Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4598/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.2005-ci il təvəllüdlü X11, anadangəlmə serebral iflic, əqli gerilik (kəmağıllılıq) xəstəlikdən əzab çəkir. Tibbi Ərazi Bölmələri X9 X18 X19 Nevroloji Xəstəxanasının 29 sentyabr 2023-cü il tarixli Ambulator Kitabçadan (xəstlik tarixindən) çıxarışda qeyd edilən diaqnoza əsasən uşaq kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, koadroplegik formada xəstədir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən uşaq serebral iflici diaqnozu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 18 saylı Həkim Psixiatr Komissiyasının rəyinə əsasən imbesillik, kobud nitq və davranış pozuntuları ilə müşaiyət olunan orta kəmağıllılıq xəstəsidir. Qızı həmin xəstəliklərin müşahidə olduğu gündən hal hazıra kimi onun nəzarətində olmuş, uşağın müalicəsi üçün görülən tədbirlər heç bir nəticə verməmiş, onda ağırlaşmalar getdikcə artmaqda davam etmişdir. Nigarda 85 faiz orqanizmin funksiyalarının pozulması və bunun nəticəsində də birinci dərəcəli əlillik müəyyən olunmuşdur. Qızı kənar kömək olmadan hərəkət edə bilmir, yeməyi, təmizliyi, yataq şəraiti onun üzərindədir. Artıq qızı yetkinlik yaşına çatmışdır, lakin fəaliyyət qabiliyyəti olmadığına görə qızının bir sıra sosial problemlərinin həll edilməsi mümkün deyildir. Ona görə də o, qızının “fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması” barədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, qızı 29 oktyabr 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 116713 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X6 arasında olan nikah Qusar rayon VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə bağlanmış və 150 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Bağırova” soyadı verilmişdir. AZ-İ seriyalı 683698 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 atası X12, anası isə Ərizəçidır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışın surətindən görünür ki, X10 Kvadropligik spastik serebral iflic, Spastik tetroplegeya, Əqli gerilik diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X10 orta kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə İQ-38, F 71.1 diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənası dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X7 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-4598/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4598/2024
28.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver