Məhkəmə qərarları › İş №e-2(001)-4548/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4548/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4548/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1095 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə və 63 manat dövlət rüsumu olmaqla, cəmi 4296 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı-“Era Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 26842 saylı müqaviləyə əsasən, borclu “Era Electronics”dən 1407 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 156 manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 09 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28038 saylı müqaviləyə əsasən, borclu “Era Electronics”dən 1399 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 117 manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28054 saylı müqaviləyə əsasən, borclu “Era Electronics”dən 1399 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 117 manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “Era Electronics”lə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 26842 saylı, xx.xx.2021-ci il tarixli, 28038 saylı və xx.xx.2021-ci il tarixli müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun borcunun ödənilməsi ilə bağlı ona dəfələrlə şifahi və 1 dəfə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu 1 ildən çoxdur ki, borcunu ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2021-ci il tarixində 312 manat ödəniş etsə də, o vaxtdan sonra heç bir ödəniş etməmişdir. Hazırda borclunun “Era Elecronics”ə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1095 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə olmaqla, ümumilikdə borcu 4233 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 26842 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh 09 ay müddətinə, hər ay 156 manat ödəmək şərti ilə, dəyəri 1407 manat olan məişət əşyası satmışdır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən Alıcıdan hər gün üçün 1%-i dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 3 ədəd Canon-MF3010 markalı printer Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1095 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 1195 manat borcu vardır. İş materiallarında olan İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 28038 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh 12 ay müddətinə, hər ay 117 manat ödəmək şərti ilə, dəyəri 1399 manat olan məişət əşyası satmışdır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən Alıcıdan hər gün üçün 1%-i dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “SAMSUNG” markalı TV Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas borc və 120 manat cərimə olmaqla, cəmi 1519 manat borcu vardır. İş materiallarında olan İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 28054 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh 12 ay müddətinə, hər ay 117 manat ödəmək şərti ilə, dəyəri 1399 manat olan məişət əşyası satmışdır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən Alıcıdan hər gün üçün 1%-i dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “SAMSUNG” markalı TV Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə olmaqla, cəmi 1519 manat borcu vardır. İş materiallarında olan pretenziyalardan görünür ki, Cavabdeh İddiaçı-“Era Elecronics” ilə bağladığı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklər ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1095 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 manat əsas, 120 manat cərimə olmaqla, cəmi 4233 manat alınaraq İddiaçı verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 63 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1095 (bir min doxsan beş) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində manat əsas borc, 120 (bir yüz iyirmi) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində manat əsas borc, 120 (bir yüz iyirmi) manat məbləğində cərimə və 63 (altmış üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4296 (dörd min iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar