Məhkəmə qərarları › İş №e-2(001)-4776/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4776/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4776/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********73112 olan Samsung galaxy A10 markalı telefon üçün 268 manat ödənilməmiş hissə, 26 manat cərimə, 11 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən Vega - Yumsaq – Kunc divan üçün 1.048 manat ödənilməmiş hissə, 104 manat cərimə, 11 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 809 manat ödənilməmiş hissə, 80 manat cərimə, ümumilikdə 2.335 manat borc, 43.35 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin İddiaçı MMC ilə 18 noyabr 2019cu il, 11 yanvar 2020-ci il, 11 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********73112 olan Samsung galaxy A10 markalı telefon, Vega - Yumsaq – Kunc divan, LG LED TV üçün 2.335 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 294 manat olmaqla, ondan 268 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə miqdarında borc yaranmışdır. 11 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.104 manat (24 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan Vega - Yumsaq – Kunc divan üçün ümumilikdə 1.152 manat olmaqla, ondan 1.048 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104 manat cərimə, 11 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 844,8 manat (24 ay x 35.2 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə 889 manat olmaqla, ondan 809 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 267,8 manat təşkil edir. Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri 27 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilələt və əlavələri, bildiriş, əşyaların təhviltəslim aktları və ödəniş cədvəllərindən ibarətdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(001)-1288/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat materiallarının iddia icraatına keçirilməsi qərara alınmışdır. Həmin Məhkəmənin 20 iyun 2022-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul etdiyini, əsas borc ilə razı olduğunu, cərimə ilə razı olmadığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin xahişini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 01059905 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 444 manat olan “Samsung Galaxy A10” markalı məhsul yeni qızıl zəmanət və quraşdırma xidməti ilə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 18 noyabr 2029-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01059905 saylı müqaviləyə əsasən məhsulu tam qüsursuz halda İddiaçı MMCdən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 20028915 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.104 manat olan “Vega-Yumşaq- Künc-Sol-Sungerli” məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 11 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20028915 saylı müqaviləyə əsasən məhsulu tam qüsursuz halda İddiaçı MMCdən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 20028959 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 844,8 manat olan “LG LED” markalı məhsul yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 11 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20028959 saylı müqaviləyə əsasən məhsulu tam qüsursuz halda İddiaçı MMCdən təhvil almışdır. 27 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 06 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 268 manat, cərimə 68 manat olmaqla, cəmi 294 manat məbləğində borcu, 11 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1.048 manat, cərimə 104 manat olmaqla, cəmi 1.152 manat məbləğində borcu, 11 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 809 manat, cərimə 80 manat olmaqla, cəmi 889 manat məbləğində borcu var. Cavabdeh ümumilikdə borcu 2.335 manat təşkil edir. 30 iyun 2021-ci il və 09 may 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 43,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə İddiaçı MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə cavabdehə cərimə ilə birlikdə 2.335 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 43,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilələr üzrə cərimənin ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 18 noyabr 2019-cu il tarixli, 01059905 saylı, 11 yanvar 2020-ci il tarixli, 20028915 saylı və 11 yanvar 2020-ci il tarixli, 20028959 saylı müqavilələr üzrə cərimələrin məbləğləri tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, cərimələrin məbləğləri azaldılaraq 01059905 saylı müqavilə üzrə 10 manat, 20028915 saylı müqavilə üzrə 30 manat, 20028959 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 noyabr 2019-cu il tarixli, 01059905 saylı müqavilə üzrə əsas borc 268 manat, cərimə 10 manat olmaqla, cəmi 278 manat məbləğində borc, 11 yanvar 2020-ci il tarixli, 20028915 saylı müqavilə üzrə əsas borc 1.048 manat, cərimə 30 manat olmaqla, cəmi 1.078 manat məbləğində borc, 11 yanvar 2020-ci il tarixli, 20028969 saylı müqavilə üzrə əsas borc 809 manat, cərimə 20 manat olmaqla, cəmi 829 manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 39 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 noyabr 2019-cu il tarixli, 01059905 saylı müqavilə üzrə əsas borc 268 (iki yüz altmış səkkiz) manat, cərimə 10 (on) manat olmaqla, cəmi 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 11 yanvar 2020-ci il tarixli, 20028915 saylı müqavilə üzrə əsas borc 1.048 (bir min qırx səkkiz) manat, cərimə 30 (otuz) manat olmaqla, cəmi 1.078 (bir min yetmiş səkkiz) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 11 yanvar 2020-ci il tarixli, 20028969 saylı müqavilə üzrə əsas borc 809 (səkkiz yüz doqquz) manat, cərimə 20 (iyirmi) manat olmaqla, cəmi 829 (səkkiz yüz iyirmi doqquz) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manatı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar