Məhkəmə qərarları › İş №e-2(001)-4850/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4850/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4850/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 111.8 manat əsas, 16.7 manat cərimə borcu olmaqla, cəmi 128.5 manat, 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 73.4 manat əsas, 11 manat cərimə borcu olmaqla, cəmi 84.4 manat, 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 180.6 manat əsas, 27 manat cərimə borcu olmaqla, cəmi 207.6 manat, ümumilikdə üç müqavilə üzrə 365.8 manat əsas, 54.7 manat cərimə, 420.5 manat cəmi borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı Xiaomi markalı izləmə kamerasına 6 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 259.98 manat, 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı Xiaomi markalı izləmə kamerası və 3 ədəd yaddaş kartına 6 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 294.95 manat və 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı uşaq üçün musiqi alətinə 6 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 264 manat ödəməyi öhdəsinə götürmüş, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində hər üç müqavilə üzrə ümumi 365.8 manat əsas, 54.7 manat cərimə, 420.5 manat cəmi borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı Xiaomi markalı izləmə kamerasına 6 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 259.98 manat ödəməyi öhdəsinə götürmüşdür. 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı Xiaomi markalı izləmə kamerası və 3 ədəd yaddaş kartına 6 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 294.95 manat ödəməyi öhdəsinə götürmüşdür. 17 avqust 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı uşaq üçün musiqi alətinə 6 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 264 manat ödəməyi öhdəsinə götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh hər üç müqavilə üzrə ümumi 365.8 manat əsas, 54.7 manat cərimə, 420.5 manat cəmi borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. İşin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edirəm ki, iddia təmin edilməli, əsas borc üzrə 111.8 manat, cərimə borcu üzrə 16.7 manat olmaqla ümumilikdə 128.5 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də hesab edirəm ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 111.8 manat əsas, 16.7 manat cərimə borcu olmaqla, cəmi 128.5 manat, 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 73.4 manat əsas, 11 manat cərimə borcu olmaqla, cəmi 84.4 manat, 17 avqust 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 180.6 manat əsas, 27 manat cərimə borcu olmaqla, cəmi 207.6 manat, üç müqavilə üzrə cəmi 365.8 manat əsas, 54.7 manat cərimə, ümumilikdə 420.5 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar