vaxtında yerli büdcəyə ödənilməlidir və s.

16. 08.07.2003-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən Biləcəri Bələdiyyəsinə bir milyon beş yüz on iki min manat torpaq rüsumu ödənilmişdir.

17. "xxxx" ASC tərəfindən təqdim olunan abonentin saldosundan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanına (abonent kodu **********00000 olan) Smart G- 6 İtron Diafraqma tipli sayğac quraşdırılmışdır.

18. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2013-cü il tarixli su təchizatı və tulları suların axıdılması xidmətlərinə dair əhalə qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müəssisə istehlakçını tələbatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Müqavilədə xidmət ünvanı kimi 1 may massivi, ev 342 ünvanı göstərilir.

19. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X11 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli arayışda göstərilir: Verilir Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi, döngə 4, ev 55 ünvanında yaşayan vətəndaş Cavabdeh2 ondan ötrü ki, həqiqətən ***-**-** saylı nömrə xx.xx.2005-ci il tarixdən həmin ünvana abunəçinin adına çəkilmiş və xx.xx.2007-ci il tarixindən nömrə dəyişərək ***-**-** saylı nömrə ilə əvəz olunmuşdur.

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər sırasına Cavabdeh2, X5 və s. daxildir.

21. Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Aslanova X6 rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ev 55 ünvanında yerləşən 200,64 kv.m əmlak və 378 kv.m torpaq sahəsinə görə xx.xx.2024-cü ilə qədər vergi borcu yoxdur.

22. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. Cavabdehə məxsus olduğu və neft kəmərinin mühafizə zolağı daxilində yerləşdiyi iddia edilən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Fakt aşkarlanan zaman Cavabdeh1 evin sahibi kimi özünü təqdim etdiyindən iddia ona qarşı qaldırılmışdır.

24. Məhkəmə mübahisəsi dövründə Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığını əsas gətirməklə iddianın rədd edilməsini xahiş etmiş və məhkəməyə “qanunsuz tikili” kimi təqdim edən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin özünə aid olmadığını, torpaq sahəsinin əslində Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 176 saylı, xx.xx.2002-ci il tarixli qərarı ilə anası Cavabdeh2 ayrıldığını qeyd etmişdir. Bu səbəbdən idiaçı daha sonra Cavabdeh2 əlavə cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmiş və sonuncu cavabdeh kimi iş üzrə cəlb edilmişdir.

25. Tikilinin mövcudluğu, Cavabdeh2 məxsusluğu və neft kəmərinin mühafizə zonası daxilində yerləşməsi işin mübahisəsiz halıdır.

26. İddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edildiyi və müvafiq icazələr alınmadan neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparıldığını iddia edir və həmin tikilinin cavabdehlərin hesabına sökülərək, ərazidən çıxarılmasını xahiş edir.

27. Digər Cavabdeh2 nümayəndəsi və vəkili isə iddiaya etirazında hazırki mübahisə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, mübahisələndirilən tikilinin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsində tikildiyindən qanunsuz tikili olmadığını, tikilinin artıq 20 ildir ki, mövcud olduğunu və buna müvafiq qurumlar tərəfindən müdaxilə edilmədiyini, iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunların (qərarların, sərəncamların) cavabdehin torpaq sahəsini aldıqdan (2002-ci ildən sonrakı) sonrakı tarixə aid olduğunu, bu səbəbdən aktların geriyə qüvvəsinin tətbiq edilməzliyini əsas gətirməklə iddianın rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi)qanunla qadağ an olunur.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğul arın sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır

33. a) hər hansı tikinti və quraşdırma işləri;

34. b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;

35. c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;

36. d) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;

37. e) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;

38. f) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.

39. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1.İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

41. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan fərdi yaşayış evi, hasar və çardaq həqiqətən Şirvan-Böyükşor DŞ- 500 mm-lik yerüstü kəmərinin 116.2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1ci sırada kəmərin mühafizə zonası daxilində yerləşməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf özü də mübahisələndirilən tikilinin neft kəmərinin yaxınlığında (fotoşəkillərdən göründüyü kimi) yerləşdiyini təsdiq edirlər.

42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü kəmərinin 116.2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparıldığından, bu tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından iddia ərizəsi əsaslıdır və buna görə iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən inşa edilən qanunsuz bütün tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır.

43. Cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı etirazına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir:

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti şamil edilmir.

45. Göründüyü kimi tikilinin yerləşdiyi torpaq sahəsi, iddiaçının istismarında olan neft kəmərinin mühafizə zonasında yerləşir və mühafizə zonasında yerləşən tikili iddiaçının hüquqlarını pozur və bu səbəbdən pozuntunun aradan qaldırılması ilə bağlı iddiaçının tələbinə iddia müddəti tətbiq edilməməlidir.

46. Bundan başqa cavabdehin nümayəndəsinin 2003-cü il tarixdə təsdiq edilmiş texniki təhlükəsizlik qaydalarının hazırki mübahisəyə tətbiqinin istisna edilməsi barədə etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nda “Qaydalar” təsdiq və nəşr olunduqdan sonra 22.12.95-ci ildə Azərbaycan Dövlət Dağ X14 Komitəsi tərəfindən təsdiq olunmuş “Magistral neft boru kəmərlərinin istismarında təhlükəsizlik Qaydaları” qüvvədən düşmüş hesab edilir. Bundan əlavə həmin qaydalar 2003-cü ildə yeni redaksiyada təqdim edilmişdir. Ümumiyyətlə “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 1982-ci ildə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir.

47. Bundan başqa məhkəmə iddia tələbinin yönəldiyi digər Cavabdeh1 münasibətdə isə iddianı ona görə əsaslı hesab etmir ki, sökülməsi tələb edilən tikililərin ona məxsusluğu sübut olunmur və üstəlik tikilinin digər cavabdehə məxsus olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən də Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxs olduğundan ona qarşı yönələn tələb də əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü kəmərinin 116.2-ci kmdə, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi, hasar və çardağ cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

50. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü kəmərinin 116.2-ci km-də, 39T 0397091; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi, hasar və çardağ cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar