Məhkəmə qərarları › İş №e-2(001)-4644/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4644/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4644/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 36223 saylı müqaviləyə əsasən borclu, “ERA Electronics” mağasından kreditlə 1115.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 62 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, 40721 saylı müqaviləyə əsasən borclu, “ERA Electronics” mağazasından kreditlə 339.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 28 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” mağazası arasında bağlamış olduğu xx.xx.2022-ci il tarixli, 36223 saylı və xx.xx.2023-cü il tarixli, 40721 saylı müqavilələrin tələblərini pozaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borclu Cavabdeh “ERA Electronics” mağazasına olan borcunun ödənilməsi barədə ona dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o, “ERA Electronics” mağazasına olan borcunu 4 aydan çox müddətdir ki, ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 19 manat məbləğində ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics” mağazasına olan borcu 286.99 manat əsas və 30 manat cərimə və 86.99 manat əsas və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 413.98 manat təşkil edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə xx.xx.2022-ci il tarixli, 36223 saylı müqaviləyə əsasən 286.99 manat əsas və 30 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, 40721 saylı müqaviləsinə əsasən 86.99 manat əsas və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 413.98 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 36223 nömrəli və xx.xx.2023-cü il tarixli, 40721 nömrəli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə müvafiq olaraq müqavilələr üzrə 18 ay müddətinə, hər ay 62 manat ödəmək şərti ilə, dəyəri 1115.99 manat olan məişət avadanlığı və 12 ay müddətinə, hər ay 28 manat ödəmək şərti ilə, dəyəri 339.99 manat olan məişət avadanlığı satılmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 36223 nömrəli müqaviləyə əsasən 286.99 manat əsas və 30 manat cərimə borcu olmaqla, cəmi 316.99 manat məbləğində borcu və xx.xx.2023-ci il tarixli 40721 nömrəli müqaviləyə əsasən 86.99 manat əsas və 10 manat cərimə borcu olmaqla, cəmi 96.99 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı (“ERA Electronics”) tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı (“ERA Electronics”) ilə bağladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli 36223 nömrəli müqaviləyə əsasən 286.99 manat əsas və 30 manat cərimə borcu və xx.xx.2023-ci il tarixli 40721 nömrəli müqaviləyə əsasən 86.99 manat əsas və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 413.98 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 36223 nömrəli müqaviləyə əsasən 286.99 manat əsas və 30 manat cərimə borcu və xx.xx.2023-ci il tarixli 40721 nömrəli müqaviləyə əsasən 86.99 manat əsas və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 413.98 (dörd yüz on üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı (“ERA Electronics”) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar