Məhkəmə qərarları › İş №e-2(001)-4902/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4902/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4902/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bəhman qızı tərəfindən ona satılmış ünvan 1 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 aprel 2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə reyestrdə 3M-519 nömrəsi ilə qeydiyyata alınmışdır. Müqaviləyə əsasən cavadeh Cavabdeh ünvan 3 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini 110 000 manata ona satmışdır. Müqaviləyə əsasən alıcı ümumi məbləğin 5000 (beş min) manatını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, qalan 100000 (bir yüz min) manatı bir ay müddətində və 5000 manatı isə müqavilə rəsmiləşən zaman satıcıya ödəməyi öhdəsinə götürmüşdür. O, qeyd edilən müqavilə üzrə öhdəliyimi tam olaraq 15 aprel 2024-cü il tarixində icra etmiş və bununla bağlı cavadeh Cavabdeh tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisində pulun tam ödənilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Qeyd edilən ərizə reyestrdə 8İ-3320 nömrəsi ilə qeydiyyata alınmışdır. Qalıq məbləğin bir hissəsini cavadeh Cavabdeh əri X1 mülkiyyətində olan nəqliyyat vasitəsini verməklə əvəzləşdirmiş, digər məbləği isə Bakı şəhəri 18 saylı notariat ofisində cavabdehə nağd şəkildə ödəmişdir. Cavabdeh müqaviləyə əsasən qeyd edilən yaşayış evini xx.xx.2024-cü il tarixinədək alıcıya (ona) təhvil verəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq bugünə kimi öhdəliyi icra etməmişdir. O, ilkin alqı-satqı üzrə öhdəliyini tam olaraq icra etməyinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik bugünə kimi icra edilməmişdir. Eyni zamanda cavadeh müqaviləyə əsasən qeyd edilən əmlakın ilkin sənədlərini xx.xx.2024-cü il tarixinədək ona verməyi barədə öhdəlik götürmüş lakin bugünə kimi öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini icra etmədiyi üçün onunla qeyd edilən əmlakın boşaldılaraq ona təhvil verməsi barədə şifahi danışıq aparılmış və qeyd edilən əmlakın boşaldılaraq ona təhvil verilməsi üçün ondan əlavə olaraq bir ay müddət istəmişdir. O, cavabdehlə razılaşaraq ona əlavə olaraq bir ay vaxt verməyinə baxmayaraq cavabdeh bu dəfə də onu aldatmış və nəticədə qeyd edilən əmlak bugünə kimi boşaldılaraq ona təhvil verilməmişdir. Bununla bağlı Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir. Bundan sonra o, Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət edərək 08 aprel 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etməyinə baxmayaraq Notariat ofisi icra qeydinin aparılmasından əsassız və qanunsuz olaraq imtina etmiş, imtinanın səbəbini heç bir əsasla əsaslandıra bilməmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, qarşılıqlı iddia ərizəsinə etiraz verərək bildirdi ki, xx.xx.2024-cii il tarixində Cavabdeh əsas müqavilənin bağlanmasına dair təklif ərizəsi ilə müraciət etməyinə baxmayaraq o, həmin sənədi qəbul etməkdən heç bir əsas olmadan imtina etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bəhman qızı ilkin alqı-satqı üzrə məbləğin tam olaraq ona ödənilməsi ilə bağlı 15 aprel 2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində ərizə təqdim etmişdir. Belə ki, ilkin alqı-satqı üzrə qalıq məbləğin 15000 (on beş min) manatını mülkiyyətində olan 2015-ci il buraxılışlı, Volkswagen Passat minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bəhman qızına vermişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri 43 saylı Notariat ofisində mülki etibarnamə vermişdir. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixində ona müraciət edərək qalıq pulun ərinin problemlərinin olduğunu bildirərək təcili lazım olduğunu və ilkin alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək qeyd edilən fərdi yaşayış evini boşaldaraq ona təhvil verəcəyinizi əsas gətirərərək pulun ödənilməsini ondan xahiş etdi. O, qalıq məbləğin ona notariusun depozit hesabı vasitəsi ilə ödəyə biləcəyini bildirdikdə o, notariusun depozit hesabından pulu nağdlaşdıran zaman faiz tutulacağını və ən əsası bunun üçün zaman tələb olunduğunu əsas gətirərək pulun nağd şəkildə ona verilməsini xahiş etdi. Bununla bağlı o, Bakı şəhəri 18 saylı Notariat ofisinin Notariusu ilə məsləhətləşmiş və ona bildirdi ki, nağd şəkildə ödəyəcəyi təqdirdə Cavabdeh pulun tam olaraq ödənilməsi barədə ərizə alaraq ona təqdim edəcəkdir və heç bir qanun pozuntusu olmayacaqdır. Beləliklə qeyd edilən ilkin alqı-satqı müqaviləsinin məbləği tam olaraq onun tərəfindən 15 aprel 2024-cü il tarixində Cavabdeh ödənilmiş və bununla bağlı o, həmin tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində Notariusun iştirakı ilə ilkin-alqı satqı müqaviləsi üzrə pulun tam olaraq ona ödənilməsi ilə bağlı ərizə təqdim etmişdir. Lakin Cavabdeh bütün sənədləri qarşılıqlı iddia ərizəsinə əlavə etməyinə baxmayaraq həmin ərizəni qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bəhman qızının qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidr. Belə ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bəhman qızı ilkin alqı-satqı üzrə məbləğin tam şəkildə onun tərəfindən alınması barədə ərizəni qarşılıqlı iddia ərizəsinə əlavə etməyərək məhkəməyə düzgün olmayan məlumat vermişdir. Odur ki, qeyd edilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı satılmasına razılaşdırılmışdır. Müqavilənin 1-ci bəndinin 3-cü abzasına görə tərəflər əmlakın ümumi dəyərini (alqı-satqı dəyərini) 110.000 manat müəyyən edirlər. Müqavilənin l-ci bəndinin 4cü abzasına görə İddiaçı həmin məbləğin 5000 manatını notariusun bankda açılmış depozit hesabı vasitəsilə Cavabdeh ödədi. Qalan 105.000 manat pul vəsaitindən 100.000 manat pulu 1 ay müddətində və 5000 manat pulu isə əsas müqavilə rəsmiləşən zaman ödəməyi İddiaçı öhdəsinə götürmüşdür. Lakin, 1 ay müddət keçməsinə baxmayaraq İddiaçı müqavilə üzrə üzərinə götürdüyü 100.000 manatı məbləğində pul vəsaitini Cavabdeh ödəməmişdir. Bununla da İddiaçı ilk mərhələdən öhdəliyini pozmuşdur. Odur ki, Cavabdeh İddiaçı təklif məktubu göndərərək 5 gün müddətində ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona satılmasına dair aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsini təkilif etmişdir. Lakin, İddiaçı onun təklifinə cavab verməmişdir. Ona görə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə məhkəməyə müraciət edir. Hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Cavabdeh onun qardaşı arvadıdıdır. Qardaşının Anar ilə aralarında pul söhbətləri olub. Müqaviləyə o, imza etsə də, Anar ona pul verməmişdir. Afaqın evi satmaq barədə hər hansı bir fikri olmamış, eyni zamanda müqavilədə göstərilən məbləğdən xəbərsizdir. Məhkəmədə şahid X2 bildirdi ki, Cavabdeh ərini tanıyır. Tərəflər arasında borc söhbəti olub, ev girov qoyulub. Notariusda Zaurun xahişi ilə iştirak etmişlər. Pulun verilməsinin şahidi olmamışdır. Zaur ona demişdir ki, evi girov qoymuşdur. Tərəflər arasında ilkin alqı-satqı müqaviləsi bağlanılıb. Məhkəmədə şahid X4 bildirdi ki, 2012-ci ildə Anar ilə onun arasında pul söhbəti olub. Sonradan qardaşı ilə borc müqaviləsi bağlanmış, sonradan qardaşından şikayət etmişdir. Evin sənədi olmadığı üçün evi girov qoymaq mümkün deyildir. Məhkəmə ilkin iddia üzrə İddiaçı, vəkili Vəkil2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini ikinci tərəf alıcı-İddiaçı 110000 (bir yüz on min) manata satmışdır. Alıcı həmin məbləğin 5000 (beş min) manatını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi. Qalan 100000 (bir yüz min) manatı 1 (bir) ay müddətində və 5000 (beş min) manatı isə əsas müqavilə rəsmiləşən zaman satıcıya nəğd ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş 3M-519 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona borclu olduğu pulu tam olaraq İddiaçı almışdır. Gələcəkdə həmin əmlak barədə İddiaçı qarşı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan 2015-ci il buraxılışlı Volskvagen Passat minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında 1 il müddətində (xx.xx.2025ci il tarixə) kimiCavabdeh etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixli müqavilə üzrə aldığı borca görə 100000 (yüz min) manat məbləğində pulu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq İddiaçı ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6863/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək qeyd edilən məbləğdə pulu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. X3 Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilsin və həmin cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hər iki iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı-cavabdeh ilə cavabdeh-iddiaçı Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli ilkin alqı-satqısı haqqında müqavilə bağlanmışdir. Həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam olaraq İddiaçı tərəfindən icra edilməsinə baxmayaraq (Cavabdeh xx.xx.2024-cü il tarixli notarial ərizəsi ilə öz təsdiqini tapmışdır), mübahisəli ev və torpaq iddiaçı-cavabdehə təhvil verilməmişdir. Lakin məhkəmə iclasında və şahid ifadələrindən müəyyən edilir ki, cavabdeh-iddiaçının qaynı Asif İsayev ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 100000 manat məbləğində kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Asif İsayevə 100000 manat məbləğində borc pul verilmiş və həmin borcun mövcudluğu iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-279/2024 saylı qərarında öz əksini tapmışdır. Bu səbəbdən həmin borcun əvəzi olaraq tərəflər arasında pərdələnmiş əqd kimi xx.xx.2024-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Faktiki olaraq əmlaka sahibliyi cavabdeh-iddiaçı Cavabdeh həyata keçirir. Qeyd olunan ilkin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi 110000 manata satılmışdır. Torpaq sahəsində iki mərtəbəli yaşayış evinin mövcud olması nəzərə alınarsa qeyd olunan əmlakın dəyərinin 110000 manat olması mümkün deyildir. Bütün bunlar həmin ilkin alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını sübut edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməklə xx.xx.2024-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda məhkəmə iş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi Bakı şəhəri, 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş 3M-519 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona borclu olduğu pulu tam olaraq İddiaçı almasını nəzərə alaraq, hesab edir, Cavabdeh 110000 (bir yüz on min) manat məbləğində pul alınaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “08 aprel 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bəhman qızı tərəfindən ona satılmış ünvan 1 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” barədə ilkin iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 110000 (bir yüz on min) manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar