Məhkəmə qərarları › İş №e-2(001)-4551/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4551/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4551/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 avqust 2024-cü il tarixdə açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 06 fevral 2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə yaranmış 1219,9 manat əsas, 182,9 manat cərimə borcu olmaqla, ümumilikdə 1402,8 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,02 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 18 iyul 2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə, həmçinin ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(001)-4551/2024 saylı qərardadına əsasən, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış, məhkəmənin hazırlıq iclası 26 avqust 2024-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırki halda iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh məhkəmə iclasında iştirak etməməklə, işin mahiyyəti üzrə həllini tələb etməsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 34 (otuz dörd) manat 2 (iki) qəpik məbləğində dövlət rüsumu (qəbzin nömrəsi – **********, ödəniş tarixi – xx.xx.2024) büdcədən İddiaçı MMC-yə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar