Məhkəmə qərarları › İş №e-2(001)-4630/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4630/2023

30.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4630/2023 30.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoru, Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X22 verdiyi 2V-103 reyestr nömrəli 20 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasmda ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verimiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11m miras əmlakı olan ünvan 1 ünvanında yerbşən mənzildə və “ACCESSBANK" QSC-nin Binəqədi fililalının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən ohınması, ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydə alınaraq, müvafiq çıxarışın verilməsi, Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxardılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X16 verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 miras əmlakı olan ünvan 3 ünvanında yerləşən mənzildə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən olunması-ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, müvafiq çıxarışın verilməsi-Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarıdılaraq, mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının X6 xx.xx.1942-ci ildə X17 ilə nikaha daxil olmuşdur. Onların bu evliliyindən xx.xx.1945-ci il təvəllüdlü X26 və xx.xx.1948-ci il təvəllüdlü X18 anadan olmuşdur. X65, həm də Enfira Hümbətova vəfat etmişlər. Cavabdeh1 mərhum Valeh Hümbətovun qızıdır, mərhum Enfira Hümbətova isə Cavabdeh1 bibisidir. Enfira Hümbətovanın özünün ailəsi olmamışdır. İddiaçının atası X2 Suqra Adışirin qızından ayrılaraq, anası X31 ilə evlənmişdir. Onların bu evliliyindən xx.xx.1957-ci ildə iddiaçı və xx.xx.1960-cı idə isə bacısı Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur. X6 xx.xx.1998-ci ildə vəfat etmişdir. Hazırkı iddiası iddiaçının mərhum bacısı X7 mirası ilə bağlıdır. O, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun miras əmlakı ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakdan və "xxxx" QSC-nin Binəqədi fılilalında olan cəmi 72.039,63 manat puldan ibarətdir. Bu miras əmlaka dair cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, aşağıdakılara görə, bu şəhadətnamə qanunsuzdur. X24 miras əmlakı olan mənzilini onun ölümündən sonra vərəsələrdən ancaq iddiaçı faktiki olaraq qəbul edərək sahiblənmişdir və həmin evdə yaşamağa başlamışdır. İddia ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, Binəqədi rayon prokurorluğunun stajoru X4 rayon prokurorluğunda araşdırılan C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş X7 yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir. Notariat işindən müəyyən olunur ki, Cavabdeh1 notariusa xx.xx.2019-cu i tarixdə ərizə ilə müraciət etmişdir. Daha sonra, o, 2019-cu ilin sonlarında iddiaçı həmin vaxt evdə olmamağından istifadə edərək, mənzilin qıfılını sındıraraq, rnənzilə daxil olmuş, sonra isə iddiaçının mənzilə daxil olmağına imkan (icazə) verməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən edimiş 3 aylıq müddət daxilində mirası qəbul etmələrinə dair nə faktiki və nə də rəsmi hərəkətləri etməmişlər. Belə olan halda, miras əmlaka dair verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuni hesab etmək mümkün deyildir. Notariat işində olan Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsinin 6-cı vərəqinin 1-ci abzasında yazılıb: Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarının 31-ci səhifəsində X24 adına verilmiş doğum şəhadətnaməsinin surəti olduğuna (birinci instansiya məhkəməsinin özü də bu sənədə mötəbər sübut kimi istinad etmiş və həmin şəhadətnamənin doğruluğu cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir) görə iddiaçının mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yoxdur". Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, neçə illərdir ki, bu mübahisə ilə bağlı məhkəmələr gedir. Ali məhkəməyə qədər iş gedib və məhkəmə qətnamələri cavabdehlərin xeyrinə nəticələnmişdir. Belə ki, iddiaçıya Hümbətov Hümbət atalıq verməmişdir. İddiaçının təqdim etdiyi sənədlər hamısı saxtadır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoru, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X27 bildirdi ki, Xalidi 2022-ci il tarixdən tanıyır. Enfira xanım sözügedən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırdı. O, həmin binanın komendantı işləmişdir. Xalid arvadı ilə Enfiragilə gəlib getdiyini görmüşdür. Enfira öləndən sonra Kəmalə adında şəxs ortalığa çıxmışdır. Enfira öləndə meyidi 3 gün mənzildə qalmışdır. Xalid gəlib meyidi aparıb basdırmışdır. Məhkəmədə şahid X33 bildirdi ki, iddiaçı onun atasıdır. Babasını sağlığından tanıyırdı. Babası Hümbət 1998-ci ildə rəhmətə getmişdir. Babası ölən günə qədər onlarla birgə yaşamışdır. Enfira babasının ögey qızı olub. Lakin buna baxmayaraq daimi bir biriləri ilə qohumluq əlaqələrində olublar, bibisinə daima qulluq etmişdir. Bibisi 2019-cu ilin aprel ayında rəhmətə getmişdir. Bibisini Bərdə rayonunda dəfn etmişlər. Bibisi ölməmişdən əvvəl bütün sənədləri atasına təqdim etmişdir. Bibisinin yas mərasiminə qədər Kəmalə adlı şəxsi tanımamışdır. Bibisi öləndən sonra sözügedən mənzildə o yaşamış və bütün komunal xərcləri o, ödəmişdir. Məhkəmə tərəflərin nümayəndələrini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, X7 adına Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1d, mənzil 36 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2a, mənzil 7 X7 adına qeydiyyata alınmışdır, lakin 1 saylı DNK-nın 4ə1-265 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində keçmişdir. Eyni zamanda X7 adına ünvan 7 ünvanda yerləşən mənzil Bərdə rayonu, 1 saylı notariat kontorunun xx.xx.2015-ci ildə verdiyi 4Ə-70 saylı alqı-satqı müqaviləsinə əsasən X19 mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, b 1d, mənzil 36 giriş 2 xüsusi mülkiyyət hüququ əsasında X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X7 "xxxx" QSC-də AZ3ACAB******************** nömrəli çari hesabında 22039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsait var. İş materiallarında olan İ-İE № 421522 saylı, xx.xx.1957-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bərdə rayonunda anadan olmuş, ata qrafasında X28, ana qrafasında X34 qeyd edilmişdir. İş materiallarında olan Vİİİ-JQ № 446466 saylı, xx.xx.1982-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.1948-ci ildə Bərdə rayonunda anadan olmuş, ata qrafasında X28, ana qrafasında X20 qeyd edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qohumluq faktının təsdiq edilməsinə” dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək, ikinci iddia tələbi qohumluq faktının təsdiq edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, 28 may 1948-ci ildə anadan olmuş X7 İddiaçı bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə qərardad çıxarılması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 9 ünvanı 11 saylı notariat kontorunun 2v-103 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1Valeh qızının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi; ünvan 10 ünvanında qeydiyyatda olan qardaşının qızı Cavabdeh1 və o, miras əmlakı irs almalıdır. DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X9 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB******************** nömrəli çari hesabında 22039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsaitlərdən ibarətdir. İş materiallarındda olan AZ-İİ № 027829 saylı, xx.xx.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,, 2(043)-2384/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, ərizəçi xx.xx.1970-ci il tarixində doğulmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixində vəfat etmiş mərhum X7 qardaşı qızı olması faktı müəyyən olunmuşdur. İş materiallarında olan AZ-№509675 saylı, xx.xx.1963-cü il tarixli “Doğum haqqında şəhadətnamə”sinin surətindən görünür ki, X12 xx.xx.1960-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, ata qrafasında X25, ana qrafasında X35 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2623/21 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2041/2020 saylı nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan №104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, X36 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında X37 qeyd edilmiş ata qrafası boş saxlanılmışdır. İş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, 01 iyul 1923-cü ildə Bərdə rayonu, Mustaağalı kəndində anadan olmuş X13 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01 yanvar 1942-ci ildən 18 mart 1990-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya” sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X13 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X25 ilə X14 xx.xx.1942-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Habelə, həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” AR Qanununun 58-ci maddəsinin 3-cü abzasına əsasən Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin Qanunun 59-cu maddəsinin 1-ci abzasına görə Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, miras qoyanın ölümü ilə 1 potensial vərəsədən yalnız Cavabdeh1 mirası qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 Rəfiqə Kərim qızından miras qalan ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB******************** nömrəli çari hesabında 22039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsaitlərdən irs almışdır. Hazırda iddiaçı Enfira Hümbətovanın qardaşı oğlu qeyd etdiyini bildirsə də, iş materiallarından görünür ki, atalığı X25 iddiaçıya rəsmi qaydada atalıq verməmişdir. Bu hal iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş №104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışdan da görünür ki, X36 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında X37 qeyd edilmiş ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı, atalığı-X15 doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir, bir sözlə o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz. Halbuki, mülki prosessual qanunvericiliyinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152. 157, 220-221-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar