Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-475/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bakı Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bakı Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi Tofaş Şahin markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Sığorta ASC-də avtokasko risklərindən sığortalanmış Toyota Rav 4 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir və onun barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində Toyota Rav 4 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 964,23 manat məbləğində müəyyən edilmiş, həmin zərər məbləğindən 200 manat azadolma məbləği çıxılmaqla 764,23 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Rav 4 markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan müəyyən olunur ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində Toyota Rav 4 markalı, **-SR-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 964,23 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktından və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, ASC öndən zərər məbləğindən 200 manat azadolma məbləği çıxılmaqla 764,23 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Bakı Sığorta ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 764,23 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cabdehdən tutularaq geri ödənilməsi tələb edilmişdir. Ona görə də, Cavabdeh subroqasiya qaydasında iddiaçı Bakı Sığorta ASC-nin xeyrinə dəymiş ziyana görə 764,23 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Bakı Sığorta ASC-nin nümayəndəsi İlkin Xəlilov ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında vurulmuş maddi ziyana görə 764,23 manatı sığorta şirkətinə hissə-hissə ödəyəcəyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Avtonəqliyyat vasitələrinin tam sığortası haqqında ********** saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2021-ci il olan Toyota Rav 4 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Bakı Sığorta ASC-də tam səğorta növündə sığortalanmış sığorta məbləği 58000 manat, sığorta haqqı 995 manat, azadolunma məbləği 400 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Bakı Sığorta ASC-də ********** saylı sığorta şəhadətnaməsinə əsasən, avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmış **-SR-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 964,23 manat, sığorta ödənişi 764,23 manat müəyyən edilmiş, 764,23 manat zərər məbləği avtomobilin təmiri üçün X5 MMC-nin hesabına köçürülmüşdür. Bakı Sığorta ASC-nin zərərin hesablanması aktından müəyyən olunur ki, **-SR-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün 718,79 manat, əmək haqqına görə 245,44 manat olmaqla görülmüş işlərin dəyəri cəmi 964,23 manat təşkil edir. Bakı Sığorta ASC-nin 1T0010379 saylı ödəniş tapşırığından müəyyən olunur ki, Bakı Sığorta ASC tərəfindən X5 MMC-nin hesabına ödənilməli olan məbləğ 764,23 manat müəyyən olunmuşdur. AE N 157158 saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-SR-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir. BA142065 saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-RG-*** dövlət qeydiyyat nişanlı Tofaş Şahin markalı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli ƏN Vİİ №395650 saylı etibarnamədən müəyyən olunur ki, **- SR-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsi X3 tərəfindən X2 müddətli və əvəzi ödənilmədən istifadəyə verilmişdir. Xətai RPİ DYPŞ-nın xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli İXP4743519 saylı inzibati protokola baxılaraq Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmiş, törədilmiş inzibati xəta nəticəsində **-SR-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən edilmişdir. Bakı Sığorta ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli BS-S-22/4456 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh mülki məsuliyyəti Bakı Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamış və ödənilmiş məbləğdən 764,23 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 764,23 manat məbləğində vəsaitin 5 gün ərzində Bakı Sığorta ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinə 964,23 manat ziyan vurmuş, vurulmuş ziyanın 764,23 manatını, cavabdehin mülki məsuliyyətini icbari sığorta müqaviləsinə əsasən sığortalamış X5 MMC ödəmiş, 764,23 manatı iddiaçı ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya 764,23 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisəsinin baş verməsində Cavabdeh təqsiri sübuta yetdiyindən, araşdırma zamanı cavabdeh iddia tələbini etiraf etdiyindən iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 764,23 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 794,63 manat Bakı Sığorta ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-475/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-475/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver