Məhkəmə qərarları › İş №e-2(001)-4803/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4803/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4803/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən ödənişə qoyulmuş maneənin aradan qaldırılması” tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən ödənişə qoyulmuş maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK nın 28 noyabr 2022-ci il tarixli 95 saylı Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən mövcud qrafiki üzrə ödənişlərin qəbul edilməsinə maneənin aradan qaldırılması, cərimənin ləğv olunması və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və huquq xidməti ilə bağlı vəkilə ödənilmiş 500 (beş yuz) manat məbləğində cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 95 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 24697 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 221,6 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 oktyabr 2025-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil elektron kabinet vasitəsi ilə ərizə göndərərək qarşı tərəflə aralarında razılıq əldə edildiyindən, iddia ərizəsinin hazırlıq iclasından qaytarılmasını xahiş etmişdir. Eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək tərəflər arasında razılaşma əldə olunması üçün danışıqlar aparıldığından, qarşılıqlı iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizələrinin qaytarılması barədə ərizə verdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı və cavabdehə qaytarılmalı, habelə ilk iddia üzrə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat iddiaçıya, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 221,60 (iki yüz iyirmi bir manat 60 qəpik) manat dövlət rüsumu isə cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən ödənişə qoyulmuş maneənin aradan qaldırılması” tələbi barədə ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılsın. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 221,60 (iki yüz iyirmi bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar