Məhkəmə qərarları › İş №e-2(001)-4745/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4745/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4745/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında 2562 manat məbləğində pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında 2562 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin şifahi vəsatəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu verilmiş və sorğuda aşağıdakılar göstərilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar Cavabdeh münasibətdə qəbul edilmiş İnzibati tənbeh haqqında qərarın və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış müqavilənin təsdiq olunmuş surətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilir. Belə ki, İnzibati tənbeh haqqında qərar iddia ərizəsinə ümumiyyətlə əlavə edilməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış müqavilə isə oxunması mümkün olmayan şəkildə əlavə edilmişdir. İzah edilir ki, tələb olunan sübutları məhkəməyə təqdim etmək və ya sübutların təqdim edilməsi mümkün olmadıqda, sorğu alınan gündən 5 gün müddətində məhkəməyə məlumat vermək vəzifəsini daşıyırsınız. Eyni zamanda bilidirilir ki, növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 12:30-a təyin edilmiş və sorğuya cavabın həmin tarixədək alınması işə mahiyyəti üzrə baxılması üçün zəruridir.”. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aşağıdakı məzmunda ərizə daxil olmuşdur: “ ... Sizin tərəfinizdən edilmiş 13 sentyabr 2022-ci il tarixli sorguda "xxxx" ASC-dən bir neçə sənədlərin, o cümlədən Cavabdeh münasibətdə qəbul edilmiş İnzibati tənbeh haqqında qərarın surətinin təqdim olunması tələb olunur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu işlə bağlı bizdə olan qovluqda hadisənin səbəbkarı olan hərəkətin digər iştirakçısı “Tofaş” markalı, 10TB487 d.q.n. kran avtomaşının sürücüsü Cavabdeh barəsində AR DİN BDYPİ-si tərədindən İnzibati Xətalar Məcəlləsinin 151.5.-ci maddəsi ilə (köhnə redaksiyada) tərtib olunmuş AYP 068657 №li xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında protokol vardır ki, həmin protokolun surəti məhkəməyə təqdim edilmişdir. Məlumdur ki, edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş İXM-nin 360-cı maddəsinə görə 151.5.-ci maddəsi ilə tprətmiş xəta barədə şəxslər barəsində qərarın qəbul edilməsi məhkəmələrə aid olmuşdur. Lakin məhkəmənin qərarı bizə təqdim olunmamışdır. Sorğunuza müvafiq olaraq ASC tərəfindən həmin qərarın əldə edilməsi üçün inzibati xəta vaş verdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə və Azərbaycan Respublikası Daxili Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İmtahan və Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alıb, Cavabdeh barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın əldə edilməsi üçün hazırkı işlə bağlı məhkəmə iclasını bir ay müddətinə təxirə salınmasını Sizdən xahiş edirəm”. Məhkəmə tərəfindən ərizədə qeyd olunanlar nəzərə alınmış və məhkəmə baxış iclası növbəti dəfə 1 aydan artıq müddətə - xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Lakin həmin tarixdə nə məhkəməyə hər hansı sənəd təqdim edilmiş, nə də ki, tərəflər məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında 2562 manat məbləğində pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar