Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4599/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh6 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7 Vähid qızına, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9, Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, əqdlərin, daşınmaz əmlakla dair çıxarışın etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-175 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehlər Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyul 2023-cü il tarixdə 2V-175 və 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdelərin adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixli reyestrdə 4Ə-125 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə- 126 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-127 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-128 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə-129 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və 4Ə-130 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsinə qanun üzrə vərəsə hüquqlarının tanınması və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 18 saylı Notariat ofisinə müraciət edərək xx.xx.1984-cü il tarixdə vəfat etmiş nənələri Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Bakı şəhəri 18 saylı Notariat ofisi şəhadətnamənin verilməsindən imtina etmiş və məktubunda göstərmişdir ki, həmin əmlaka dair xx.xx.2019-cu il tarixdə iddiaçıların atası Hüseyn Şahpələng oğluna vərəsəlik şəhadətnaməsi verilmiş, sonuncu isə xx.xx.2019-cu il tarixdə əmlakı İddiaçı1 bağışlamışdır. Sonradan miras qoyan Əminə Nəcəfqulu qızının mirasdan pay almamış vərəsələrin iddia tələbləri əsasında Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edilərək, hər birinin payı 1/16 hissədən ibarət olmaqla ümumilikdə 16 vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh3 və digərlərinə miras əmlaka dair vərəsəlik şəhadətnamələri verilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpələng oğlunun adına verilmiş çıxarış etibarsız hesab edilmiş, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilmiş, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilmiş, mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, X3, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2 qızı, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən məhz həmin məhkəmənin qətnaməsi əsas tutularaq vərəsəlik şəhadətnamələri verilmişdir. Qətnamədən qət edildiyi hissədən görünür ki, cavabdehlərin mübahisəli bağ sahəsinin yalnız faktiki qəbul edilməsi müəyyən edilmişdir. Yəni, bağ sahəsinin məhz payların 16 hissədən olması qeyd edilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin işdə miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı iddia tələbləri irəli sürülməmişdir. Çünki, daha əvvəl həmin əmlak bağışlama əsasında İddiaçı1 mülkiyyətində olmuşdur. Yəni, iddiaçıların miras əmlaka dair hüquqların olmaması qətnamədə qeyd edilməmişdir. Bildiririk ki, Əminə Nəcəfqulu qızı cavabdehlərdən əlavə həm də iddiaçılarıın doğma nənəsidir. O, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyn qızının doğma ataları Hüseyn Şahpələng oğlunun doğma anasıdır. Bu faktı təsdiq edən hər ikisinin və ataları Hüseyn Şahpələng oğlunun doğum haqqında şəhadətnamələri və digər rəsmi sənədlərdir. Əminə Nəcəfqulu qızının övladları – X2 və X4. X2 anasandan əvvəl vəfat etmişdir. Əminə Nəcəfqulu qızının vəfatından sonra yeganə vərəsə Hüseyn Şahpələng oğlu olmuşdur. Qanunun tələblərinə əsasən Əminə Nəcəfqulu qızı xx.xx.1984-cü il tarixdə vəfat edəndən sonra, mübahisəli 299-b saylı, 0,25 ha torpaq sahəsi “birinci növbə olaraq” onun oğlu kimi iddiaçıların atası Hüseyn Şahpələng oğlu vərəsə hüququnu əldə etmişdir. Hüseyn Şahpələng oğlu anasıƏminə Nəcəfqulu qızı ilə birgə yaşadığına və həmin torpaqdan istifadə etdiyinə və birgə təsərrüfət apardığına görə, onun tərəfindən həmin torpaqdan istifadə edilməsi davam etdirilmişdir. Lakin, cavabdehlərin əsassız tələblərinə baxmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə onların miras əmlakın faktiki qəbul edilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Əminə Nəcəf qızı iddiaçıların da nənələri olmuş və qanun üzrə vərəsələrə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci, 1159.1.3-cü. və 1159.1.4-cü maddələrinin tələblərinə əsasən “ölənin uşaqları və onlar öləndən sonra nəvələri birinci növbədə olan vərəsə kimi hesab edilir”. Lakin bütün sənədlərin təqdim edilməsinə baxmayaraq, Bakı şəhəri, 18 saylı Dövlət Notariat kontorutərəfindən “Notariat haqqında” Azərbaycan RespublikasıQanunun tələbləri ciddi pozulmuş, həmin torpağa dair iddiaçıların da qanun üzrə vərəsə hüquqlarının və paylarının olması araşdırılmamış və nəzərə alınmamışdır. Bundan əlavə, müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat kontoruna müraciət etdikdən dərhal sonra cavabdehlər arasında xx.xx.2024-cü il tarixdə paylı mülkiyyətlərində olan hissələrinə dair aşağıdakı əqdlər rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh15 və Cavabdeh16 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hər biri 1/16 hissəsini Cavabdeh6 satmışlar. xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən cavabdehlər Cavabdeh4 və Cavabdeh8 mübahisəli bağ sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hər biri 1/16 hissəsindən Cavabdeh3 bağışlamışlar. xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 mübahisəli bağ sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/16 hissəsini Cavabdeh7 bağışlamışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hər biri 1/48 hissəsindən Cavabdeh3 satmışlar. xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh11 və Cavabdeh9 mübahisəli bağ sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hər biri 1/16 hissəsindən Cavabdeh12 bağışlamışlar. 6. xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh13 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hər biri 1/16 hissəsindən Cavabdeh7 satmışlar. Paylı mülkiyyət üzrə hissələr düzgün müəyyən edilmədiyindən qeyd etdikləri cavabdehlər arasında bağlanmış alqı-satqı və bağışlama müqavilələri etibarsızdır. Həmin müqavilələr əsasında verilmiş Çıxarışlar da etibarsız hesab edilməklə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçılar doğma bacılardır. Onlar notariat kontoruna müraciət edərək, nənələri Əminə Nəcəfqulu qızından miras qalmış bağ sahəsinə şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat kontoru isə şəhadətnamənin verilməsindən imtina etmişdir. Sonradan iddiaçılar notariusun hərəkətlərindən yuxarı instansiyaya şikayət etmiş, daha sonra məhkəməyə şikayət etmişdlər. İmtinaya səbəb guya əvvəllər mübahisələri olubdur. İddia tələbinəd qeyd edildiyi kimi tərəflər hər biri nəvə və nəticələrdir. Əvvəl işə baxılaraq ləğv edilmiş qətnamə ancaq bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi ilə bağlı olub. Qanuni qüvvəsini almış qətnamə ilə hazırki hazırki iddia tələbinin heç bir əlaqəsi yoxdur. Çünki həmin işlə, hazırki işdə mülkiyyət hüquqları əsası başqa olubdur. Hazırda iddiaçılar öz paylarını istəyir. Necəki digər vərəsələr öz paylarını istəyiblər. Notariatın imtinasında heç bir əsas olmadan imtina olunub. Ona görə də hazırda onlar alqı-satqı müqavilələrinin və şəhadətnamələrin etibarsızlığını tələb edirlər. Hazırki iş üzrə iddiaçıların hüquqları müəyyən olunmayıb, ona görə bu nəvələrində payları müəyyən olunmalıdır. Orada nənələri yaşab və iddiaçılar mütəmadi olaraq həmin bağ sahəsinə gedib-gəliblər. Həmçinin bildirdi ki, əgər vərəsələr imtina etməyiblərsə, deməli onlarında payları mövcuddur. Ona görə də iddiaçıların hüquqları müəyyən olunmalıdır. Hazırki iş üzrə söhbət Əminə Nəcəfqulu qızının miras payından gedir. X26 vəfat edəndə onun yeganə sağ övladı Hüseyn olub. Lakin buna baxmayaraq miras Hüseyndən əvvəl vəfat edən uşaqlarına keçmişdir. Ona görə də iddiaçılarında payları müəyyən olunaraq, vərəsələr siyahısına daxil olmalıdırlar. Xüsusi ilə qeyd edilməlidir ki, əvvəlki məhkəmə qətnamələrində yazılmayıb ki, Nailə və Gülnarənin hüquqları yoxdur. Hesab edir ki, iddiaçılar hüquqlarını itirmədiklərindən, pay hüquqlarından məhrum edilə bilməzlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil1 göstərdiyi xüsusatları təsdiq edərək izahatında göstərdi ki, iddiaçıların nənə və babası birgə nikah dövründə 9 övladları olduğuna görə dövlət onlara 53 ha torpaq sahəsi verib və bir müqavilə olub. Nənəsi savadsı olduğundan həmin torpaq sahəsinə müqavilə nənəsinin böyük oğlu Cavabdeh5 adına olub. Sonra 1963-cü ildə qərar qəbul olunub ki, bir adamın adına 25 ha artıq torpaq sahəsi ola bilməz. Sonra müraciət ediblər, müqavilə bölünüb iki hissəyə, yəni torpaq sahəsinin yarısı 229B babasının adına, digər yarısı isə 229A əmisinin adına rəsmiləşibdir. Babası rəhmətə gedəndən sonra, Bağ idarəsi ilə nənəsi arasında müqavilə bağlanmışdır. Sonra 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edildi ki, 30 ildən artıq istifadə olunan toraq sahələri özəlləşdirilə bilər. Sonra Nərimanov Rayon Məhkəməsində işə baxıldı və 229B nömrəli torpaq sahəsi verildi atasına, 229A saylı torpaq sahəsi verildi əmisinə. Həmin vaxt nənəsi sağ olub, lakin əmisi rəhmətə getmişdir. Ona görə də qeyd edilən torpaq sahəsi heç kimin adında olmadığından, nənəsinin adına olmalı idi. Onun atası 2019-cu ildə məhkəmə qərarı əsasında torpağı özəlləşdirib, sonra çıxarış almışdır. Ama 2023-cü ildə Binəqədi Rayon Məhkəməsində işə baxılaraq onun atasının adına 4 sənədi ləğv edib. Lakin hansı əsaslarla onun atasının şəhadətnaməsini ləğv edib o, bəlli deyil. Yəni, cavabdehlər işi elə qurdular ki, 53 ha torpaq sahəsini ələ keçirib, onlara düşən 25 ha torpaq sahəsini onların əlindən alıb, bütün hüquqlarını məhdudlaşdırıblar. Payları isə gəlinlərinə və nəticələrinə bağışlayıblar. Araşdırma zamanı aydınlaşdırılmayıb ki, bu adamlar qonşulardır yoxsa qohumlar. Ona görə də onlara qarşı böyük haqsızlıq edilib. Atası ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qətnaməsi hələ qüvvədədir və atasının hüquqları var. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi (vəkil) Vəkil2 iddianı qəbul etməyərək göstərdi ki, 2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarı var, İddiaçı1 həmin proseslərdə iştirak etmiş, digər cavabdeh sonradan vəfat etmişdir. Hazırkı iddia əsassızdır. Belə ki, məhkəmə qərarı əsasında iddiaçıların atasına heç bir şəhadətnamə verilməyib. Arayış təqdim olunub və vərəsəlik işi açılmışdır. X21 Nəcəfqulu qızının yeganə vərəsəsi olub. Ona görə də həmin dövrdə şəhadətnamənin və ondan sonra qəbul edilmiş sənədlərin etibarsızlığı ilə bağlı iddia qaldırılıb. Araşdırma zamanı müəyyən olunub ki, vaxtı ilə qeyd edilən toraq sahələri eyni olub. Təxminən 50-53 ha. Həmin vaxt qanunvericiliyə əsasən bir şəxsə 25 ha torpaq sahəsindən artıq verilə bilməz. Bu əsasa görə də 25 ha torpaq sahəsi saxlanılır Cavabdeh5 adında, digər hissəyə isə onun atası ilə müqavilə bağlanır. Hesab edir ki, hazırki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcudur, həmin qərardan sonra bu iddianın qaldırılması qanunsuzdur. Bundan əlavə qeyd etdi ki, Hüseyn Şahpələng oğlu sağ olduğu halda onun övladları və nəvələri Nailə və Gülnarənin vərəsəlik məsələsinə baxıla bilməzdir. Xüsusi ilə qeyd edilməlidir ki, mirasın qəbulu ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qətnaməsində heç bir qeyd göstərilməyib. Cavabdeh6 nümayəndəsi (vəkili), həmçinin iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazda aşağıdakılar göstərilmişdir. “Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpəhng oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 08 fevral 2020-ei il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6 Feyzufia qızı, X5, Cavabdeh16, Cavabdeh15, X14, Cavabdeh7, X10, X11, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(İ03)- 6264/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1145/2023 saylı, xx.xx.2023-cü i1 tarixli qərarı ilə, cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103/- 6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(102)-220/2023 saytı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh FeyzuUayeva Nailə Hüseyn qızı və vəkili X15 tərəfindən verilmiş əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd etmək istəyir ki, ərizəçilərin iddia ərizəsində göstərdikləri məsələlər və xüsusatlar üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarı vardır. Qanuni qüvvəsini almış məhkəmə qərarında qeyd edilmişdir ki, “Məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli bağ sahəsinə sahiblik etmək və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakını tam olaraq qəbul elmişlər. Həmçinin iş materiallarına və tərəflərin verdikləri izahatlarla da müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinə faktiki sahiblik və idarə etdiklərindən sonra orada tikililər tikmişlər. Bu isə həmin bağ sahəsinə iddiaçıların faktiki sahiblik etdiklərinin şəksiz sübutudur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasma, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin hallan barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gəlirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir," Yuxarıda qeyd edilən plenum qərarının nəticə hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin.və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Həmçinin iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, elə həmin qərarın qərara aldı hissəsində qeyd edilmişdir ki, “Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin." İddiaçıların iddia ərizələrində sözügedən qərara istinad etmələri də, əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı qəbul edilənə qədər mübahisəli bağ sahəsi üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud idi və bağ sahəsi üzrə vərəsəlik münasibətlərinə məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılaraq, qiymət verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama və alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi” tələbinə tələbinə dair iddialarının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin vermiş olduğu etiraza əlavəni də müdafiə edərək göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “İş materiallarından müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsində və torpaq sahəsi üzərindəki tikililərdə yaşamışlar. Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar miras qalmış əmlakın saxlanılması və orada yaşayıb təsərrüfat aparması üçün mübahisəli evə faktiki sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişlər. İddiaçılar evi təmir etdirmiş, əlavə otaqlar tikdirmişlər. İddiaçılar halhazıradək həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmişlər. İddiaçılar mübahisəli torpağa və onun üzərində insa edilmiş evə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da miras əmlakı tam olaraq qəbul etmişlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6264/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar (onların vərəsələri) miras əmlaka faktiki sahiblik və onu faktiki idarə etmiş, evi təmir etdirmiş, əlavə otaqlar tikdirmiş, hal-hazıradək orada yaşamaqla evin bütün xərclərini ödəmişlər. Başqa sözlə iddiaçılar (onların sələfləri) mübahisəli torpağa və onun üzərində inşa edilmiş evlərə sahiblik və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş, bununla da miras əmlakı tam olaraq qəbul etmişlər. Hüseyn Şahpələng oğlu isə iddiaçılardan fərqli olaraq Əminə Nəcəfqulu qızından qalmış mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində mirası nə faktiki, nə də rəsmi qəbul etməmişdir. Bir daha qeyd edir ki, mübahisə edilən bağ sahəsinin miras əmlak olaraq, vaxtilə məhkəmə tərəfindən hazırki iş üzrə cavabdehlər tərəfindən tam qəbul edilməsi fakt olaraq müəyyən edilmiş və məhkəmə qətnaməsi icra olunaraq, şəxslər bağa dair mülkiyyət hüququ əldə etmişlər. İddiaçılar Hüseyn Şahpələng oğlunun övladlarıdır. Hüseyn Şahpələng oğlunun miras əmlak olan bağı nə faktiki, nə də, rəsmi qəbul etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Yuxarıdakıları qeyd edərək, bir daha bildirir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri məsələlər və xüsusatlar üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarları vardır.”. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7 Vähid qızı, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9, Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Hüseyn qızı xx xxxxxx 1965-ci ildə Azərbaycanda anadan olmuş, şəhadətnamənin ata qrafasında Hüseyn-Ağa Şahpalıq oğlu, ana qrafasında X20 qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(011)-4513/2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilərək, ərizəçi Hüseyn-Ağa Şahpalıq oğlunun adının “Hüseyn”, atasının adının “Şahpələng”, doğum tarixinin “xx.xx.1936-cı il” olması müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında Hüseyn Şahpələng oğlu, ana qrafasında X20 qeyd edilmişdir. Səadət Sarayı tərəfindən verilmiş AZ-144715 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 arasında 18 iyun 1969-cu il tarixdə nikah bağlanmış və həmin nikah 1279 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. AZ-İİ 148124 nömrəli, 12 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 29 dekabr 2020-ci ildə ölmüşdür. AZ-İ 719364 nömrəli, 11 fevral 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Əminə Nəcəfqulu qızı 04 mart 1984-cü ildə ölmüşdür. AZ-İİ 334560 nömrəli, 15 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseyn Şahpələng oğlu 07 fevral 2023-cü ildə ölmüşdür. Bakı şəhəri 18 saylı Notariat Ofisinin 2V-175,176 nömrəli vərəsəlik işindən görünür ki; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi ilə müəyyən edilidir ki, iddiaçılar Cavabdeh3 və digərləri cavabdehlər İddiaçı1 və digərlərinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyun 2019cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpələng oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, X3, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2 qızı, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər İddiaçı1 və Hüseyn Şahpələng oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6264/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1145/2023 saylı qərarı ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı1 və onun vəkili X13 əlavə kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-220/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1145/2023 saylı qərarından cavabdeh İddiaçı1 və onun vəkili X6 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi qanuni qüvvəsi almış, xx.xx.2022-ci iİ tarixdə verilmiş 2/QG1K 287/2022 nömrəli icra vərəqəsinə əsasən Baki şəhəri, Binəqədi rayqnu, Novxani kəndi, 223 saylı (keçmiş 2998) bağ sahəsinə (üzərindəki tikililər) ünvanında yerlşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə dair müvafiq cavabdehlərin hər biri miras əmlakdan 1/16 və 1/48 irs almalı barədə 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq 14 iyul 2023-cü il tarixli 2V -175 reyestr və 2V -176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/16 irs almalıdır. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/48 hissədə pay almalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 (0.25 ha) Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 (0.25 ha) Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə üzrə məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bakı şəhəri 18 saylı Notariat Ofisinin alqı-satqı müqaviləsi üzrə 4Ə-125 nömrəli notariat işində olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh10 bütün əmlak və hüquqlarını Cavabdeh16 etibar etmişdir. 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh10 mülkiyyətində olan 1/6 hissəsini 2000 manata Cavabdeh6 satmış, Cavabdeh15 mülkiyyətində olan 1/6 hissəsini 2000 manata Cavabdeh6 satmış və Cavabdeh16 mülkiyyətində olan 1/6 hissəsini 2000 manata Cavabdeh6 satmışlar. Bakı şəhəri 18 saylı Notariat Ofisinin bağışlama müqaviləsi üzrə 4Ə-126 nömrəli notariat işində olan 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh4 mülkiyyətində olan 1/6 hissə və Cavabdeh8 mülkiyyətində olan 1/6 hissəni anaları olan Cavabdeh3 bağışlamışlar. Bakı şəhəri 18 saylı Notariat Ofisinin bağışlama müqaviləsi üzrə 4Ə-127 nömrəli notariat işində olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 bütün əmlak və hüquqlarını X7 etibar etmişdir. 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh2 mülkiyyətində olan 1/6 hissəni bacısı olan Cavabdeh7 bağışlamışlar. Bakı şəhəri 18 saylı Notariat Ofisinin alqı-satqı müqaviləsi üzrə 4Ə-128 nömrəli notariat işində olan 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh17 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmış, Cavabdeh14 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmış və Cavabdeh18 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmışlar. Bakı şəhəri 18 saylı Notariat Ofisinin bağışlama müqaviləsi üzrə 4Ə-129 nömrəli notariat işində olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh9 bütün əmlak və hüquqlarını Cavabdeh1 etibar etmişdir. 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh1 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamış, Cavabdeh11 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamış və Cavabdeh9 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamışlar. Bakı şəhəri 18 saylı Notariat Ofisinin alqı-satqı müqaviləsi üzrə 4Ə-130 nömrəli notariat işindən olan 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən paylı mülkiyyət üzrə Cavabdeh5 mülkiyyətində olan 1/16 hissəsini (0.015625 ha) 2000 manata Cavabdeh7 satmış, Cavabdeh13 mülkiyyətində olan 1/16 hissəsini (0.015625 ha) 2000 manata Cavabdeh7 satmışdır. İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixli ərizələrinə Bakı şəhəri 18 saylı Notariat Ofisindən verilmiş 16 fevral 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 223 saylı (keçid 299B) bağ sahəsi ilə bağlı Hüseyn Şahpələng oğunun adına 25.05,2019-cu il tarixdə 2V-172 reyestr nömrə ilə qeydiyyatdan keçmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Hüseyn Şahpələng oğunun adına verilmiş çıxarış, həmin çıxarış əsasında İddiaçı1 adına 04.12,2019-cu il tarixdə 4Ə-411 reyestr nömrə ilə qeydiyytdan keçmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilə əsasında İddiaçı1 adına verilmiş çıxarış Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-287/2022 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6264/2022 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 1145/2023 nömrəli qərarına əsasən cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6264/2022 Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2023-cü il tarixli 13(102)-220/2023 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1145/2023 nömrəli qərarından İddiaçı1 və vəkili X6 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata-a dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2018-ci il tarixli 261 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatahn 7-ci bəndinə əsasən notariat fəaliyyətinin tənzimlənməsində mütərəqqi sayılan əhəmiyyətli dəyişikliklər edilmişdir: Belə ki, notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir, vəkilə isə notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri onun yazılı sorğusu, orderi və ya orderini notariat qaydasında təsdiq edilmiş surəti əsasında verilir.”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən İddiaçı1 müraciətinə verilmiş 01 aprel 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməməsi barədə müraciətinizə baxılmışdır. Bildirilmişdir ki, müvafiq əmlaka dair xx.xx.2019-cu ildə Bakı şəhəri 18 saylı notariat ofisində atanız Hüseyn Şahpələng oğluna vərəsəlik şəhadətnaməsi verilmiş, sonuncu isə xx.xx.2019-cu ildə həmin əmlakı Sizə bağışlamışdır. Sonradan miras qoyan Əminə Nəcəfqulu qızının mirasdan pay almamış vərəsələri (Cavabdeh3 və digər şəxslər) sözügedən vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsinin etibarsızlığı, habelə mirasın tam olaraq özləri tərəfindən qəbulu tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək hər birinin payı 1/16 hissədən ibarət olmaqla ümumilikdə 16 vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan əlavə sonuncu qərardan tərəfinizdən verilmiş əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardada əsasən imtina edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxışmamış saxlanılır. Bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə adıçəkilən notariat ofisində Cavabdeh3 və digər şəxslərə miras əmlaka dair yeni vərəsəlik şəhadətnamələri verilmişdir. "Notariat haqqında” Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs notariat ofisinin yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. İzah olunmuşdur ki, qanunvericiliyə uyğun qaydada vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Eyni zamanda həmin Qanunun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Həmçinin, notariat hərəkətləri barədə sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir. Nəzərə alınması xahiş edilmişdir. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin 17 aprel 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı1 və İddiaçı2 Hüseyn qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinə daxil olmuş müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-1VQ nömrəli Qanununun 7.10-cu maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vətəndaş İddiaçı1 və İddiaçı2 Hüseyn qızının müraciətinə baxılması ilə əlaqədar verilmiş 04 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı massivi ünvanında yerləşən sahəsi 0,25 ha olan 223/299 nömrəli bağ sahəsinə dair çıxarışın surətinin verilməsi, həmçinin həmin çıxarışın ləğv edilməsi ilə bağlı qərarın qəbul olunması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət" mərkəzindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxıl olmuş 8 aprel 2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, müraciətdə qeyd edilmiş daşınmaz əmlak üzərində digər şəxsin hüquqlarının dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında qanunamüvafiq qaydada aparılmışdır. Nəzə çatdırılmışdır ki, ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2 4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sözügedən Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron şəkildə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 5 nömrəli Qərarının tələblərinə uyğun olaraq arayışların verilməsi İlə bağlı hesablanmış xidmət haqqı ödənilməklə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edildiyi təqdirdə verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Madə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Təqdim olunmuş iddia aşağıdakı tələblərdən ibarətdir: - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair cavabdehlər Cavabdeh3, Cavabdeh4, X22, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-175 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair cavabdehlər Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; -14 iyul 2023-cü il tarixdə 2V-175 və 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bakı şəhəri, ünvan 3 (0.25 ha) cavabdelər Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi; - xx.xx.2024-cü il tarixli reyestrdə 4Ə-125 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə-126 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-127 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-128 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı- satqı müqaviləsi”, 4Ə-129 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və 4Ə-130 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması; (4Ə-126 nömrəli notariat işinə əsasən Cavabdeh4 mülkiyyətində olan 1/6 hissə və Cavabdeh8 mülkiyyətində olan 1/6 hissəni anaları olan Cavabdeh3 bağışlamış, 4Ə-127 nömrəli notariat işinə əsasən Cavabdeh2 bütün əmlak və hüquqlarını X7 etibar etmiş etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan 1/6 hissəni bacısı olan Cavabdeh7 bağışlamış, 4Ə-128 nömrəli notariat işinə əsasən Cavabdeh17 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmış, Cavabdeh14 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmış və Cavabdeh18 mülkiyyətində olan 1/48 hissəsini 1000 manata Cavabdeh3 satmış, 4Ə-129 nömrəli notariat işinə əsasən Cavabdeh9 bütün əmlak və hüquqlarını Cavabdeh1 etibar etmiş etibarnamə əsasında Cavabdeh1 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamış, Cavabdeh11 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamış və Cavabdeh9 mülkiyyətində olan 1/6 hissəni (0,015625 ha) anası olan Cavabdeh12 bağışlamış, 4Ə-130 nömrəli notariat işinə əsasən Cavabdeh5 mülkiyyətində olan 1/16 hissəsini (0.015625 ha) 2000 manata Cavabdeh7 satmış, Cavabdeh13 mülkiyyətində olan 1/16 hissəsini (0.015625 ha) 2000 manata Cavabdeh7 satmışdır); -İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi. Məhkəmə qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən diqqətə alınmalı məqam ondan ibarətdir ki, vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, vərəsəlik hüququ ilə bağlı mübahisələrə baxılarkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. İşin müəyyən edilən hallarına əsasən iddiaçılar xx.xx.1984-cü il tarixdə vəfat etmiş nənələri Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Əminə Nəcəfqulu qızı cavabdehlərdən əlavə həm də iddiaçıların doğma nənəsidir. O, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyn qızının doğma ataları Hüseyn Şahpələng oğlunun doğma anasıdır. xx.xx.2019-cu il tarixdə iddiaçıların atası Hüseyn Şahpələng oğluna vərəsəlik şəhadətnaməsi verilmiş, sonuncu isə xx.xx.2019-cu il tarixdə əmlakı İddiaçı1 bağışlamışdır. xx.xx.2023- cü il tarixdə cavabdehlərə Cavabdeh3 və digərlərinə miras əmlaka dair vərəsəlik şəhadətnamələri verilmişdir. xx.xx.2024- cü il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat kontoruna müraciət etdikdən dərhal sonra cavabdehlər arasında xx.xx.2024-cü il tarixdə paylı mülkiyyətlərində olan hissələrinə dair iddiada qeyd olunan əqdləri rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, iddiaçılar Cavabdeh3 və digərləri cavabdehlər İddiaçı1 və digərlərinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpələng oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, X3, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2 qızı, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər İddiaçı1 və Hüseyn Şahpələng oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6264/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1145/2023 saylı qərarı ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı1 və onun vəkili X13 əlavə kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-220/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1145/2023 saylı qərarından cavabdeh İddiaçı1 və onun vəkili X6 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı icra vərəqəsi ilə və sözü gedən qətnamə icra edilməsi üçün göndərilmiş və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə, xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/16 irs almış, bundan əlavə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/48 hissədə pay almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən isə Bakı şəhəri, ünvan 3 (0.25 ha) Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçılar iddiada tələbində göstərilən xüsusatlara əsasən Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair 14 iyul 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-175 və 2V- 176 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və bu şəhadətnamələr əsasında dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqularına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə sözügedən əmlaka dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasını tələb edirlər. Buna görədə məhkəmə ilk növbədə Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-175 və 2V-176 reyestr nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Mirası bu və ya digər formada qəbul etmiş şəxsin hüquqları vərəsəlik şəhadətnaməsinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsi ilə rəsmiləşdirilir. Yəni vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun (Mülki Məcəllənin 1321-cü maddəsi). Qanunverici mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması müddətini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş üzrə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh3 və digərləri cavabdehlər İddiaçı1 və digərlərinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyun 2019cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpələng oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, X3, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2 qızı, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi qanuni qüvvəsi almış, xx.xx.2022-ci iİ tarixdə verilmiş 2/QG1K 287/2022 nömrəli icra vərəqəsinə əsasən Baki şəhəri, Binəqədi rayqnu, Novxani kəndi, 223 saylı (keçmiş 2998) bağ sahəsinə (üzərindəki tikililər) ünvanında yerlşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə dair müvafiq cavabdehlərin hər biri miras əmlakdan 1/16 və 1/48 irs almalı barədə 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq 14 iyul 2023-cü il tarixli 2V -175 reyestr və 2V -176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Göründyü kimi yuxarıda qeyd olunan mülki iş üzrə cavabdeh olmuş İddiaçı1 birinci və apellyasiya instansiyalarında keçirilən məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsının Mülki kollegiyasının qərarından isə əlavə kassasiya şikayəti vermişdir. Butün bu hallar ona dəlalət edir ki, iddiaçılar mübahisəli şəhadətnamələrin verilməsinə əsas olmuş məhkəmə aktlarından və bundan sonra cavabdehlərə verilmiş 14 iyul 2023-cü il tarixli 2V -175 reyestr və 2V -176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrdən məlumatlı olmuşlar. Bundan 7 ay sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə 18 saylı notariat ofisinə, 9 ay sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Aqentliyinə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnamələri və həmin sahəyə verilmiş daşınmaz əmlkaın dövlət reyetrindən çıxarışla bağlı müraciətlər etmişlər və onlara yuxarıda qeyd olunan cavablar verilmişdir. Məhkəmə Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə icra sənədi verildikdən sonra, iddiaçılar ən azından 16.02.24-cü ildə 18 saylı notarusa müraciət edərkən artıq mübahisəyə əsas verən şəhadətnamələrdən məlumatlı olmuş və bundan yalnız 5 ay sonra xx.xx.2024-cü ildə iddia qaldırmaqla qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Belə ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ ….Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).”. Məhkəmə yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçılar mirasın qəbul ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildikləri gündən iki ay ərzində bununla bağlı mübahisə açmadıqlarından bu hüququ itirmişlər. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Buna görədə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair cavabdehlər Cavabdeh3, Cavabdeh4, X22, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-175 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair cavabdehlər Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi hissələri təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 14 iyul 2023-cü il tarixdə 2V-175 və 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bakı şəhəri, ünvan 3 (0.25 ha) cavabdelər Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2024-cü il tarixli reyestrdə 4Ə-125 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə-126 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-127 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-128 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı- satqı müqaviləsi”, 4Ə-129 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və 4Ə-130 nömrə ilə qeyd edilmiş "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması, habelə İddiaçı1 və İddiaçı2 xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi hissələrini də əsassız sayır. Belə ki, bu tələblərin qanuniliyi və əsaslılığı bilavasitə 14 iyul 2023-cü il tarixli 2V-175 və 2V-176 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlı olub-olmaması ilə bağlıdır. Sözügedən şəhadətnamələr etibarsız hesab edilmədiyindən yuxarıda qeyd olunan tələblərin də təmin edilməsi üçün başqa qanuni və əsaslı şərtlər mövcud deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4599/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4599/2024
07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver