Məhkəmə qərarları › İş №e-2(001)-4741/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4741/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4741/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone 14 Pro” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 178 manat olmaqla, cəmi 2128.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 13 dekabr 2023-cü il tarixdə 178 manat ödəniş etmiş, qalıq qalmış 1950.90 manat borcu qaytarmamışdır. 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone 14” markalı telefona və təraş alətinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 132 manat olmaqla, cəmi 2358.40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 13 dekabr 2023-cü il tarixdə 228 manat ödəniş etmiş, qalıq qalmış 1469.80 manat borcu qaytarmamışdır. 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefona, akkumluyatora və aksessuarlara görə 6 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla, cəmi 397.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 13 dekabr 2023-cü il tarixdə 67 manat ödəniş etmiş, qalıq qalmış 129.90 manat borcu qaytarmamışdır. 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla, cəmi 314.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 13 dekabr 2023-cü il tarixdə 27 manat ödəniş etmiş, qalıq qalmış 233.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı göstərilənləri nəzərə alaraq, 13 iyul 2024-cü il tarixinə yaranmış 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1950.90 manat əsas, 585.20 manat cərimə borcu olmaqla, cəmi 2536.10 manat borcun, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1469.80 manat əsas, 440.90 manat cərimə borcu olmaqla, cəmi 1910.70 manat borcun, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129.90 manat əsas, 38.90 manat cərimə borcu olmaqla, cəmi 168.80 manat borcun və 19 avqust 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 233.90 manat əsas, 70.10 manat cərimə borcu olmaqla, cəmi 304 manat borcun, ümumilikdə dörd müqavilə üzrə 3784.50 manat əsas, 1135.10 manat cərimə borcu olmaqla, cəmi 4919.60 manat məbləğində borcun və 69.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 12 ay müddətinə aylıq 178 manat ödəmək şərti ilə “İphone 14 Pro” markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 09 may 2023cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 18 ay müddətinə aylıq 132 manat ödəmək şərti ilə “İphone 14” markalı telefon və təraş aləti satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 10 iyul 2023cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 6 ay müddətinə aylıq 67 manat ödəmək şərti ilə “Samsung” markalı telefon, akkumluyator və aksessuarlar satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 12 ay müddətinə aylıq 27 manat ödəmək şərti ilə “Samsung” markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1950.90 manat əsas, 585.2 manat (cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %) cərimə borcu olmaqla, cəmi 2536.10 manat, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1469.80 manat əsas, 440.9 manat (cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %) cərimə borcu olmaqla, cəmi 1910.7 manat, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129.90 manat əsas, 38.9 manat (cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %) cərimə borcu olmaqla, cəmi 168.8 manat və 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 233.90 manat əsas, 70.10 manat (cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %) cərimə borcu olmaqla, cəmi 304 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1950.90 manat əsas borc, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1469.80 manat əsas borc, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129.90 manat əsas borc və 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 233.90 manat əsas borc olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3784.50 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə əsas borcun 10%-i miqdarında, yəni 195 manat cərimə borcu, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcun 10%-i miqdarında, yəni 147 manat cərimə borcu, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcun 10%-i miqdarında, yəni 13 manat cərimə borcu və 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə əsas borcun 10%-i miqdarında, yəni 23 manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 378 manat məbləğində cərimə borcu tutulmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1950.90 manat əsas borc və 195 manat cərimə borcu, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1469.80 manat əsas borc və 147 manat cərimə borcu, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129.90 manat əsas borc və 13 manat cərimə borcu və 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 233.90 manat əsas borc və 23 manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 4162.50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 19 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1950.90 manat əsas borc və 195 manat cərimə borcu, 09 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1469.80 manat əsas borc və 147 manat cərimə borcu, 10 iyul 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 129.90 manat əsas borc və 13 manat cərimə borcu və 19 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 233.90 manat əsas borc və 23 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 4162.50 (dörd min yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 69.19 manat dövlət rüsumunun 85%, yəni 58.8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 15%, yəni 11.10 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar