Məhkəmə qərarları › İş №e-2(001)-5040/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5040/2023

21.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5040/2023 21.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və s.» tələbi barədə mülki işə 21 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm.-lik yerüstü neft kəmərinin 117.6-cı km.-də, 39 T 0398097; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla, 1-ci sırada, kəmərdən təqribən 15 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yeni hörgü işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, o, sözügedən torpaq sahəsini almaq üçün beh vermiş, tikinti işlərinə başlayanda iddiaçının nümayəndələri ona ərazinin neft kəmərlərinin mühafizə zonasına aid olduğunu bildirdiklərindən o, dərhal tikinti işlərini dayandırmış, torpağı aldığı şəxsə geri qaytarmış, pulunu geri almışdır. Hazırda onun həmin torpaq sahəsinə və oradakı tikililərə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və s.» tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar