Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4956/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Katib Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc müqaviləsinə əsasən 1906 (bir min doqquz yüz altı) manat əsas borc, 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1946 (bir min doqquz yüz qırx altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4956/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. İddiaçı MMC Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı borc müqaviləsi bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3172 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1906 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh qızndan xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı borc müqaviləsinə əsasən 1906 manat əsas borc, 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1946 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatları və iddiaya münasibətləri:
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Əlavə olaraq bildirdi ki, işsiz olduğundan, maddi çətinlikləri var. Ona görə də borc məbləğini tam olaraq ödəmək imkanı yoxdur, lakin hissə-hissə ödənişlər edə bilər.
6. Cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, "xxxx" MMCdən aldığım kompüter məhsulu alındığı ilk gündən etibarən ciddi nasaz vəziyyətdə olmuşdur. Məhsul zəmanət müddətində təmirə göndərilmiş və rəsmi olaraq sistemdə qüsurların olduğu, kompüterin keyfiyyətsiz olduğu sənədlərlə təsdiq edilmişdir. Lakin "xxxx" MMC Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanununun 14-cü maddəsinə zidd olaraq kompüterin dəyişdirilməsi və ya təmirini təmin etməmişdir. Bu, onun istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Hazırda işsizdir, hec bir gəliri yoxdur, 60 yaşı var, pensiya almır, mülkü və evi yoxdur. Buna görə də borcun tam məbləğini birdəfəlik ödəmək imkanım yoxdur, yalnız aylıq 20-30 manat məbləğində ödəniş etmək imkanındadır.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı borc (əşyanın nisyə alqı-satqı) müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 3172 manat olan məişət avadanlığını 472 manat ilkin ödəniş etməklə əldə etməyi və həmin məhsula görə qalıq qalmış borcdan 20 ay müddətinə ayda 135 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə qeyd edilmişdir ki, borcalan əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğə hər gün üçün 1 faizədək cərimə ödəməyi öhdəsinə götürmüşdür.
8. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı borc müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 1906 manat əsas borcu vardır.
9. Təhvil-təslim aktından görünür ki, alıcı NB ASUS K360PL090 adlı əşyanı qəbul etmişdir.
10. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, satıcı 1906 manat ümumi borcun 3 iş günü müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəmədə iddia qaldırılacağı və məhkəmə xərclərinin ondan tutulacağı barədə xəbərdarlıq etmişdir.
11. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 40 manat dövlət rüsumu ödəmişdir.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi qeyd edilməsinə baxmayaraq, faktiki olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı ümumi dəyəri 3172 manat olan məişət avadanlığını 472 manat ilkin ödənişlə, ayda 135 manat olmaqla 20 ay müddətinə ödəməsi şərtilə alıcıya vermişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.
13. Cavabdeh ilk əvvəl məhsulların qüsurlu olmasını iddia etməklə, iddiaya etiraz etsə də, daha sonra idda tələbini qəbul etmişdir.
14. İddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
22. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
23. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
24. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
25. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
26. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən (baxmayaraq ki, tərəflər borc müqaviləsi adlandırmışlar) iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuş və nəticədə cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı müqavilə üzrə əsas borca görə 1906 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2023-cü il tarixli, MHK6464096 saylı müqavilə üzrə əsas borca görə 1906 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X1