Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4566/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maneələrə son qoyulması, əsassız cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “maneələrə son qoyulması, əsassız cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2413/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə electron ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı Cavabdeh MTK qarşı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə ödənişlərinin aylıq edilməsi üçün Cavabdeh MTK tərəfindən yaradılmış süni manelərə son qoyulması, əsassız cərimənin və dəbbə pulun silinməsi və aylıq ödənişlərin hər ay ödənilməsinə şərait yaradılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hər iki müqavilə üzrə ilkin ödənişləri və aylıq ödənişləri icra edərək dəyərini hissə-hissə ödəmişdir. Məhkəmə prosesi zamanı iddiaçı cavabdehlə qarşlıqlı razılaşma əldə edərək mənzillərə olan payçı haqqından imtina edərək tərəflər arasında bağlanmış öhdəlik münasibətləri ikitərəfli qaydada pozulmuşdur. Hər iki mənzil üzrə ödədyi pul vəsaiti ayrı-ayrılıqda iddiaçının və arvadı Aynur Rüstəmsoy tərəfindən qəbul edilmiş və tərəflərindən imtina ərizələri təqdim edilmişdir. Odur ki, cavabdehlə olan qarşılıqlı razılaşma əsasında mübahisənin məhkəmədən kənar həll olunduğundan cavabdehə qarşı olan iddia tələbini müdafiə etmir, iddia tələbinin baxılmamış saxlanılması və hazırkı iddia tələbi üçün ödənilən 100 manat dövlət rüsumun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizənin rüsumun qaytarılması hissəsində hesab edir ki, mülki iş üzrə dövlət rüsumu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənildiyindən, ərizənin bu hissəsi təmin edilə bilməz. Həmçinin, iddiaçıya izah edilir ki, o, rüsumun qaytarılması ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “maneələrə son qoyulması, əsassız cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-4566/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4566/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver